Atəşkəsin iqtisadi təsirləri müsbət olacaq Cevdet Yılmaz
Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türkiyənin Vitse-Prezidenti Cevdet Yılmaz, İsraillə İran arasında əldə edilən atəşkəsin humanitar və ətraf mühit risklərini azaltmaqla yanaşı, iqtisadi təsirlər baxımından da müsbət olacağını vurğulayıb.
Redaktor.az xəbər verir ki, Yılmaz, sosial media hesabında verdiyi açıqlamada, bölgədəki geosiyasi gərginliyin azalmağa başladığını bildirərək bunları qeyd edib:
“İsrailin beynəlxalq hüquqa məhəl qoymadan İrana qarşı həyata keçirdiyi hücumlarla artan gərginlik, bu gün əldə olunan atəşkəs ilə azalmağa başlamışdır. Bu irəliləyiş, humanitar və ətraf mühit risklərinin azaldılması ilə yanaşı, iqtisadi təsirlər baxımından da müsbət nəticələr doğuracaq.
Lakin bölgənin ən böyük ehtiyacı, hər kəs üçün ədalətli və davamlı sülhün təmin edilməsidir. Bu, işğal və məhv siyasətləri ilə qarşılaşan Fələstin xalqının, xüsusilə Qəzza bölgəsində, dinc şəraitdə və insan ləyaqətinə uyğun həyat şəraitinə qovuşması ilə mümkündür.
Türkiyə, Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın təcrübəli və əzmkar rəhbərliyində həm daxili sabitliyini gücləndirməyə, həm də Fələstin məsələsi başda olmaqla, bölgə və dünya miqyasında ədalət və sabitliyi müdafiə etməyə davam edəcəkdir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 24 İyun 2025 22:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















