Icma.az
close
up
RU
ATƏT PA da nümayəndə heyətinin rəhbəri: Minsk Prosesinin bağlanması Prezident İlham Əliyevin növbəti diplomatik uğurudur

ATƏT PA da nümayəndə heyətinin rəhbəri: Minsk Prosesinin bağlanması Prezident İlham Əliyevin növbəti diplomatik uğurudur

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 1 sentyabr, AZƏRTAC

Bu gün bölgədə ədalətin və davamlı sülhün bərqərar olunması yolunda tarixi gündür. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan diplomatiyası növbəti uğura imza atıb. Azərbaycan Prezidenti və Ermənistanın Baş nazirinin ABŞ Prezidentinin iştirakı ilə avqustun 8-də Vaşinqton şəhərində baş tutmuş görüş çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin imzaladıqları birgə müraciətə uyğun olaraq, ATƏT-in Nazirlər Şurası ATƏT-in Minsk Prosesinin, ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının məşğul olduğu münaqişə üzrə Şəxsi Nümayəndəsinin və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun fəaliyyətinə sentyabrın 1-dən etibarən xitam verib və Minsk Konfransının çağırılması barədə ATƏM-in 1992-ci il qərarı əsasında qəbul olunmuş bütün əvvəlki qərar və sənədlərini qüvvədən salıb. Nəticədə, keçmiş Ermənistan-Azərbaycan münaqişəsi tamamilə ATƏT-in gündəliyindən çıxarılıb.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov bildirib.

Bu qərarı alqışlayan və bunun bir çox səbəbdən əlamətdar olduğunu vurğulayan deputat deyib: “Keçmiş münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilmiş olması bu qərarla beynəlxalq miqyasda - özü də vaxtilə məhz həmin münaqişəni sülh yolu ilə həll etmək üçün mükəlləf edilmiş bir beynəlxalq qurum tərəfindən təsdiqlənir. Minsk Prosesinin bağlanması, həmçinin beynəlxalq hüquqdan yan keçməyə cəhd edən uğursuz bir diplomatik yanaşmanın sona çatdığını da göstərir”.

Qaya Məmmədov hesab edir ki, bu qərar Azərbaycanı və Ermənistanı davamlı sülhə daha da yaxınlaşdırır, eyni zamanda, Avropada təhlükəsizliyə və əməkdaşlığa töhfə verir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Sentyabr 2025 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri