Icma.az
close
up
RU
İran, Türkiyə, indi də Azərbaycan risk altında Regionu sarsıdacaq proses

İran, Türkiyə, indi də Azərbaycan risk altında Regionu sarsıdacaq proses

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Azərbaycanda davam edən quraqlıq və su qıtlığı iqlim dəyişiklikləri ilə bağlı narahatlıqları daha da artırıb. Mütəxəssislər bildirirlər ki, yağıntının azalması, temperaturun normadan yüksək olması və çay hövzələrində su səviyyəsinin enməsi artıq mövsümi deyil, uzunmüddətli tendensiyaya çevrilir. Xüsusilə Kür və Araz çaylarında müşahidə olunan azalma ölkənin su ehtiyatlarına birbaşa təsir göstərir. Bildirilir ki, proses belə davam edərsə, yaxın illərdə içməli su təminatında ciddi risklər yarana bilər.

Bunun qarşısını necə almaq olar?

Globalinfo.az-a danışan biomüxtəliflik üzrə ekspert, ekoloq Arzu Mustafayev deyib ki, hazırkı qlobal böhran fonunda quraqlığın baş verməsi ekosistemi çətin vəziyyətə salır:

“Tehran kimi dünyanın ən böyük şəhərlərindən birində quraqlıq səbəbindən sakinlər təxliyə edilir. Şəhərin Əlborz dağ silsiləsinin ətəyində yerləşməsi su ehtiyatlarını nisbətən artırsa da, İranın digər bölgələri uzun illərdir quraqlıqdan əziyyət çəkir. Hazırda yalnız İranın deyil, Türkiyənin bir çox şəhərləri və regiondakı digər ölkələr də su qıtlığı ilə üzləşiblər. Bu, əhali sıxlığı, tənzimlənməyən demoqrafik artım, sürətli urbanizasiya və sudan plansız istifadənin nəticələridir”.

Arzu Mustafayev

Ekoloq qeyd edib ki, Azərbaycanda da mövsümi quraqlıq və çaylarda azsululuq dövrü müşahidə olunur:

“Hazırda kənd təsərrüfatında su tələbatının aşağı olması durumu qismən yüngülləşdirir. Lakin növbəti illər üçün bu, ciddi xəbərdarlıq siqnalı kimi qiymətləndirilməlidir. Oğuz–Qəbələ su layihəsi ilə bağlı problemlər hələ boru çəkilməmişdən və su rezervuarı istismara verilməmişdən əvvəl də məlum idi. Layihə 1980-ci illərdə hazırlanarkən yeraltı göldən istifadə məsələsi gündəmə gəlmişdi. O zaman Azərbaycan SSR-nin Meşə Təsərüfatı Nazirliyi layihənin Böyük Qafqaz regionunda susevər növlərin, xüsusən şabalıd, fındıq və digər meşə bitkilərinin məhv olmasına gətirib çıxaracağını əsas gətirərək mənfi rəy vermişdi.

Layihənin 2010-cu illərdə reallaşdırılması ilə dağ çaylarının və bulaqların sularında azalma, qrunt sularının səviyyəsində düşmə baş verdi. Min illərdir mövcud olan meşə, kənd təsərrüfatı sahələri ciddi zərər gördü və görür. Yeraltı suların iri həcmdə götürülməsi ümumi su balansının pozulmasına səbəb oldu və bunun əvvəlki vəziyyətinə qayıtması artıq mümkün deyil. Təbiət bərpa olunmağa çalışsa da, resursların məhdudluğu buna imkan vermir. Min illərlə formalaşmış su ehtiyatlarının bir neçə onillikdə intensiv istismarı geohidroloji sistemə ciddi ziyan vurur”.

Ekspert bildirib ki, Bakının su istifadəsi planı yenidən işlənməlidir:

“Oğuz–Qəbələdən gətirilən içməli suyun maşın yuma kimi absurd, məntiqə və reallığa sığmayan məqsədlərə israf edilməsi təbii sərvətlərin qeyri-səmərəli və plansız istifadəsinin göstəricisidir. Bu, həm milli sərvətimizə laqeyd yanaşma, həm də ümumi idarəetmə boşluğudur. Məsələnin kökündə mütəxəssis qıtlığı da dayanır. Mövcud kadrlar problemləri aktuallıq səviyyəsinə çatdırmaqda, qərarvericilərə düzgün yön verməkdə çətinlik çəkirlər.

Bir çox ölkələrdə olduğu kimi, tullantı sularının təmizlənərək texniki məqsədlər üçün yenidən istifadəsi təmin olunmalıdır. Dağlardan, uzaq məsafələrdən böyük zəhmət və yüksək xərc hesabına gətirilən içməli suyun yaşıllaşdırma, “moyka” işlərinə sərf edilməsi məntiqi idarəetmədən uzaqdır. Bütün zavod və müəssisələr istifadədə dərhal texniki suya keçməlidirlər. Hazırkı durum təxirəsalınmaz addımlar tələb edir”.

Ləman İmran
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Noyabr 2025 08:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see220

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see161

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see158

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see151

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see142

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri