Donbasa qarşı NATO ABŞ dən yeni təklif
Icma.az bildirir, Yeniavaz portalına istinadən.
Danışıqlar zamanı ABŞ Ukraynadan NATO üzvlüyü müqabilində qoşunlarını Donbasdan çıxarmağa hazır olub-olmadığını soruşub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “İnterfaks-Ukrayna” agentliyinə bildirib.
“Amerikalılar soruşdular ki, əgər Ukrayna NATO-ya qoşularsa, Donbasdan çıxa bilərmi? Əslində bu, bir ilk idi. Çünki biz hazırda tərəfdaşlarımızla danışıqlar zamanı bizə təklif edə biləcəkləri hərtərəfli təhlükəsizlik tədbirlərini müzakirə edirik. Müzakirələr NATO və Avropa İttifaqından konkret təhlükəsizlik zəmanətləri, güclü Ukrayna ordusu, silahlar və müəyyən müddətə maliyyə yardımı ilə bağlıdır. Bundan əlavə, dəqiq müəyyən edilmiş mənbələrdən maliyyələşdirilən yenidənqurma planı da müzakirə olunur”, - Zelenski qeyd edib.
Zelenski həmçinin qeyd edib ki, ABŞ və digər NATO tərəfdaşları belə bir mübadilənin mümkünlüyünü təsdiqləsələr, məsələ ilə bağlı xalqın rəyini öyrənməli olacaq.
Ukrayna Prezidenti əlavə edib ki, onun bu cür qərarları öz mülahizəsinə əsasən vermək hüququ yoxdur.
Qeyd edək ki, noyabrın 10-da Zelenski Ukrayna Silahlı Qüvvələrinin Donbasdan çıxarılmasının Ukraynadakı münaqişəyə son qoymaq üçün kifayət etməyəcəyini bildirmişdi. O, həmçinin amerikalıların Kiyevə təhlükəsizlik zəmanətləri müqabilində Donbasın Ukraynanın nəzarətində qalan hissələrindən imtina etməsini təklif etdiyini qeyd etmişdi.
Digər tərəfdən, noyabr ayında “The Economist” qəzeti amerikalı nümayəndələrin münaqişəni həll etmək üçün Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərini dəyişdirməyi təklif etdiklərini xəbər vermişdi. “The Telegraph” qəzeti isə Kiyevin ABŞ-nin bu təklifini rədd etdiyini bildirmişdi.
Bu mövzuda digər xəbərlər:Donbasa Hindistan və Çin sülhməramlıları göndərilsin TƏKLİF
15 Sentyabr 2026 10:32
Putin Donbasa səfər edəcək Peskov
21 Noyabr 2024 11:30
Əsəd Donbasa göndərilməlidir Rusiyadan şok
13 Dekabr 2024 19:13
Donbasa Trampın adı verilə bilər
21 Aprel 2026 21:09
Rusiya Donbasa görə Trampa təzyiq edir Qarmaş
27 Mart 2026 08:10
Baxış sayı:77
Bu xəbər 14 Noyabr 2026 17:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















