Icma.az
close
up
RU
Atamın intiqamını aldım Amin Mərdəkanskini öldürən şəxsə HÖKM OXUNDU

Atamın intiqamını aldım Amin Mərdəkanskini öldürən şəxsə HÖKM OXUNDU

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Ötən ilin avqust ayənda Mərdəkanda qətlə yetirilən Amin Xudaverdiyevin (Mərdəkanski) cinayət işi hökm çıxarılıb.

Modern.az-ın əldə etdiyi məlumata görə, cinayəti törətməkdə təqsirləndirilən Ruhulla Abdullazadə barədə 11 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

İş materiallarından məlum olur ki, hadisənin kökündə uzun illər davam edən ailə mübahisəsi dayanıb. Təqsirləndirilən Ruhulla Abdullahzadənin ifadəsinə görə, mərhum Amin Məmmədovun qohumu vaxtilə onun atasını öldürüb. Abdullahzadə məhz bu səbəbdən qisas almaq qərarına gəlib.

Hadisədən öncə tərəflər arasında torpaq mübahisəsi də olub. Ruhulla Abdullahzadə atasından ona miras qalmış torpağı Amin Məmmədovun zorla satdırmaq istədiyini iddia edib. Hadisədən əvvəl R.Abdullahzadə mərhumu izləyib və onun Mərdəkan çimərliyində olduğunu müəyyənləşdirib. O, icarəyə götürdüyü "Hyundai Elantra" markalı avtomobillə hadisə yerinə gəlib və özü ilə gətirdiyi odlu silahı götürərək Məmmədova bir neçə dəfə atəş açıb.

Şahid ifadələrinə görə, qatil əvvəlcə qurbanı ilə heç bir söz demədən arxadan bir güllə atıb. Güllə Aminin başına dəyib və o yerə yıxılıb. Bundan sonra Abdullahzadə daha bir neçə dəfə də atəş açıb.

Məhkəmə iclasında R.Abdullahzadə özünü təqsirli bilib və cinayəti törətməkdə məqsədinin qisas almaq olduğunu bildirib:

"Mən atamın ölümünün intiqamını aldım. Aminin qohumu mənim atamı öldürüb, ailəmizin həyatını dağıdıb. Mənim qisas almaqdan başqa yolum yox idi. O, bizim torpağımızı da zorla ələ keçirməyə çalışırdı. Mən ona nə qədər xəbərdarlıq etsəm də, dayanmadı. Ona görə bu addımı atdım."

R.Abdullahzadə cinayəti törətdikdən sonra könüllü olaraq polisə təslim olub. O, məhkəmədə deyib ki, hadisədən sonra "102" xidmətinə zəng edərək törətdiyi əməli etiraf edib. Daha sonra polis əməkdaşları ilə görüş yerini razılaşdırıb və öz iradəsi ilə təhvil verilib.

Ruhulla Abdullahzadə Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə təqsirli bilinərək 11 il həbs edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Mart 2025 10:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see235

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see224

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see184

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see182

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see160

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see160

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see149

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see149

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see146

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see142

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see142

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see140

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see136

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see135

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see135

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see135

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see133

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see130

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see129

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri