Icma.az
close
up
RU
Atam başqa qadınlarla gəzdiyi üçün onu cəzalandırmaq istədim Məhkəmə işi

Atam başqa qadınlarla gəzdiyi üçün onu cəzalandırmaq istədim Məhkəmə işi

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Atasını tamah məqsədi ilə öldürmək istəyən oğulun növbəti məhkəmə prosesi keçirilib. 

“Unikal”ın məlumatına görə, Cinayət Məcəlləsinin 29, 120.2.5 (tamah məqsədi ilə öldürməyə cəhd) və 234-cü maddəsi ilə təqsirli bilinən dəstənin məhkəmə prosesinə hakim Novruz Kərimovun sədrlik edib. Cinayət işində 3 nəfər- Fərəcov Fəqan Xələf oğlu, Hüseynov İlkin Yavər oğlu və İsmayılov Fariz Eldar oğlu təqsirləndirilən şəxs, 2 nəfər- Fərəcov Xələf Gülmalı oğlu və Sadıqov Zamiq Elxan oğlu isə zərərçəkən şəxs qismində tanınıb. 
İlk olaraq zərərçəkmiş şəxs Xələf Fərəcov ifadə verib: 

"Dövlət qulluğunda baş mexanik işləmişəm. Oğlumla bölüşəsi bir işimiz olmayıb. Yoldaşım 2021-ci ilin sentyabr ayında rəhmətə getdi. Mən hazırda  toxumçuluqla məşğul oluram. Mənim oğlum deyir guya mən anasının sağlığında onun müalicəsi üçün pul verməmişəm, amma yalandır. Yoldaşımı Ankara klinikasında Zülfüqar həkim müalicə edib. Qadınlarla sonralar münasibətim olub. Mən burda gəlib bilmişəm oğlumdan başqa məni bu insanlarda öldürmək istəyib. Mənim heç kimdən şikayətim yoxdur". 

Təqsirləndirilən şəxs Fəqan Fərəcovun sözlərinə görə, birinci özümə qəsd etmək istəyib: "Atama cəza vermək istəmişəm, neynəyim, mənim başımda ora qədər işləyir. Anamla qardaşım öləndən sonra depressiyaya düşmüşdüm. Öldürmək istəsəydim avtoqəzaya salıb öldürərdim. Rayonda başqa-başqa adamlar deyirdilər atan qadınlarla gəzir. Mən də çox düşündüm  dedim cəzalandırım. İşə görə bu uşaqlara pul verdim".

Məhkəmə prosesi fevral ayının 12-nə kimi təxirə salınıb. 

Hadisənin baş verməsinə gəlincə, 2024-cü ilin yanvar ayında Fəqan Fərəcovun İmişli rayonunda yaşayan atasının qəsdən öldürülməsini tanışı İlkin Hüseynova sifariş verməsi, İlkin Hüseynovun isə cinayəti icra etmək üçün qabaqcadan əlbir olduğu Fariz İsmayılovla birlikdə İmişli rayonuna getməsi, lakin öz iradələrindən asılı olmayan səbəblərdən törədilməsinə hazırlıq gördükləri sifarişlə qəsdən adam öldürmə cinayətini başa çatdıra bilməmələrinə əsaslı şübhələr müəyyən edilib.

Baş Prokurorluğun İstintaq idarəsində istintaqı aparılan iş üzrə toplanmış sübutlar əsasında Fəqan Fərəcov Cinayət Məcəlləsinin 32.3 (cinayətin təşkilatçısı), 28, 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürməyə hazırlıq), 32.3, 28, 120.2.5 (sifarişlə adam öldürməyə hazırlıq) və digər maddələri, İlkin Hüseynov və Fariz İsmayılov isə həmin Məcəllənin 28, 120.2.1, 28, 120.2.5 və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində müstəntiqin vəsatətləri və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatları əsasında məhkəmə qərarları ilə həbs qətimkan tədbiri seçilib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://unikal.az
archiveBu xəbər 22 Yanvar 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see187

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see184

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see150

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri