Icma.az
close
up
RU
“15 min manat versəydim, işlə təmin olunardım” ŞƏHİD ÖVLADI

“15 min manat versəydim, işlə təmin olunardım” ŞƏHİD ÖVLADI

Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Naxçıvan MR sakini, şəhid övladı Sanami Əhmədov rəsmi qurumlardan şikayətçidir

Naxçıvan Muxtar Respublikası (MR), Sədərək rayonu, Dəmirçi kənd sakini Əhmədov Sanami Etibar oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçinin müraciətini olduğu kimi dərc edirik:

“Mən, Əhmədov Sanami Etibar oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemi işıqlandırasınız.

2023-cü ilin aprel ayında Sədərək Rayon İcra Hakimiyyətindən zəng edib, rayon Mərkəzi Xəstəxanasında ambulans sürücüsü kimi işləmək istəyib-istədiyimi soruşdular. Əlavə etdilər ki, şəhid ailələrinə üstünlük verilir. Mən də razı olduğumu bildirdim.

Anamla birgə Səhiyyə Nazirliyinə getdim. Lakin Kadrlar Şöbəsinin müdiri Vüsal bəy bizə bildirdi ki, vakant yer yoxdur. Mən isə dedim ki, axı, bizi bura iş üçün göndəriblər...

Sonra Ali Məclisə getdim, şikayətimi məktub şəkilində yazdım. Məktubuma cavab gəldi ki, vakant yer yoxdur, yer olanda çağıracaqlar.

2023-cü ilin avqust ayında anamla yenidən Səhiyyə Nazirliyinə getdim. Nazirliyin əməkdaşı Eminova Aysel Əziz qızı bizi qəbul etdi. Ona bildirdim ki, Sədərək Mərkəzi Xəstəxanasında vakant yer yoxdursa, məni Şərur rayonunda işlə təmin edin. Aysel xanım dedi ki, mənlik deyil, Günəş Qədimovanın qəbuluna gedin. O da bizə bildirdi ki, Şərur rayonunda vacant yer yoxdur.

Bir neçə gün sonra Ali Məclisdən zəng gəldi. Onlar da vakansiya olmadığını dedilər və Məşğulluq Agentliyinə müraciət etməyimizi məsləhət bildilər.

Bütün bunlardan sonra Prezidentin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin qəbuluna yazıldım. O, 16.11.2024-cü ildə bizi qəbul etdi. Xahiş etdim ki, heç olmsa Şərur rayonunda işlə təmin etsinlər. Bildirdim ki, məndən Sədərək xəstəxanasında sürücü kimi işləmək istəyib-istmədiyimi soruşdular, amma işə götürmədilər.  Əlavə etdim ki, 3 min manat versəydim, indi işləyərdim. Fuad Nəcəfli məndən soruşdu ki, indi neçə min olub? Mən də 15 min manat olduğunu bildirdim.

22.11.2024-cü ildə mənə Məşğulluq Agentliyindən zəng gəldi. İşlə bağlı Ali Məclisə müraciət etdiyimi dedilər və nə iş istədiyimi soruşdular. Dedim ki, xəstəxanada ambulans sürücüsü işləmək istəyirəm. Lakin yenə də işlə təmin olunmadım”.

Aynurə MUSTAFAYEVA

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 13 Yanvar 2025 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see305

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see303

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see302

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see297

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see292

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see274

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see274

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see271

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see269

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see253

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see248

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see245

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see234

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see232

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see230

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see220

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see214

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see212

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see204

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri