Icma.az
close
up
RU
Atanın balası üçün fəryadı: Onu bu vəziyyətdə görmək məni məhv edir, yalvarıram kömək edin

Atanın balası üçün fəryadı: Onu bu vəziyyətdə görmək məni məhv edir, yalvarıram kömək edin

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dörd yaşlı Camalın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun atası Rüfət Hacıyev məlumat verib.

O bildirib ki, övladı bir neçə xəstəlikdən əziyyət çəkir:

"Camal 2020-ci ildə tam sağlam şəkildə dünyaya gəlib. Bir yaş beş ayına qədər onun səhhətində hər şey qaydasında olub. Həmin dövrdə o, koronavirusa yoluxdu. Virusu yüngül keçirsə də, ondan sonra səhhətində pisləşmə başladı. Həkimlər övladımın koronavirusdan sonra beyninin zədələndiyini dedilər. Camal hazırda dərin autizm, nitq geriliyi, hipotireoz, hipoksik ensefalopatiya, mərkəzi sinir sisteminin zədələnməsi və qaraciyər zədələnməsindən əziyyət çəkir".

Rüfət Hacıyev övladının müalicə və reabilitasiyası üçün hazırda 2 800 manata ehtiyacları olduğunu deyib:

"Camalın səhhəti pisləşdiyi gündən əlimizdən nə gəlirsə, etmişik. Evimizi, qızıllarımızı, bütün dəyərli əşyalarımızı övladımın müalicəsi üçün satmışıq. Onun vəziyyəti ilə bağlı yoldaşım işləyə bilmir, son dövrlər ona tək baxa bilmədiyi üçün yoldaşım da məcbur işdən çıxıb. Buna səbəb isə Camalın özünə ciddi şəkildə xəsarət yetirməsidir. Onun xəstəliyi müalicə olunmadığı vaxtlarda çox ciddi təhlükə yarada bilir. Özünə, yaşadığımız evə, ətrafa ziyan verməyə çalışır. Bir ata olaraq onu bu vəziyyətdə görmək məni məhv edir. Xalqıma yalvarıram, mən öz balamın qarşısında aciz qaldım, bəlkə onlar Camala kömək edər. Camalın reabilitasiyası üçün mərkəzlərdən birinə 650, digərinə isə 500 manat ödəniş etməliyik. Bu aylıq dərmanları isə 1 900 manat edir. Müalicələr Camala çox yaxşı təsir edir".

Ailə ilə əlaqə: 051 987 77 70.

"Kapital bank": 4169 7385 4493 5046.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://oxu.az
archiveBu xəbər 06 İyun 2025 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see190

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri