“Atletiko”nun inanılmaz geridönüşü “Real”ın çempionatda ilk məğlubiyyətinə səbəb olub VİDEO
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İspaniya çempionatında yeddinci turun mərkəzi oyunu keçirilib.
İdman.biz bildirir ki, “Atletiko” və “Real” Madrid derbisində qarşılaşıblar.
Bu komandalar arasında 241-ci derbi olub.
Oyunun 14-cü dəqiqəsində hesabı “Atletiko”dan Le Norman açıb.
25-ci dəqiqədə Kilian Mbappe Arda Gülərin ötürməsiylə hesabda tarazlığı bərpa edib – 1:1.
36-cı dəqiqədə isə Gülərin özü Vinisiusun ötürməsindən sonra komandasını irəli çıxarıb – 1:2.
Lakin birinci hissə bu hesabla bitməyib. Artırılmış üçüncü dəqiqədə Serlot hesabı bərabərləşdirib – 2:2.
İkinci hissənin 51-ci dəqiqəsində Alvares penaltidən “Atletiko”nu irəli çıxaran qola imza atıb – 3:2.
63-cü dəqiqədə Alvares oyunda özünün ikinci topunu vurub – 4:2.
90+3-cü dəqiqədə Antuan Qrizmann beşinci topu çempionatın liderinin qapısından keçirib - 5:2. Oyun bu hesabla da başa çatıb.
Bu Madrid derbisində “Atletiko” 60-cı qələbəsidir, “Real” 123 dəfə qalib gəlib, qalan qarşılaşmalar isə heç-heçə ilə bitib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 27 Sentyabr 2025 20:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















