Atiye Ledi Qaqanı məhkəməyə verir
Azxeber.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyəli müğənni Atıye dünya şöhrətli müğənni Ledi Qaqanı məhkəməyə verməyə hazırlaşır.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Atiye Qaqanın 2015-ci ildə çıxardığı "Abrakadabra” mahnısının ona aid olduğunu iddia edib.
Hollandiya vətəndaşı olan Atiyenin vəkilləri Amerikadakı peşəkar birliklərə xəbərdarlıq sənədləri göndərməyə hazırlaşırlar.
Açıqlama verən Atiye mövzu ilə bağlı bu sözləri deyib:
"Bu mahnını illər əvvəl bəstələmişəm. Bəstənin üzərində sözlər də yazılıb. O illərdə musiqisi ilə yenilikçi və çox mütərəqqi mahnı idi. İllər sonra Ledi Qaqanın icazəsiz və mənbəyə istinad etmədən kompozisiyanın hissələrini öz mahnısında istifadə etməsi məni təəccübləndirdi. Bu məqamda vəkillərim peşəkar birliklərə məktub göndərib və biz mahnı ilə bağlı Amerikada Ledi Qaqanı məhkəməyə veririk”.
Atiyenin pərəstişkarları Qaqanın mahnısındakı oxşarlıqlara reaksiya göstərərək sosial mediada diqqət çəkiblər.
Aysel
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 13 Fevral 2025 11:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















