Icma.az
close
up
RU
“Atalanta” “Yuventus”a 1967 ci ili xatırlatdı!

“Atalanta” “Yuventus”a 1967 ci ili xatırlatdı!

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

A seriyasının 28-ci turunda qeydə alınan nəticələrdən sonra “İnter” zirvədəki yerini qorudu. Liderlik uğrunda mübarizədə ikinci favorit sayılan “Napoli” də qələbə qazandı.
İtaliyanın son çempionu həftəiçi Çempionlar Liqasında (ÇL) “Feyenoord”u səfərdə 2:0 hesabıyla məğlub etmişdi. İlin əvvəlindən daha sıx oyun qrafiki ilə hərəkət edən “İnter”in “Montsa” ilə ev oyununda çox çətinə düşəcəyi o qədər də ehtimal edilmirdi. Amma ilk hissə milanlılar üçün arzuolunmaz ssenari ilə keçdi: ev sahibləri rəqibdən üstün oyun sərgiləsələr də, Alessandro Nestanın çalışdırdığı qonaqlar fasiləyə qədər iki qol vurmağa müvəffəq oldular. “İnter” buna Arnautoviçin qolu ilə cavab verdi. Fasilədən sonra səviyyə fərqini nümayiş etdirən çempion qapıya daha iki dəfə yol taparaq inanılmaz əzmkarlıq göstərdi.
Əvvəlki 5 turda yalnız 4 xal qazana bilən “Napoli” qələbəsiz seriyaya son qoydu. Evdə “Fiorentina”nı 2:1 hesabıyla məğlub edən Antonio Kontenin komandası liderdən yenə bir xal geridə qalmaqla 2-ci yerdəki mövqeyini qorudu.
Tura uyğun olaraq 3-cü və 4-cü yerdə başlayan “Atalanta”nın səfərdə “Yuventus”a qarşı oyununu maraqla gözləməyə dəyərdi. Meydan sahibləri qələbə qazanacağı halda berqamolularla eyni xala malik olacaqdılar. Turinlilər son 5 çempionat matçında maksimum nəticə göstərmiş, berqamolular isə A seriyasında əvvəlki 10 oyundan yalnız üçünü qalib başa vurmuşdular. ÇL-də və ölkə kubokunda mübarizəni dayandırandan sonra hər iki komandanın İtaliya çempionatında ən yüksək yerlər uğrunda yarışmaqan başqa yolu qalmayıb. Deməli, “Alyants Stedium”dakı matçın dəyəri birəbeş artmışdı. Burda qeydə alınan hesab isə həqiqətən də çox gözlənilməz oldu. İlk dəqiqələrdən rəqibinə çətin anlar yaşadan “Atalanta” fasiləyə qədər bir neçə top fərqi ilə üstünlük yaxalaya bilərdi. Di Qreqorionun qoruduğu qapıya yalnız penalti ilə yol tapan Can Pyero Qasperininin komandası ikinci hissədə əsl futbol şousu göstərməklə 4:0 hesablı qələbə qazandı. 3-cü yerdəki mövqeyini möhkəmlədən berqamolular turinlilərə sanki “mükafatçılar zonası sizin yeriniz deyil” dedilər!
28-ci tur
İnter – Montsa 3:2
Arnautoviç, 45+1. Çalhanoğlu, 64. Kiryakopulos, 78-öz qapısına – Birindelli, 32. Balde, 44. (66334)
İnter: X.Martines, Bastoni, Açerbi, De Vrey (Bissek, 46), Pavar (Auqusto, 46), Dyumfris, Barella, Mxitaryan (Zyelinski, 70/Korrea, 73), Çalhanoğlu, Arnautoviç (Türam, 70), Lautaro Martines.
Leççe – Milan 2:3
Krstoviç, 7; 59 – Qallo, 68-öz qapısına. Pulişiç, 73; 81. (25753)
Milan: Sportyello, Ernandes, Tiav, Qabbya, Uoker (Fofana, 75), Musa (Sottil, 74), Bondo (Feliş, 62), Reynders, Pulişiç, A.Ximenes (Leao, 46), S.Ximenes (Abraham, 62).
Napoli – Fiorentina 2:1
Lukaku, 26. Raspadori, 60 - Qudmundsson, 66. (51504)
Napoli: Meret, Buoncorno, Rrahmani, Di Lorentso, Spinatsola (Juan Jezus, 90+1), Lobotka, Gilmor, Maktominey (Olivera, 82), Politano (Billinq, 82), Raspadori (Simeone, 82), Lukaku.
Fiorentina: De Xea, Ranyeri (Ponqraçiç, 59), Mari, Komutso (Moreno, 74), Parizi (Qosens, 58), Ndur, Kataldi (Beltran, 81), Facoli, Dodo, Qudmundsson, Ken.
Empoli – Roma 0:1
Sule, 1. (12393)
Roma: Svilar, Ndika, Hummels, Nelsson, Əbdülhəmid (Rensx, 62), Kone, Paredes (Kristante, 65), Salah-Eddin (Anxelinyo, 65), Sule (Baldantsi, 81), Lorentso Pelleqrini, Şomurodov (Dovbik, 72).
Yuventus – Atalanta 0:4
Retegi, 29-p. De Roon, 46. Zappakosta, 66. Lukman, 77. (41507)
Yuventus: Di Qreqorio, Kelli, Qatti (Kalulu, 54), Kambyaso, Vea (Koşta, 54), K.Türam, Lokatelli, Qonsales (Mbanqula, 54), Makkenni, Yıldız (Koopmeyners, 46), Kolo Muani (D.Vlahoviç, 75).
Atalanta: Karnesekki, Kolaşinats (Toloy, 84), Hin, Cimşiti, Zappakosta, Kuadrado (Breşianini, 46), Ederson (Paşaliç, 80), De Roon, Bellanova, Lukman (Samarciç, 80), Retegi (De Ketelare, 61).
Kalyari – Cenoa 1:1
Viola, 18 – Korne, 47. (15827)
Komo – Venetsiya 1:1
İkone, 49 – Qutkyaer, 90+5-p. (10080)
Parma – Torino 2:2
Pelleqrino, 65; 82 – Elmas, 19. Adams, 72. (18938)
Verona – Bolonya 1:2
Moskera, 80 – Odqor, 40. Kambyaqi, 78. (24000)
Latsio – Udineze 1:1
Romanyoli, 32 – Toven, 22.
1. İnter 28 18 7 3 63-27 61
2. Napoli 28 18 6 4 45-23 60
3. Atalanta 28 17 7 4 63-26 58
4. Yuventus 28 13 13 2 45-25 52
5. Latsio 28 15 6 7 50-36 51
6. Bolonya 28 13 11 4 44-34 50
7. Roma 28 13 7 8 43-30 46
8. Fiorentina 28 13 6 9 43-30 45
9. Milan 28 12 8 8 42-32 44
10. Udineze 28 11 7 10 35-38 40
11. Torino 28 8 11 9 33-34 35
12. Cenoa 28 7 11 10 26-36 32
13. Komo 28 7 8 13 34-44 29
14. Kalyari 28 6 8 14 28-43 26
15. Verona 28 8 2 18 28-58 26
16. Leççe 28 6 7 15 20-46 25
17. Parma 28 5 9 14 34-48 24
18. Empoli 28 4 10 14 23-45 22
19. Venetsiya 28 3 10 15 23-42 19
20. Montsa 28 2 8 18 23-48 14
Bombardirlər: Retegi (Atalanta) - 22, Ken (Fiorentina) - 15, Lukman (Atalanta), M.Türam (İnter) - 13.
Növbəti turun oyunları martın 14-16-sı aralığında keçiriləcək: Cenoa - Leççe, Montsa – Parma, Udineze – Verona, Milan – Komo, Torino - Empoli, Venetsiya – Napoli, Bolonya – Latsio, Roma – Kalyari, Fiorentina – Yuventus, Atalanta - İnter.
Turun rəqəmi
58 - “Yuventus” bazar günü öz meydanında tarixinin ən acı məğlubiyyətlərindən birinə uğradı. “Atalanta”dan 4 cavabsız top buraxan turinlilər evdə sonuncu dəfə 1967-ci il oktyabrın 22-də belə müsibət yaşamışdılar. İtaliyanın ən titullu komandası 58 il əvvəl “Torino” ilə derbidə də 0:4 hesabıyla uduzmuşdu.
Turun ulduzu
Marten de Roon (Atalanta) - Turində “Atalanta”nın bütün oyunçuları alqışalayiq futbol oynadılar. Onların arasında ilk iki qol epizodunda yaxından iştirak edən De Roonu fərqləndirmək olar. İlk hissədə 33 yaşlı niderlandlı yarımmüdafiəçinin cərimə meydançasındakı fəallığı nəticəsində Makkenni topa əli ilə toxundu və Retegi penalti ilə hesabı açdı. Fasilədən dərhal sonra berqamoluların hücumunu başlayan Marten qapıçının qaytardığı topu tora qovuşdurdu. Ev sahiblərini məhz ilk iki qol psixoloji cəhətdən “sındırdı”.
Turun sitatı
Serjio Konseysao, “Milan”ın baş məşqçisi: “Çempionlar Liqasında mübarizəni dayandırdığımız üçün sevindiyimi deyə bilmərəm. Amma bu turnirdəki uğursuzluğun müsbət tərəfi də var: indi məşqlərə daha çox vaxt ayıra bilirik. Bu, oyunda əks etdirməyə çalışdığımız vacib məqamları sınaqdan çıxarmaq imkanıdı. Bəzi oyun komponentlərini təbii halda reallaşdırmaq üçün onları avtomatizm səviyyəsinə çatdırmaq lazımdı. Biz məşq prosesində qazandığımız imkanlardan maksimum dərəcədə yararlanmalıyıq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:354
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 16 Mart 2025 19:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see333

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see324

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see323

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see321

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see317

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see312

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see309

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see307

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see298

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see255

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see254

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see249

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see248

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see228

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see220

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see217

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see212

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see202

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see198

Aqrar sektor xammal bolluğuna və ərzaq təhlükəsizliyinə xidmət edir

31 Oktyabr 2026 15:19see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri