Icma.az
close
up
RU
Atası və həyat yoldaşına görə karyerasına son qoyan Sərvərin Gülnazı

Atası və həyat yoldaşına görə karyerasına son qoyan Sərvərin Gülnazı

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“O olmasın, bu olsun”  filmində əsərin çox hissəsi real hadisələrdən və Şərqin adətlərindən götürülüb.

Ölkə.Az xəbər verir ki, bu sözləri dosent Zaur Əliyev deyib. 

"Azərbaycanın ilk rəngli bədii filmi olan “O olmasın, bu olsun” Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında ekranlaşdırılıb. Lakin çox təəssüf ki, rejissor Üzeyir bəyin adını titrlara salmayıb. Film o dövr üçün o qədər populyar idi ki, keçmiş sovetlər birliyindən çox-çox uzaqlarda belə sevilib. 

Üzeyir bəy öz əsərinin çox hissəsini real hadisələrdən və Şərqin adətlərindən götürüb. Məsələn, Məşədi İbad adaxlıbazlığa gedir, hasar hündür olduğundan ayağının altına hambal çağırır, bir abbasıya. Biz o səhnəyə gülürük, Üzeyir bəyin sarkazmı sayırıq, ancaq sən demə, o dövrlərdə Şərqdə bu adi hal imiş. Uzun illər Türkiyə, Misir və başqa Şərq ölkələrdə hər kəs belə edirmiş.

Yaxud Məşədi İbadın Gülnazla görüşdən qabaq papağı başına necə qoymaqla bağlı səhnə var. Çoxları bunu ssenaristin və rejissorun fantaziyası sayır. Əslində, bu, real həyatda baş vermiş bir hadisədən götürülüb və Üzeyi bəy də bunu görüb öz əsərinə salıb. Üzeyir bəy Bakı toylarının birində "Lotu Cabbar" kimi tanınan Məşədi Cabbar Vahabovun səhnələşdiriyi obrazdan götürüb. 

Məsəl üçün, Sərvər Lütfəli bəy Behbudov, Gülnaz Sona xanım Tağıyeva, Məşədi İbad Tağıyev, Rüstəm bəy  məşhur general-leytenant Balakişi bəy Ərəblinski,  Qoçu Əsgər Qoçu Nəcəfqulu və sairələr realdan götürülən obrazlar idi", - deyə o söyləyib. 

Z.Əliyev Gülnaz obrazını canlandıran aktrisanın qarşılaşdığı çətinliklərdən də söz açıb:

"Gülnaz xanım obrazı üçün rejissor Hüseyn Seyidzadə aktrisa axtarışında idi. Məktəbələrə, universitetlərə, teatrlara gedən filmin heyəti istədikləri aktirsanı Bakı şəhəri 190 saylı orta məktəbdə tapırlar. 8-ci sinif otağına daxil olanda rejissor əlini bir şagirdə uzadıb deyir:

-Bax bu odur.
-Hansı?
-İkinci sırada oturan qız adın nədir?
-Tamara Gözəlova
-Neçə yaşın var?
-14
-Bax bizim rolda oynamaq üçün ən ideal aktrisa sən olacaqsan. 

Evə gəlib bu xəbəri verəndə ailədə bir qalmaqal başlanır.  Bakının Maştağa kəndindən olan ata  qızının “aktrisa olmasının” qəti əleyhinə idi. Lakin filmin rejissoru Hüseyn Seyidzadə təslim olmaq fikrində deyildi – o, partiya komitəsinə şikayət edir və Tamaranın atası “söhbətə” çağırılır. Orda onu danlayırlar, xəbərdarlıq edirlər. Atası evə gəlir və qızına deyir ki, “Mən “razı olduğumu dedim”, amma sən denən özün istəmirsən. Orada elə demişəm”.

Qız atasının sözünü yerə salmır, lakin rejissor onun yaxın qohumlarının yanına xahişə gedir.

Bütün nəsil ona söz deyə bilməyəcklərini deyirlər. Hər şeyin bitdiyini hiss edən Hüseyn Seyidzadə qızın böyük əmisinin yanına gedir. Möcüzə baş verir və əmisi qardaşını razı salmağa söz verir və dediyini eləyir.

Filmdə Gülnaz obrazının aktrisası Tamara Gözəlova olur. Lakin uzun müddət atası öz qızı ilə danışmır və onunla küsülü qalır. 
Daha sonra Tamara Gözəlova 1956-cı ildə “Bakı danışır, göstərir” deyən televiziyasının ilk qadın aparıcısı olur. Lakin atasının onunla küsülü qalmasına dözə bilməyərək, kino və televiziyanı birdəfəlik tərk edir və Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə daxil olur.
Bir dəfə ondan "niyə karyeranı birdən-birə dayandırdın?" soruşanda qısa cavab verir: "Qohumlarım da peşəmdən razı qalmadılar - əvvəl atam, sonra ərim...".

Qeyd edək ki, Tamara Gözəlova 2020-ci il 8 may tarixində xərçəng xəstəliyindən vəfat edib. Əhmədli kənd qəbiristanlığındə dəfn edilib.

Billurə
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://olke.az
archiveBu xəbər 19 Fevral 2025 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see250

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see228

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see211

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see209

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see203

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see189

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see178

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see164

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see162

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see155

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see147

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see145

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see141

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see140

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see139

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see139

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see138

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see137

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri