Icma.az
close
up
RU
ATƏT in Minsk qrupunun fəaliyyətinə Vaşinqtonda nöqtə qoyuldu

ATƏT in Minsk qrupunun fəaliyyətinə Vaşinqtonda nöqtə qoyuldu

Icma.az, Sia Az saytına istinadən bildirir.

2025-ci ilin avqustun 7-8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-a işküzar səfəri çərçivəsində imzalanan sənədlərin, xüsusilə Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri tərəfindən ABŞ Prezidentinin şahidliyi ilə imzalanmış bəyannamənin, Azərbaycan ilə Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin paraflanmasının, ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı birgə müraciətin regionda davamlı sülhün və sabitliyin təmin olunması baxımından böyük əhəmiyyəti vardır.

Bu məsələlərin hər biri haqqında xeyli sayda məqalələr yazmaq və hesabatlar, mühazirələr hazırlamaq olar. Bu yazıda mən ATƏT-in Minsk Qrupunun fəaliyyətinə son qoyulması məsələsinə toxunmaq istərdim.
ATƏT-in Minsk Qrupu Azərbaycanın əzəli tarixi torpaqları olan Qarabağa Ermənistanın iddiası səbəbindən Azərbaycanla Ermənistan arasında baş verən münaqişənin sülh yolu ilə həlli məqsədi ilə 1992-ci ildə yaradılmışdı. Lakin mən hələ indiyə qədər dünyada mövcud olan hansısa dövlətlərarası münaqişənin sülh yolu ilə, danışıqlar vasitəsi ilə, vasitəçilərin köməyi ilə həll olunduğunun şahidi olmamışam. Elə götürək sonuncu ən böyük problemlərdən biri olan İranın nüvə proqramının dayandırılması ilə bağlı aparılan danışıqları.

2015-ci ildə İranla 5+1 formatında (ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya) danışıqları müvəffəqiyyətlə başa çatsa da, bu razılaşmanın ömrü cəmi bir-iki il çəkdi. Prezident D.Tramp hakimiyyətə gələn ABŞ birtərəfli qaydada sazişi dondurdu və bu yaxınlarda İran həmin proqramı yenidən davam etdirmək istədikdə 12 günlük İsrail-İran müharibəsi baş verdi. Məsələ burasındadır ki, indinin özündə də İranın nüvə proqramının dondurulması məsələsində dünyanın aparıcı dövlətlərinin fikir ayrılığı və fərqli maraqları vardır. Məhz buna görə də həmin saziş qüvvədə qala bilmədi və 12 günlük müharibə baş verdi. İsrail-Fələstin, Ukrayna-Rusiya münaqişələri ilə də eyni fikirləri söyləmək olar.

İndi isə keçək Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə həllinə kömək etməli olan ATƏT-in Minsk Qrupunun fəaliyyətinə. Məsələ burasındadır ki, yarandığı ilk gündən etibarən ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin arasında bir çox məsələlərdə fikir ayrılığı olduğuna görə, Dağlıq Qarabağ məsələsinin həllində onlar ortaq məxrəcə gələ bilmədilər. Bu səbəbdən danışıqlar prosesi 1992-ci ildən 2020-ci ilə qədər uzana-uzana gedirdi. Ola bilər ki, biz sadəlövhcəsinə indiyə qədər elə düşünmüşdük ki, həmsədrlər bir araya gəlib Ermənistanı məcbur edəcəklər ki, işğalçılıq siyasətindən əl çəksin və işğal altında olan torpaqları azad etsin. Minsk Qrupu bunu heç vaxt edə bilməzdi. Ən azından nə Fransa, nə Rusiya, nə də ABŞ Azərbaycana görə Ermənistanla münasibətini korlamaq istəmədiyinə və bu məsələdə hansısa maraq güddüklərinə görə vaxtı uzadırdılar. Biz Minsk Qrupunun indiyəqədərki fəaliyyətinə nəzər saldıqda aydın şəkildə görürük ki, həmin qurum ən azından son 28 ildə Azərbaycanla Ermənistan arasında vasitəçilik edərək yüz dəfələrlə bölgəyə səfər edib, problemin həllinə dair saysız-hesabsız variantları müzakirə edib, tərəfləri ortaq məxrəcə gətirməyə çalışsa da, buna nail ola bilmədi, problemin sülh və danışıqlar yolu ilə həllinə nail ola bilmədi. 2020-ci ilin iyulun 12-16 tarixində Tovuzda Ermənistanın təxribatından sonra da ATƏT-in Minsk Qrupu ağzına su alıb oturdu, tərəflərin bir-birinə nə vaxt hücum edəcəyini gözlədi. Bu qurum Ermənistan rəhbərliyinin açıq şəkildə təcavüzkar və işğalçılıq siyasətini davam etdirdiyinin şahidi olsa da, yenə susdu.Bax beləcə 2020-ci il sentyabrın 27-də İkinci Qarabağ Müharibəsi başlandı. Azərbaycan 44 günlük müharibə nəticəsində döyüş meydanında düşməni məğlub edərək tarixi torpaqlarını geri qaytardı.

Minsk Qrupu da yarandığı gündən indiyəqədərki fəaliyyətinə qədər müsbət uğurlu nəticə əldə edə bilmədi və diplomatiya tarixində faydasız və səmərəsiz danışıqlar aparan qurum kimi yadda qaldı.

Son nəticədə 2025-ci ilin avqustun 8-də ABŞ-ın paytaxtı Vaşinqtonda gedən danışıqlar və imzalanan bəyanna nəticəsində ATƏT-in Minsk Qrupunun həmsədri olan 3 ölkədən biri olan ABŞ-ın paytaxtı Vaşinqton şəhərində hər şeyi öz adı ilə çağırılmaqla ATƏT sədrindən ABŞ, Fransa və Rusiyanın ATƏT-in Minsk Qrupunun həmsədri olan dövlətlər kimi fəaliyyətlərinə son verilməsi haqda Azərbaycan və Ermənistan rəhbərliyi tərəfindən müraciət qəbul olundu. Bu, Azərbaycan diplomatiyasının qələbəsi idi.

Qafar Əliyev, YAP Qaradağ rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 Avqust 2025 21:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see296

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see229

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see218

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see172

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see164

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see163

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see156

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see150

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see149

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see148

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see146

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see146

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see144

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see143

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see142

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri