Icma.az
close
up
RU
Atılan raketlər bazarda qiymətləri də ARTIRIR

Atılan raketlər bazarda qiymətləri də ARTIRIR

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, İran bir sıra məhsulların ixracını qadağan edib. 

Bu barədə ölkənin Gömrük İdarəsi məlumat yayıb.Məlumata görə, İranın Kənd Təsərrüfatı Nazirliyi mövcud şəraitdə ölkə bazarında qiymətləri tənzimləmək məqsədilə yumurta, pomidor və xurmanın ixracına qadağa tətbiq edib. Qadağanın qeyri-müəyyən müddətə tətbiq edildiyi bildirilir. 

Xatırladaq ki, İran ötən gündən etibarən kartof ixracına da qadağa elan etmişdi. İranın yumurta, pomidor, xurma və kartof ixracına qeyri-müəyyən müddətə qadağa tətbiq etməsi Azərbaycan və qlobal ərzaq bazarına necə təsir göstərə bilər? Bu qərar Azərbaycanın daxili bazarında qiymət artımına səbəb ola bilərmi? 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən iqtisadçı-ekspert Xalid Kərimli bildirdi ki, ixracı məhdudlaşdırılan məhsullarda qiymət artımı gözlənilir: 

“İranda baş verən prosseslər və bu ölkədən idxalın məhdudlaşması yerli bazarda qiymət artımına səbəb ola bilər. İranda məhsulların idxalı ilə bağlı yaranan çətinliklər, eləcə də mümkün hərbi risklər İran üzərindən həyata keçirilən daşımaları da çətinləşdirə bilər. Azərbaycan təkcə İrandan məhsul almır, eyni zamanda İran üzərindən mühüm tranzit daşımalar da həyata keçirilir. Bu daşımalar Naxçıvan, Türkiyə və digər şərq istiqamətlərindən idxal olunan malların əhəmiyyətli hissəsini əhatə edir”.

Ekspert qeyd edib ki, daşımaların çətinləşməsi məhsulların vaxtında çatdırılmamasına və əlavə xərclərin yaranmasına səbəb olur:

“Bu da son nəticədə malların qiymətinə təsir edir. Məhsulların daşınma prosesdə Əbdəl-Əli mina (Əbdəl-Əli boğazı) böyük rol oynayır. Həmin ərazi ilə bağlı son günlərdə gəmilərin vurulması və təhlükəsizlik risklərinin artması barədə xəbərlər yayılıb. Bu isə ümumilikdə daşımalarda ciddi problemlər yarada bilər.

Qeyd edilən yumurta, pomidor və xurma kimi məhsulların qiymətində də artım tendensiyası müşahidə oluna bilər. İdxalın məhdudlaşması və tranzit xətlərində yaranan risklər bazarda qiymət artımını sürətləndirən əsas amillərdən biri kimi qiymətləndirilir. Yəni yerli bazarda bir sıra məhullarda qiymət artımı müşahidə edilə bilər”. 

Gülər Həsənli 
“Cebheinfo.az”

Açar sözlər: qadağa Xalid Kərimli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Mart 2026 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see370

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see359

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see300

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see290

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see288

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see284

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see280

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see265

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see240

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see231

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see227

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see226

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see225

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see222

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see218

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see218

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see216

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see201

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see187

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri