Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

ATMOSFERƏ NORMADAN ARTIQ ZƏRƏRLİ QAZLAR ATAN KİMLƏRDİR?

ATMOSFERƏ NORMADAN ARTIQ ZƏRƏRLİ QAZLAR ATAN KİMLƏRDİR?

Icma.az, Adelet.az portalına istinadən məlumat verir.

Oktyabrın 1-dən noyabrın 1-dək respublika ərazisində «Təmiz hava» aylığı keçirilir!

Heç kimə sirr deyil ki, təbiətin – havanın, meşələrin, çayların, dənizlərin, okeanların qorunması çox böyük əhəmiyyət kəsb edir. Başqa sözlə demiş olsaq, təbiətin bu gözəlliklərini və zərifliklərini qorumaqla insanlar sağlam həyat tərzi yaşayır və öz ömürlərini  uzadırlar. Ekologiyanın çirkləndirilməsi isə  birmənalı olaraq bütün canlıların, o cümlədən insanların həyatına ağır zərbə vurur. Heç şübhəsiz, bəşəriyyət, o cümlədən  dünya bu məsələlərlə bağlı çox narahat anlar yaşayır. Ona görə narahat anlar yaşayır ki, təbiəti məhv etmək, atmosferi  çirkləndirmək elə özü insan ömrünə balta vurmaq deməkdir. 

Bu gün dünyada ekologiyanı, təbiəti qorumaq üçün milyardlarla dollar vəsait xərclənir. Amma bu da problemlərin tamamilə həll edilməsinə lazımi köməklik göstərmir. Bir fikri də qeyd etmək istəyirik ki, Azərbaycanda da təbiətin, ekologiyanın və o cümlədən havanın çirklənməsinin qarşısını almaq üçün çox böyük Dövlət Proqramları, layihələr həyata keçirilir. Və dövlət də bu işlərin reallaşmasına külli miqdarda vəsait ayırır. Ancaq buna baxmayaraq, yenə bir çox qurumlar, təşkilatlar, istehsalat sahələri, tikinti sektorları, eləcə də nəqliyyat vasitələrinin məxsus olduğu MMC-lər bu məsələlərə  barmaqarası yanaşır. Bakıda isə atmosferin çirkləndirilməsi normadan  artıqdır. Yəni atmosferə bu günün özündə də  nəzərdə tutulandan çox zəhərli qazlar atılır. Bunun qarşısını almaq üçün bir çox qurumlar, eləcə də Ekologiya və Təbii Sərvətlər  Nazirliyi ilə birgə Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi ildə iki dəfə  respublika ərazisində «Təmiz hava» aylığı keçirir. 

Bu cür tədbirlərin reallaşması  mövcud problemlərin həllində önəmli rol oynayır. Onu da qeyd edək ki,  müxtəlif nəqliyyat vasitələrindən, o cümlədən texniki cəhətdən nasaz və istismar müddətini başa çatdırmış avtomobillərdən atmosferə normadan artıq zəhərli qazlar tullanılır. Ona görə də bu məqsədlə respublika ərazisində adını çəkdiyimiz hər iki qurumun  birgə fəaliyyəti ilə oktyabrın 1-dən noyabrın 1-dək xeyli vaxtdır ki, «Təmiz  hava» aylığı keçirilir. Bu «Təmiz  hava» aylığı ilk növbədə respublika ərazisində gerçəkləşməklə, o cümlədən Yol Patrul Xidməti Alayının bütün tagımlarında reydlər keçirilir. Belə ki  stasionar postlarda nəqliyyat  vasitələri saxlanılaraq texniki müayinədən keçirilir və onlarda müayinə zamanı aşkar olunan nöqsanlara görə sürücülər məsuliyyətə cəlb edilir. Belə reydlər Ekoloji nəzarət postunda da tez-tez reallaşır. Ən azından ona görə ki, bu postda bir qayda olaraq ilin bütün aylarında müxtəlif nəqliyyat vasitələri istənilən vaxt müayinədən keçirilir. 

Biz reyddə olarkən 10-dan çox nəqliyyat vasitəsi yol polisi əməkdaşları tərəfindən saxlanıldı. «VAZ 2107» markalı avtomobilin müayinəsi zamanı aşkar olundu ki, bu maşından atmosferə normadan iki dəfə artıq zəhərli qazlar atılır. Bu barədə yol polisi əməkdaşı sürücünün nəzərinə çatdıranda sürücü heç təəccüblənmədi. Dedi ki, rəis, bu maşın ötən əsrin 80-ci illərində istehsal  olunub. Nə qədər təmir elətdirsəm də yenə qüsurları olur. Əlacım yoxdur, yoxsa imkanım olsa onu satıb təzə maşın alaram. Təbii ki, sürücü yol polisinin dedikləri ilə razılaşmalı oldu və onun barəsində İnzibati  Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 50 manat məbləğində cərimə protokolu yazıldı.

Reyd zamanı saxlanılan əksər Sovet və Rusiya istehsalı olan avtomobillərdən atmosferə normadan artıq zəhərli qazlar atılırdı. Həmin nəqliyyat vasitələrinin müayinəsi zamanı bəzi sürücülər yol polisinin dedikləri ilə razılaşmır, minbir bəhanə ilə özlərinə haqq qazandırmaq istəyirdilər. Məsələn, «VAZ 2106» markalı avtomobilin sürücüsü deyirdi ki, mən sizin yazdığınız protokolla razı deyiləm. Mənim maşınım sazdır, sadəcə olaraq, yanacağın keyfiyyəti yaxşı deyil. Bu yanacağı təzə maşınlara  töksən də yenə problem çıxacaq. Təbii ki, həmin sürücü  məsələyə obyektiv yanaşmırdı. Çünki həmin nəqliyyat vasitəsindən də atmosferə normadan artıq zərərli qaz atılırdı. Amma bir sözdə sürücü haqlı idi, belə ki bəzi yanacaqdoldurma məntəqələrində müştərilərə keyfiyyətsiz yanacaq satılır. Bax, bu məsələlər də diqqət mərkəzində saxlanılmalıdır. 

Reyd günü o da öz təsdiqini tapdı ki, «KAMAZ», «KRAZ», «Şadman» və digər ağıryüklü bir çox nəqliyyat vasitələrindən atmosferə zərərli qazlar atılır. Elə atmosferi də  ən çox çirkləndirən bu yük maşınları və Rusiya istehsalı olan nəqliyyat vasitələridir. Xüsusən də köhnə «KAMAZ» tipli  yük maşınlarından atmosferə dəfələrlə  normadan artıq zərərli qazlar tullanılır. «KAMAZ» markalı yük maşını  müayinədən keçirilərkən aydınlaşdı ki, onun mühərrik  sistemində ciddi qüsurlar var. Yol polisi bu sürücüyə mövcud  qüsurlarla bağlı dəfələrlə xəbərdarlıq edib, sürücü  «baş üstə»  desə də, yenə texniki  qüsuru aradan qaldırmayıb və nəqliyyat vasitəsini nasaz vəziyyətdə idarə edib. Həmin sürücü də  50 manat civarında cərimə olundu. 

Ümumiyyətlə, Ekoloji Nəzarət Postunda keçirilən reyd zamanı yüzlərlə sürücü inzibati məsuliyyətə cəlb edildi. Bununla yanaşı, Yol Patrul Xidməti Alayının 1-ci, 3-cü, 6-cı, 12-ci, 8-ci tağımlarında da  «Təmiz  hava» aylığı ilə bağlı keçirilən reyddə onlarla nəqliyyat vasitəsində texniki qüsurlar aşkarlandı və onlar barəsində də inzibati qaydada  ölçü götürüldü.

Baş Dövlət Yol Polisi İdarəsinin  Avtotexniki müfəttişlik şöbəsinin rəisi, polis polkovniki Xalid Əzimov bizimlə söhbətində qeyd etdi ki, keçirilən reydlər zamanı çoxlu sayda nəqliyyat vasitəsində texniki qüsurlar aşkar edilib. Hansı ki reydlər başlamamışdan bir həftə qabaq biz KİV-lərdə çıxış edərək bildirmişdik ki, oktyabrın 1-dən noyabrın 1-dək respublika ərazisində «Təmiz  hava» aylığı keçiriləcək, bütün sürücülər nəqliyyat vasitələrindəki mövcud  nöqsanları aradan qaldırsınlar. Təəssüf ki, bir çox sürücülər buna əməl etməyiblər. Bizim fikrimiz heç də kimisə cərimə etmək deyil, bizim fikrimiz odur ki, sürücülər maariflənsin, mövcud qaydalara əməl etsin. Texniki qüsurları vaxtında aradan qaldırsın və atmosferə normadan artıq zərərli qazlar atmasın. Çünki kimliyindən asılı olmayaraq, biz hamımız həmin hava ilə nəfəs alırıq və hamımız da təmiz havanı qorumağa borcluyuq!
 

Emil Faiqoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:31
embedMənbə:https://adalet.az
archiveBu xəbər 09 Oktyabr 2026 09:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see725

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see689

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see688

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see519

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see500

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see487

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see484

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see417

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see369

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see360

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see359

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see352

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see348

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see341

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see340

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see336

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see332

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see330

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see321

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see310
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri