Icma.az
close
up
RU
Almaniyada gənclər orduya qarşı: Avropanı nə gözləyir?

Almaniyada gənclər orduya qarşı: Avropanı nə gözləyir?

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Almaniyada "Gen Z regelt" hərəkatı 34 şəhərdə etiraz elan edib. Gənclərin əsas tələblərindən biri hərbi xidmətin bərpasına etirazla bağlıdır.

Bu, Avropa ölkələrinin öz milli təhlükəsizliklərini təmin etmək üçün ordu quruculuğunu və silahlanmanı sürətləndirməsi prosesinin başlanğıcı sayıla bilərmi?

Mövzu ilə bağlıBakıvaxtı.az-a danışan politoloq Rəşad Bayramov bildirib ki, gənclərin 34 şəhərdə hərbi xidmətin bərpasına etiraz məqsədilə aksiyalar təşkil etməsi əslində Avropada təhlükəsizlik siyasəti ətrafında formalaşan yeni ictimai-siyasi reallıqların göstəricisidir:

"Aksiyalarda artıq 120 minə yaxın insan iştirak edib və etirazçılar yalnız hərbi xidmətə qarşı çıxmayıblar, eyni zamanda yaşayış xərclərinin artmasına, təhsil sahəsində ixtisarlar və sosial bərabərsizlik problemlərinə də diqqət çəkiblər. Əslində, bu etirazları Avropada ordu quruculuğunun və silahlanmanın sürətlənməsinə qarşı yaranan daha geniş ictimai narahatlığın tərkib hissəsi kimi qiymətləndirmək olar".

R.Bayramov hesab edir ki, Rusiya-Ukrayna müharibəsindən sonra Avropa dövlətləri öz təhlükəsizlik strategiyalarına yenidən baxmağa başlayıblar.

"Uzun illər müdafiə xərclərinin azaldılmasına və ABŞ-nin təhlükəsizlik təminatlarına əsaslanan yanaşma indi dəyişir. NATO çərçivəsində müdafiə öhdəliklərinin gücləndirilməsi, hərbi büdcələrin artırılması, silah istehsalının genişləndirilməsi və şəxsi heyətin sayının artırılması Avropa ölkələrinin əsas prioritetlərinə çevrilib. Almaniya bu prosesin ən diqqətçəkən nümunələrindən biridir. Berlin Bundesverin şəxsi heyətini 2035-ci ilədək 260 min aktiv hərbçiyə və ən azı 200 min ehtiyatda olan hərbçiyə çatdırmağı hədəfləyir. 2026-cı ildən qüvvəyə minən yeni sistemə əsasən, 18 yaşlı kişilər hərbi xidmətə münasibətlərini bildirməli, qadınlar isə könüllü sorğunu cavablandırmalıdırlar. Könüllülük kifayət etmədiyi təqdirdə məcburi çağırışın tətbiqi də hüquqi baxımdan mümkündür", - deyə müsahibimiz izah edib.

Rəşad Bayramov: Avropanın hərbiləşməsi təkcə silah və hərbi texnika alınması ilə məhdudlaşmır

Politoloqun sözlərinə görə, əsas problem şəxsi heyət məsələsidir:

"Burada mühüm məqam ondan ibarətdir ki, Avropanın hərbiləşməsi təkcə silah və hərbi texnika alınması ilə məhdudlaşmır. Əsas problemlərdən biri də orduların şəxsi heyətlə təmin edilməsidir. Müasir müharibələr texnoloji üstünlüklə yanaşı, kifayət qədər hazırlıqlı hərbi personal və ehtiyat qüvvələr tələb edir. Almaniyada hərbi xidmətə etirazların artması isə hökumətlərin bu siyasəti həyata keçirərkən cəmiyyətin, xüsusilə gənc nəslin razılığını qazanmaqda çətinlik çəkə biləcəyini göstərir".

Müsahibimizin fikrincə, gənclərin etirazlarını Avropanın müdafiə qabiliyyətinin gücləndirilməsinə bütövlükdə qarşı çıxmaq kimi qiymətləndirmək düzgün olmazdı. Burada sosial təminat, təhsil, şəxsi seçim azadlığı və təhlükəsizlik məsuliyyətinin nəsillər arasında bölüşdürülməsi kimi məsələlər də mühüm rol oynayır.

"Almaniyadakı hadisələr Avropada hərbi-siyasi transformasiyanın başlanğıcı deyil, artıq başlamış prosesin cəmiyyət daxilində yaratdığı ziddiyyətlərin üzə çıxmasıdır. Qarşıdakı dövrdə Avropa dövlətləri iki mühüm vəzifəni paralel şəkildə həll etməli olacaqlar. Bunlardan birincisi artan təhlükəsizlik təhdidlərinə qarşı müdafiə imkanlarını gücləndirmək və bunu demokratik cəmiyyətin sosial gözləntiləri ilə uzlaşdırmaq. Bu balansın qorunması Avropanın gələcək təhlükəsizlik arxitekturasının dayanıqlılığı baxımından həlledici əhəmiyyət daşıyacaq", - deyə Rəşad  Bayramov vurğulayıb.

Gülşən Şərif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 04 Noyabr 2026 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see502

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see299

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see289

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see280

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see264

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see264

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see259

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see246

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see242

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see235

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see230

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see230

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see230

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see227

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see226

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see223

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see215

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see214

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri