Icma.az
close
up
RU
ATƏT i şantaj edən Şvabe barədə ifşaedici faktlar

ATƏT i şantaj edən Şvabe barədə ifşaedici faktlar

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dünən AŞPA tribunasından Frank Şvabe tərəfindən ölkəmizə qarşı növbəti dəfə səslənən yalanlar və əsassız ittihamlar bir daha təsdiqlədi ki, Azərbaycana qarşı onun fəaliyyəti siyasi sifarişdən və kök salmış düşmənçilikdən başqa bir şey deyil.

Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının büro üzvü, komitə sədri Azay Quliyev bunu Musavat.com-a açıqlaması zamanı bildirib. O, Almaniya Bundestaqının üzvü və AŞPA-dakı təmsilçisi Frank Şvabenin gerçək sifətini ifşa edən faktları açıqlayıb: İyunun 24-də Parlament tribunasından sui-istifadə edən bu adam faktları məqsədli şəkildə təhrif etdi, Əli Kərimliyə guya işgəncə verilməsi kimi əsassız məlumat yayaraq ictimai rəyi aldatmağa və manipulə etməyə çalışdı. Yaxşı ki, AŞPA-da Ukraynadan olan Aleksey Qonçarenko və Tamila Taşeva kimi obyektiv və vicdanlı deputatlar var idi və onlar Şvabe kimilərinə tutarlı cavab verdilər.

Bu, həmin AŞPA-dır ki, 2001-ci ildə Ermənistanı üzvlüyə qəbul edəndən bəri bir dəfə də olsun işğalçı ölkənin nümayəndə heyətinin mandatını sual altına almayıb. Necə ola bilər ki, bir üzv ölkə tərəfindən digər üzv ölkənin ərazisinin işğal edilməsi, bir milyon insanın elementar hüquqlarının 30 ildən çox müddətdə kobud şəkildə pozulması faktı insan haqlarından, qanunun aliliyindən və beynəlxalq hüquqdan dəm vuran AŞPA və Şvabe kimilərini heç vaxt narahat etmədi?

Əksinə, 2023-cü ilin sentyabrında Qarabağda separatizmə və qondarma rejimə son qoyduğumuza, Ermənistanın işğalının qalıqlarını aradan qaldırıb, Xankəndidə və bütövlükdə Qarabağda konstitusion yurisdiksiyamızı və suverenliyimizi tam bərpa etdiyimizə görə, AŞPA dərhal hərəkətə keçdi, nümayəndə heyətimizin mandatını təsdiq etməkdən imtina etdi”. Deputatın sözlərinə görə, bununla da, AŞPA sübut etdi ki, onun üçün beynəlxalq hüquq və qanunun aliliyi kimi bir dəyər yalnız alətdir və bu dəyərləri istəsələr heçə saya, istəsələr də istənilən ölkəyə təzyiq vasitəsi kimi istifadə edə bilərlər”.

A.Quliyev bu məqamda Şvabe ilə bağlı özünün şahidi olduğu bir rəzilliyi ictimaiyyətə açıqlamaq istədiyini bildirdi ki, onun əsl siması bir daha hamıya aydın olsun: “Bildiyiniz kimi, 2024-cü ilin 7 fevralında Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq Prezident seçkiləri ölkənin bütün suveren ərazisində keçirildi. Həmin vaxt ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə açıq hörmətsizlik etdiyi üçün haqlı olaraq AŞPA seçkini müşahidə etməyə dəvət olunmamışdı.

Lakin Azərbaycanın dəvətilə seçkiləri müşahidə etməyə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu və ATƏT Parlament Assambleyası geniş tərkibli müşahidə missiyası göndərmişdi. ATƏT-in dönəm sədri tərəfindən Seçki Müşahidə missiyasına rəhbərlik Almaniyadan olan deputat, ATƏT PA-nın Vitse-prezidenti və Şvabe ilə eyni siyasi partiyadan olan həmkarı xanım Daniela De Ridderə həvalə edilmişdi. Təssəvvür edin, Frank Şvabe siyasi əxlaqa və etikaya zidd olaraq öz partiya yoldaşına həmin missiyada iştirak etməməsi üçün ciddi təzyiq göstərməyə başladı, hətta onu şantaj etməyə çalışdı. Bununla kifayətlənməyərək, o, hətta ATƏT-in seçki müşahidə missiyasının bütün üzvlərini - səhv etmirəmsə, uzun və qısa müddətli missiyada 400 nəfərdən çox üzv var idi - şantaj etməyə və onlara böhtan atmağa başladı. Dəfələrlə AŞPA təmsilçiləri ATƏT PA-ilə onlayn görüş keçirib Azərbaycanda keçirilən seçkiləri müşahidə etməməyə inandırmağa və özünün düşdüyü bataqlığa ATƏT- də çəkməyə cəhd etdi”.

A.Quliyev bildirib ki, bunları etməkdə əsas məqsədləri isə bizim Zəfərimizə və bu Zəfərdən doğan qələbə seçkiimizə kölgə salmaq idi: “Lakin bu iyrənc plan baş tutmadı və onlar heç nəyə nail ola bilmədilər. Əksinə, ATƏT-in xüsusi missiyasının rəhbəri Daniela de-Ridder öz vəzifəsini sona qədər icra etdi, seçkilərin əsl qələbə seçkisi olduğunu bildirdi, hətta, ATƏT PA-nın heyətinə rəhbərlik edən Artur Gerasimov yenicə azad edilmiş Xankəndiyə getdi və seçkidən sonra keçirilən mətbuat konfransında ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi münasibətilə Azərbaycanı təbrik etdi. Bu məsələni indi ona görə açıqlayıram ki, xalqımız və cəmiyyətimiz bilsin ki, ölkəmizə qarşı sifarişlə kampaniya aparan Şvabe və onun kimilərinin əsl mahiyyətini bir daha tanısınlar. İndi belə bir təşkilata və onun qəbul etdiyi qərəzli qətnamələrə siz özünüz qiymət verin. Və ya AŞPA-dan və onun aşınmış dəyərlərinin simvoluna çevrilən Şvabedən başqa nə gözləmək olar?”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:272
embedMənbə:https://moderator.az
archiveBu xəbər 25 İyun 2026 19:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri