Icma.az
close
up
RU
“Atam görmədi, amma uğurumu ona həsr edirəm” ATU ya qəbul olan ŞƏHİD ÖVLADI

“Atam görmədi, amma uğurumu ona həsr edirəm” ATU ya qəbul olan ŞƏHİD ÖVLADI

Icma.az, Avtosfer saytına istinadən bildirir.

Tələbə adını qazananlar sırasında Şəhid Sübhi Mürsəliyevin qızı, Aişə Mürsəliyeva da yer alıb. O, Azərbaycan Tibb Universitetinə (ATU) qəbul olub.

Avtosfer.az xəbər verir ki, azedu.az bu münasibətlə tələbə ilə əlaqə saxlayaraq təəssüratlarını öyrənib.

Aişə Mürsəliyeva İsmayıllı şəhər 5 saylı tam orta məktəbin məzunum olub:

“560,9 bal toplayaraq Azərbaycan Tibb Universitetinin (ATU) Tibb bacısı ixtisasına qəbul olmuşam. Nəticələrin açıqlanmasını öyrənəndə çox həyəcanlanmışdım. Üstümə sanki ağırlıq çökmüşdü, eyni zamanda istədiyim universitetə qəbul olmaram deyə qorxurdum.

ATU-ya qəbul olduğumu öyrənəndə çox sevindim. Ailəmlə bu şad xəbəri paylaşanda onlar da çox xoşbəxt oldular. Qəbul xəbərini alanda ilk ağlıma anam gəldi. Bu yolda ən çox dəstəyi məhz anamdan alırdım. Bundan başqa, Tibb universitetinə qəbul olmaq uşaqlıq arzum olub.

Həmçinin, yüksək yerlərdə təhsil almağımı atam da çox istəyirdi. Atamın istədiyini yerinə yetirmək üçün əlimdən gələni edirdim. Bu uğurumu bir növ atama həsr etdiyimi deyə bilərəm. Gələcəkdə təhsilimi başa vurduqdan sonra əvvəlcə bir neçə il burada, daha sonra isə xaricdə oxuyub işləməyi planlaşdırıram.

Düşünürdüm ki, əgər torpaqlarımızın uğrunda döyüşərək şəhid olmuş insanlar cəsarət göstəribsə, mənim də ali məktəbə qəbul olmaq üçün cəsarətim və oxumaq həvəsim olmalıdır. Bunu özümə borc bilirdim.

Ailədə üç övladıq. Məndən böyük qardaşım hazırda Azərbaycan Texniki Universitetinin (AzTU) tələbəsidir. Atam heç birimizin ali məktəbə qəbul olduğunu görmədi.

Abituriyentlərə tövsiyə edirəm ki, nə qədər zəif olsalar da, narahat olmasınlar. Çünki onlar hələ yolun başlanğıcındadırlar. Əsas odur ki, öz üzərlərində çalışsınlar və özlərini motivasiya edəcək şeylər tapsınlar".

Qeyd edək ki, Sübhi Mürsəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı, sentyabrın 30-da Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən Sübhi Mürsəliyev vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 25 Avqust 2025 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see200

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see186

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri