Atasını döyən oğula hökm oxundu
Masallı Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Sakit Məmmədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elşən Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətindən azad olunub.
İttihama görə, hadisə 05 noyabr 2024-cü il tarixdə, saat 20 radələrində Masallı rayonu ərazisində yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb.
Belə ki, Sakit Məmmədov atası, zərərçəkmiş Həsən Məmmədovla (şərti) Bakı şəhərində yaşayan bacısı ilə ərinin boşanıb-boşanmaması ilə bağlı aralarında şəxsi münasibətlər zəminində mübahisə edib. Bu zamanı o, zərərçəkmiş şəxsin bədəninin müxtəlif nahiyələrində dəmir stulla qəsdən bir neçə zərbə vuraraq xəsarətlər yetirib.
Hadisədən sonra Sakit Məmmədov saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib.
Kamal Məmmədov
![see](https://icma.az/template/assets/see.png)