Icma.az
close
up
RU
Din yalnız ibadət deyil, həm də cəmiyyətin mənəvi dayağıdır

Din yalnız ibadət deyil, həm də cəmiyyətin mənəvi dayağıdır

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Din xadimlərinin bilik və bacarıqları milli təhlükəsizlik üçün vacibdir


Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi;


Dünən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması üçün keçirilmiş müsahibələrdə uğur qazanaraq təyinat almış din xadimləri ilə görüşüb. Görüşdə çıxış edən Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycanın bütün dünyada örnək gəstərilən unikal dövlət-din münasibətləri modelinin əsasını qoyan Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm xidmətlərindən, dövlətimizin dinə, dindarlara göstərdiyi diqqət və qayğıdan bəhs edib.


Komitə sədri, din xadimlərinin vəzifəyə təyin olunmasında şəffaf və obyektiv meyarların tətbiqinin bu sahədə peşəkar yanaşmanın, ictimai etimadın gücləndirilməsinə xidmət etdiyini diqqətə çatdırıb. Din xadimlərini təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayan Dövlət Komitəsinin sədri qeyd edib ki, ölkəmizdəki sağlam dini mühitin möhkəmlənməsi, milli birlik ənənələrinin təbliği din xadimlərinin fəaliyyətində əsas prioritetlərdən olmalıdır. Ramin Məmmədov, eyni zamanda Komitə tərəfindən dini və milli-mənəvi dəyərlərimizin sağlam təməllər üzərində təbliğ olunması məqsədilə çap edilən “Xütbələr” kitabından istifadənin vacibliyinə toxunub. Yeni təyinat almış din xadimləri dövlət tərəfindən dinə və din xadimlərinə olan diqqəti yüksək dəyərləndirərək, dini sahəyə göstərilən həssas münasibətdən məmnunluqlarını ifadə ediblər. 


Qeyd edək ki, din xadimlərindən 5-i imam, 14-ü imam müavini, 4-ü isə qadın dini ayinlərin icraçısı vəzifəsinə təyinat alıblar. 

Məlumat üçün bildirək ki, "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara təyin olunmuş din xadimlərinin hər beş ildən bir attestasiya edilməsi nəzərdə tutulub. Eyni zamanda “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”nda (Qayda) attestasiyanın keçirilməsinin təşkili, eləcə də Attestasiya Komissiyasının üzvləri və imtahan edilən din xadimlərinin qiymətləndirilməsi ilə bağlı bəndlərə yer verilib. Qeyd edilənləri nəzərə alaraq bildirməliyik ki, attestasiyanın keçirilməsi hər şeydən öncə qanunun tələbidir. Ümumiyyətlə, hər sahədə olduğu kimi, dini sahədə də kadrların peşə bacarıqları və biliklərinin qiymətləndirilməsi, eyni zamanda inkişaf etdirilməsi vacib məsələlərdəndir. Attestasiyalar da problemlərin öyrənilməsi və aradan qaldırılması, eləcə də kadr hazırlığı prosesi istiqamətinin müəyyənləşdirilməsində vacib alətlərdəndir. Təcrübə göstərir ki, din xadiminin bacarıq və biliklərinin zəif olduğu yerlərdə dinlə bağlı neqativ tendensiyalar daha çox yayılır. Belə hallardan xüsusilə də, radikal dini qruplar yararlanmağa çalışırlar. Qeyd edilənlərə əsasən, fəaliyyət dövrünün beş ili tamam olmuş, ali və orta ixtisas dini təhsili olan din xadimlərinin mütəmadi olaraq attestasiyadan keçirilməsi nəzərdə tutulub. Bununla yanaşı, təyinatından beş il keçmiş, ali və orta ixtisas dini təhsili olan bütün din xadimləri mərhələli şəkildə attestasiyadan keçiriləcəklər. Attestasiya olunacağı ilə bağlı məlumatlandırılmış din xadiminin imtahanda iştirakı vacibdir. Qaydaya görə, din xadimi üzrlü səbəb olmadan və ya üzrlü səbəbdən Attestasiya Komissiyasının iclasına gəlmədikdə attestasiyadan keçirilməmiş hesab edilir. Həmin din xadimi komissiyanın növbəti iclasında attestasiyadan keçməlidir. Qaydada attestasiyadan keçən din xadimləri üçün vəzifədə yüksəlmə nəzərdə tutulmayıb. Vəzifədə yüksəlmə yalnız müsahibə yolu ilə mümkündür. Eyni zamanda din xadimlərinə əməkhaqqı verilmir. Onlara Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən maddi dəstək verilir. Attestasiyalar din xadimlərinə maddi dəstəyin verilməsinə təsir göstərmir. 


Azərbaycanda bu sahədə atılan addımları, həyata keçirilən islahatları "Sherg.az"a şərh edən ilahiyyat üzrə fəlsəfə doktoru, dinşünaslıq ixtisası üzrə dossent Əkrəm Həsənov  deyib ki, Ramin Məmmədovun sədrliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi bu cür islahatlar, əslində, Azərbaycanda dini sahənin daha müasir, peşəkar və ictimai inamı təmin edən şəkildə formalaşdırılması baxımından əhəmiyyətli bir addımdır. İlahiyyatçı vurğulayıb ki, din xadimlərinin vəzifəyə təyin olunmasında şəffaflıq və obyektivlik meyarlarının əsas götürülməsi, uzun illər cəmiyyət arasında mövcud olmuş müxtəlif şübhələri aradan qaldırmağa, dinin mənbəyinə uyğun şəkildə təbliğ olunmasına və dinin qeyri-rəsmi müdaxilələrdən qorunmasına yönəlmiş faydalı mexanizmdir: 

"Belə görüşlərdə səsləndirilən tövsiyələr din xadimlərinin cəmiyyət qarşısındakı mənəvi və sosial məsuliyyətlərini bir daha xatırlatmaqla yanaşı, onların fəaliyyətlərinin hüquqi, mənəvi və etik çərçivədə həyata keçirilməsinə dəstək vermək məqsədi daşıyır. Din yalnız fərdi ibadət deyil, eyni zamanda ictimai münasibətlərə təsir edən güclü bir mənəvi institutdur. Bu baxımdan, din xadimlərinin maarifləndirilməsi, onların ideoloji hazırlığının gücləndirilməsi və dini biliyin cəmiyyətin birliyinə xidmət edən istiqamətdə təqdim edilməsi olduqca vacibdir. Ölkəmizdə milli birlik və ictimai sabitlik kimi dəyərlər daim ön plandadır və bu dəyərlərin qorunmasında din xadimlərinin rolu əvəzolunmazdır. Onlar yalnız dini mərasimləri idarə edən şəxslər deyil, eyni zamanda, xalqla birbaşa təmasda olan, cəmiyyətin mənəvi iqliminə təsir göstərən nüfuzlu şəxsiyyətlərdir. Bu səbəbdən onların vəzifə öncəsi bu cür tövsiyələrlə istiqamətləndirilməsi həm dini maarifləndirmə baxımından, həm də onların gələcək fəaliyyətində ardıcıl və peşəkar mövqe nümayiş etdirmələri üçün vacibdir".


Ekspert əlavə edib ki, Dini Komitə rəhbəri Ramin Məmmədovun diqqətə çatdırdığı “peşəkar yanaşma və ictimai etimad” ifadəsi, əslində, dini fəaliyyətin gələcəyinə verilən bir siqnaldır: 

"Artıq din sahəsində çalışanların yalnız dini biliklərlə deyil, eyni zamanda cəmiyyətlə davranış, etik normalar, dövlət-din münasibətləri və dini dözümlülük kimi mövzularda da hazırlıqlı olması tələb olunur. Bu da onu göstərir ki, dövlət din sahəsində yalnız nəzarətçi deyil, həm də maarifləndirici, istiqamətverici və dəstəkçi mövqe tutur. Bu cür görüşlərin təşkili və tövsiyələrin verilməsi həm dövlət-din münasibətlərinin sağlam zəminə oturdulması, həm də dini fəaliyyətin milli maraqlara uyğun şəkildə yönləndirilməsi baxımından çox önəmlidir. Bu yanaşma həm də bir model olaraq region ölkələri üçün nümunə ola bilər".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 May 2025 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri