Icma.az
close
up
RU
ATGTİ sədri: Cəmiyyətin həm gənc, həm də yaşlı nəsli kibertəhlükələrə qarşı zəruri bilik və bacarıqlara sahib olmalıdır

ATGTİ sədri: Cəmiyyətin həm gənc, həm də yaşlı nəsli kibertəhlükələrə qarşı zəruri bilik və bacarıqlara sahib olmalıdır

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 23 aprel, AZƏRTAC

“Cəmiyyətin həm gənc, həm də yaşlı nəsli kibertəhlükələrə qarşı zəruri bilik və bacarıqlarla təchiz olunmalıdır. Ümumiyyətlə, cəmiyyətin bütün sahələrini əhatə edən kibertəhlükələr fonunda bu kimi maarifləndirici təşəbbüslər olduqca aktualdır”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Rəşad Zeynalov aprelin 23-də Bakıda keçirilən Gənclərin Kibertəhlükəsizlik Forumunda (2025) çıxışı zamanı söyləyib.

Onun sözlərinə görə, tədbirin əsas məqsədi gənclərin və digər yaş qruplarının kibertəhlükələr barədə məlumatlandırılması, qabaqlayıcı tədbirlərin təşviqi və təcrübə mübadiləsinin təşkilidir: “Bu gün gənclər bir araya gələrək öz baxışlarını bölüşür, bu isə onların inkişaf prosesinə verdiyi töhfənin bariz nümunəsidir. Gənclərin düşüncələri və ideyaları hər bir cəmiyyətin tərəqqisində mühüm rol oynayır. Bu səbəbdən gənclərin belə təşəbbüslərdə fəal iştirakı prioritet istiqamət kimi qəbul edilir. Eyni zamanda, biz standart yanaşmalardan kənar çıxaraq yaradıcı və açıq müzakirə formatlarına üstünlük veririk”.

R.Zeynalov əlavə edib ki, gənclərin yalnız informasiya texnologiyaları sahəsində deyil, təhsil, idman və digər ictimai fəaliyyətlərdə də fəallığı təşviq olunmalıdır. O, çıxışında xüsusilə 2022-ci ildən etibarən artan kibertəhlükə hallarına diqqət çəkərək bu təhlükələrin həm fərdi, həm də kollektiv təhlükəsizlik baxımından ciddi nəticələrə səbəb ola biləcəyini qeyd edib.

Sonra Rəşad Zeynalov tədbir iştirakçılarını kibertəhlükələrə qarşı daha ayıq və məsuliyyətli olmağa, əldə etdikləri bilikləri dostları və ailə üzvləri ilə bölüşməyə çağırıb. O, tədbirin təşkilindən danışarkən bu cür təşəbbüslərin gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Aprel 2025 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see179

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see171

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see153

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see149

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see139

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see139

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri