Icma.az
close
up
RU
“Atamın həmin an gözlərindən yaş axırdı” Cümhuriyyətin ən gənc nazirinin ailəsi:

“Atamın həmin an gözlərindən yaş axırdı” Cümhuriyyətin ən gənc nazirinin ailəsi:

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Qarabağda zəfər qazandığımız zaman Türkiyədə maşınların üzərində Azərbaycan bayrağının dalğalandığını görən zaman gözlərim dolurdu”

“Con Kennedi ilə tez-tez yazışardı. Azərbaycanın müstəqilliyi üçün onunla danışıqlar aparırdı”

“Atam onların necə öldürüldüyünə şahid olub. Özü isə bir dəvəçi geyimində Türkiyəyə qaçıb”

Mustafa Vəkiloğlu  – Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Daxili işlər naziri, Azərbaycanın hüquq üzrə ilk professoru, görkəmli siyasi xadim.

1920-ci il fevralın 18-də iyirmi üç yaşlı M.Vəkiloğlu Azərbaycan Cümhuriyyətinin daxili işlər naziri təyin olunub. Hökumətin ən gənc naziri olan Vəkiloğlu Azərbaycanın istiqlaliyyətini qoruyanlardan biri olub. O, silahlı erməni dəstələrinin Qarabağda, Şuşada törədikləri üsyanları yatırıb, təxribat və ixtişaşların qarşısını alıb. Azərbaycan Cümhuriyyətinin ruslar tərəfindən işğalından sonra M.Vəkiloğlunun mühacir həyatı başlayıb.

O, Azərbaycan mühacirətinin önəmli simalarından biri olub.

Gununsesi.info xəbər verir ki, jurnalist Hafiz Əhmədov Azərbaycan Xalq Cümhuriyyətinin ən gənc naziri olmuş Mustafa Vəkiloğlunun Türkiyədə yaşayan ailə üzvlərini tapıb, həmsöhbət olub. M.Vəkiloğlunun oğlu Nadir Vəkiloğlu HafizTimes.com-a eksklüziv müsahibəsində önəmli məqamlardan söhbət açıb:

– Atam vəfat edəndə mənim cəmi 15 yaşım vardı. Buna görə də bir çox hadisələrdən məlumatsızam. Kaş ki, atam uzun ömür sürərdi və mənə öz həyatı ilə bağlı daha geniş məlumat verərdi. Çox təəssüflər olsun ki, hər şeyi xatırlamıram.

Atamızla aramızda böyük hörmət bağı vardı. Yəni, bir çox şeyi onunla danışa bilməzdik. Buna görə də atamızdan hər şeyi öyrənə bilmədik. O, heç vaxt Azərbaycandan bəhs etmədi. Buna görə bəzən çox kədərlənirəm. Mənə ailə köklərimizlə bağlı kitab göndərdilər. Çox təəssüflər olsun ki, kitabı oxuyan zaman orada yazılanlar barədə tamamilə məlumatsızdım. Həmin vaxtlar isə atam artıq vəfat etmişdi. Və mən suallarımı ona verə bilmədim.

Tək xatırladığım şey budur ki, onlar rusların istilasından, zülmündən xilas olmaq üçün qaçıblar. Ruslar atamın bütün yaxınlarını, doğmalarını qətlə yetiriblər. Atam onların necə öldürüldüyünə şahid olub. Özü isə bir dəvəçi geyimində Türkiyəyə qaçıb. Atam günlərlə binadan bayıra çıxa bilməyib. O, evdən bayıra çıxsaydı öldürüləcəkdi. Çox zülm, əziyyət çəkiblər.

Atam çox gənc yaşda Azərbaycanın daxili işlər naziri olub. Çox ağır zamanlarda nazir vəzifəsində çalışıb. O, ölkədə qərar verən şəxslərdən olub. Hələ o zamanlar Qarabağda ermənilərin törətdikləri üsyanları da yatırıb.

Xatırlayıram ki, atam çox tez-tez Məhəmməd Əmin Rəsulzadənin adını çəkərdi. Çox təəssüflər olsun ki, biz həmin vaxtlar onun kimliyi barədə məlumatsız idik. Atam Məhəmməd Əmin Rəsulzadə ilə çox yaxın dost olub. Və Rəsulzadənin adı mənim yaddaşıma həkk olunub. Ankarada bir ayağı axsayan qadın yaşayırdı, tez-tez bizə gələrdi. Yaşım az olduğu üçün dəqiq xatırlamıram. Bəlkə də, o, Rəsulzadənin həyat yoldaşı Leyla xanım idi. Əlbəttə, Rəsulzadə kimi böyük bir şəxsiyyəti evdə qonaq edən zaman təbii ki, bizim kimi balaca uşaqlar kənara çəkilməli olurduq. Ona görə də bir çox hadisədən məlumatımız olmurdu. Onlar özəl olaraq görüşərdilər.

Heç vaxt unutmadığım bir məqamı da sizinlə bölüşmək istəyirəm. Bir dəfə böyük sənətkar Rəşid Behbudov Ankaraya gəlmişdi. Biz də onun konsertinə getmişdik. Gözəl mahnılar ifa edirdi. O vaxtlar çox şey qadağan idi. Bir çox dövlət adamları Türkiyədə, Almaniyada binaların önündə güllələnərək qətlə yetirilmişdi. Atam isə Türkiyədə də siyasi fəaliyyətini davam etdirirdi. Hələ Adnan Menderes zamanında Azərbaycan üçün tez-tez xüsusi axşamlar təşkil olunurdu. Atam bir müddət Azərbaycanla bağlı təşkilata başqanlıq da etdi. Tez-tez rəsmi çıxışları olurdu. Yəni ki, onun öz Vətəni üçün etmədiyi heç nə qalmamışdı.

Ankaradakı Məclis binasının önündəki yerdə tez-tez yığıncaqları olurdu. Bir neçə dəfə məni də özü ilə həmin iclaslara aparmışdı. Bir dəfə görkəmli sənətkar Rəşid Behbudov səhnədə mahnı ifa edirdi. Mən də arxa sırada durub ona tamaşa edirdim. Rəşid Behbudov mahnı oxuyan zaman atamın gözlərindən yaş töküldüyünü görmüşdüm. O yara həmişə atamın ürəyində idi. O yara heç vaxt sağalmadı. Kaş atam Azərbaycanın öz müstəqilliyinə qovuşduğu günü görə biləydi. Çünki onun bütün mübarizəsi Azərbaycan üçün idi.

Yaxşı xatırlayıram ki, atam Amerikanın 35-ci prezidenti Con Kennedi ilə tez-tez yazışardı. Azərbaycan üçün onunla danışıqlar aparırdı. Atam Azərbaycanın yenidən müstəqil, azad bir ölkə olması üçün çalışırdı. Azərbaycanlıların təşkil etdiyi dərnəyə başqanlıq edirdi.

– Mustafa Vəkiloğlu nədən vəfat etdi?

– Atam beyin qanaxması keçirmişdi. Mən də həmin vaxt liseydə təhsil alırdım. Bir həftə xəstəxanada qaldı. Sonra vəfat etdi.

– Azərbaycanı, Şuşa, Qarabağı görmək istərsinizmi?

– Mən Azərbaycan Ordusunun Qarabağda apardığı haqq, qəhrəmanlıq savaşını televiziya kanallarından izləyirdim. Ürəyim Azərbaycan əsgərləri ilə döyünürdü. Həmişə deyirdim ki, kaş mən də o torpaqlara gedərdim, əsgərlərimizə dəstək olaydım.

Bir dəfə belə bir təklif gəlmişdi. Çox təəssüflər olsun ki, gedə bilmədim. Atamın doğulduğu Qazax rayonunun Yuxarı, Aşağı Salahlı kəndləri ilə bağlı gözəl fikirlər eşitdim. Hətta oralardan da mənə zəng etmişdilər. Möhtəşəm yerlərdir. Atamın da təbiət sevgisi oralardan gəlir. Atam həmişə bizə təbiət sevgisini aşılamağa çalışdı. Atamın tam əksi olaraq mən siyasətə meyl etmədim. Həyatımı idmana, basketbola həsr etdim.

– Oğlunuz məşhur Arda Vəkiloğlu barədə bilmək istərdik…

– Ardanın da yaxşı bir idman həyatı var. İkimizin də milli komandalarda xidmətlərimiz olub. O, öz komandasını birinci ligə çıxartmışdı. Arda çox peşəkar idmançı, məşqçidir. Həyat çox sürətlə keçirdi. Bir vaxtlar o, çox balaca oğlan idi. İndi isə xeyli yaşlanıb. Onlara Azərbaycan barədə çox məlumat vermişəm. Övladlarım da Azərbaycanı sevirlər. Dəvət olarsa, əlbəttə ki, gedib ziyarət etmək istəyirik. Bir neçə dəfə telefon əlaqələri qurduq. Amma hər kəs elə dürüst olmur. Hər kəsə də etibar etmək olmaz.

İllər öncə məşhur müğənni Zeynəb Xanlarova da bura gəlmişdi. Kulisdə onunla qarşılaşdıq. Atamı yaxşı tanıdığını, onunla bağlı maraqlı xatirələrinin olduğunu söylədi.

– Qarabağda zəfər qazanmış Azərbaycan Əsgərlərinə nə söyləmək istərsiniz?

– İşğal zamanı çəkilən əziyyətləri heç vaxt unutmaq olmaz. İnsanlar böyük itkilər yaşamalı oldular, öz evlərindən, yurd-yuvalarından qaçqın düşdülər. Heç biri belə zülmə layiq deyildi. Torpaqları işğal edilmişdi. İllər sonra qəhrəman Azərbaycan Ordusu bu işğala son qoyudu, bizə böyük zəfər bəxş etdi. Bu tarixi anlara şahid olmaq qürurverici idi. Bu gün Qarabağda, Şuşada yenidən bizim bayrağın dalğalanması qürurvericidir. Qarabağda zəfər qazandığımız ərəfələrdə Türkiyədə maşınların üzərində Azərbaycan bayrağının dalğalandığını görən zaman gözlərim dolurdu. Bu zəfər bizim haqqımız idi. Olması gərəkən də bu idi!

– Azərbaycanın yenidən müstəqilliyini qazanması böyük bir hadisədir. Azərbaycan müstəqil olmayanda isə oralara getmək çox riskli idi. Çünki soyadımız çox dəyərli idi. Hər cür təhlükə ilə qarşılaşacağımızı deyirdilər. İndi isə belə bir böyük Qarabağ zəfərini qazanmağımız təbii ki, atamın da ruhunu şad edib. Hər kəs Azərbaycanla bağlı bir fikir ifadə edə bilər, amma Azərbaycan bizim özümüz olduğumuz üçün məsələyə daha fərqli yanaşırıq.

– Atanızla bağlı heç vaxt unutmayacağınız bir xatirəniz varmı?

– Təbii ki, Rəşid Behbudovu Ankaraya gətirən də atam idi. Bir görüntü hələ də gözümün önündən getməməyib. Rəşid bəy əlindəki mahnı kitabına baxıb seçim edirdi. Həmin vaxtlar Azərbaycan rusların işğalı altında idi. Çox şeylər qadağan idi. Hər şeyi danışmaq olmazdı. Amma Rəşid Behbudovun ifa etdiyi mahnın sözləri işğala qarşı bir üsyan idi. Atam 60 yaşlarında idi. Onun ağladığı gördüm. Həmin vaxt Vətən sevgisinin, Vətən həsrətinin nə olduğunu hiss etdim. Onun da tək dərdi Vətənini azad görmək idi. Kaş ki, bir dəfə atamla birlikdə Azərbaycana gedərdik.

– Ananızla bağlı bilmək istərdik. Azərbaycan Cümhuriyyətinin ən gənc nazirinin xanımı kim idi?

– Atam bir müddət Polşada yaşayıb, orada fəaliyyət göstərib. O, çox önəmli bir vəzifə üçün Polşaya getmişdi. Daha sonra Türkiyəyə gəlib, Amasiyada məskunlaşıb. Orada anamla tanış olub, ailə qurublar. Daha sonra birlikdə Ankaraya gediblər. Atam təbiətə çox bağlı idi. Hətta Amasiyada yaşayan zaman bir ərəb atı da bəsləyib. Hər kəs pişik, it saxlayanda atam ərəb atı bəsləyib. Hər gün onu tumarlayarmış. Vətən həsrətini bu yolla yüngülləşdirməyə çalışıb.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 20 May 2025 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Putin bir cümlə ilə özünü təslim etdi...”

18 Avqust 2025 00:45see221

Paşinyan: Ermənistan və Azərbaycan ərazi bütövlüyü məsələsini həll edib

18 Avqust 2025 19:09see216

Ağ Ev bunu təkzib edib...

17 Avqust 2025 20:55see198

Britaniya həmin siyahını İrana verdi: Bu müsəlman ölkəsinin adı var!

19 Avqust 2025 00:40see169

Dünyada ərzaq bahalaşıb Ən çox nələrin qiyməti artıb?

17 Avqust 2025 20:15see142

Vətən sərhədlərində gözlərini qırpmadan keşik çəkənlər... Azərbaycan Sərhəd Mühafizəsi 106 yaşında

19 Avqust 2025 00:40see138

Sevgilisini məhkəmədə uddu Bu qədər təzminat alacaq

18 Avqust 2025 00:56see136

Böyük fəlakət Ölənlərin sayı 645 nəfərə çatdı

18 Avqust 2025 04:45see134

Çempion PSJ mövsümə bir qollu qələbə ilə başlayıb VİDEO

18 Avqust 2025 01:03see129

“Yay bitməmiş gəzməyə gedə bilsəydik deyənlər üçün 3 günlük ucuz və yaddaqalan marşrutlar

17 Avqust 2025 17:52see126

Arsenal səfərdə Mançester Yunayted i məğlub etdi VİDEO

17 Avqust 2025 22:03see124

Uşaqlar üçün kompüter oyunları təhlükəlidir?

17 Avqust 2025 18:27see124

“Ata yurdumda uşaqlıq xatirələrimi yada salıram” DEPUTAT

18 Avqust 2025 08:25see123

Pandemiya ilə bağlı yazılan cərimələr gələn il qüvvədən düşür HÜQUQŞÜNAS FOTO

18 Avqust 2025 15:33see123

Qərb Ukraynada müharibənin bitməsində maraqlı deyil Belarus

17 Avqust 2025 22:11see122

Dilarə Əliyeva qızı və nəvəsinin görüntüsünü paylaşdı

17 Avqust 2025 21:30see121

Ukrayna Luqansk sərhədlərində 5 minə yaxın əsgərini itirib

18 Avqust 2025 08:08see119

Qarabağ bu xəritələr əsasında bərpa edilir Video

17 Avqust 2025 18:03see119

Messi futbol tarixində yeni rekorda imza atıb

17 Avqust 2025 21:06see118

Starlink in işində nasazlıq yarandı

19 Avqust 2025 02:37see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri