Icma.az
close
up
RU
ATƏT də 907 ci düzəlişlə bağlı ÇAĞIRIŞ

ATƏT də 907 ci düzəlişlə bağlı ÇAĞIRIŞ

Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Bu gün, fevralın 20-də ATƏT Parlament Assambleyasının Vyanada keçirilən 25-ci Qış Sessiyası çərçivəsində “İnsan hüquqları təhlükəsizliyin əsası kimi” mövzusunda komitələrin birgə iclası keçirilib.

Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, iclasda çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü, ATƏT PA-nın İqtisadiyyat və ətraf mühit komitəsinin sədri Azay Quliyev Cənubi Qafqazda formalaşan yeni sülh reallıqlarından danışıb.

O bildirib ki, onilliklər boyu davam edən münaqişələrdən sonra region görünməmiş sülh və təhlükəsizlik mərhələsinə daxil olur. Azərbaycanın bu transformasiyada qətiyyətli liderlik rolunu vurğulayan deputat, eyni zamanda ABŞ-ın prosesə göstərdiyi mühüm dəstəyi xüsusi qeyd edib.

Çıxışda bildirilib ki, Azərbaycan və Ermənistan arasında Sülh Sazişinin mətni paraflanıb, ATƏT-in Minsk Qrupu strukturları ləğv edilib, Azərbaycan tərəfindən Ermənistana işğala görə tətbiq olunan tranzit məhdudiyyətləri aradan qaldırılıb və enerji məhsullarının tədarükü təmin edilib. Bu addımlar iki ölkə arasında normallaşma və dinc yanaşı yaşama üçün yeni dinamika yaradıb. Azay Quliyev vurğulayıb ki, Ermənistan yeni konstitusiyasını qəbul edən kimi Azərbaycan sülh sazişini dərhal, ertəsi gün imzalamağa hazırdır.

Deputat həmçinin ABŞ-ın regionda artan strateji fəallığını, JD Vance-in bölgəyə səfərini və Bakıda Azərbaycanla Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasını regional sabitliyə güclü dəstəyin göstəricisi kimi qiymətləndirib.

O qeyd edib ki, ikitərəfli münasibətlərin hərtərəfli inkişafına mane olan əsas məsələ ABŞ-ın Azərbaycanla dövlət səviyyəsində əməkdaşlığını məhdudlaşdıran Azadlığa Dəstək Aktının 907-ci düzəlişidir və onun tam ləğvi mövcud reallıqlara və hər iki ölkənin milli marağına uyğun olardı.

ATƏT PA-nın komitə sədri bu kontekstdə konqresmen Anna Paulina Lunanın 907-ci düzəlişin ləğvini nəzərdə tutan qanunvericilik təşəbbüsünü alqışladığını və ABŞ Nümyəndə heyətində respublikaçı və demokratlardan olan dostlarına və həmkarlarına çağırış edib ki, Konqresə təqdim olunan qanun layihəsini dəstəkləsinlər.

Azay Quliyev sonda bildirib ki, bu qərar Azərbaycan-ABŞ münasibətlərini daha da gücləndirməklə yanaşı, bütövlükdə regionda sülh, təhlükəsizlik və rifaha mühüm töhfə verəcək.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 20 Fevral 2026 19:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see387

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see382

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see295

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see293

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see262

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see254

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see254

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see249

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see247

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see234

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see233

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see220

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see209

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see206

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see202

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see200

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see193

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see192

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see192

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri