Icma.az
close
up
RU
Attestasiyanın nəticələri: peşəkar müəllim və keyfiyyətli mədəniyyət təhsili sistemi

Attestasiyanın nəticələri: peşəkar müəllim və keyfiyyətli mədəniyyət təhsili sistemi

Icma.az, Sfera.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Attestasiya prosesində əldə olunan nəticələr musiqi və incəsənət təhsilinin inkişafı baxımından önəmli müsbət göstəricilər ortaya çıxarıb.

Sfera.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, attestasiya zamanı uyğun qiymətlərlə keçən müəllimlərin böyük əksəriyyəti yüksək peşəkar səviyyədə qiymətləndirilib, bu da musiqi və incəsənət məktəblərimizdə çalışan yüksək potensiala sahib müəllimlərin olduğunu göstərir:

"Attestasiyada uğur qazanmış müəllimlər arasında Bakı şəhəri üzrə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi və Rəşid Behbudov adına 2 nömrəli Onbirillik Musiqi Məktəbi kimi məktəblərin müəllimləri xüsusilə yaxşı nəticələr əldə ediblər. Bu məktəblərdə çalışan müəllimlərin böyük əksəriyyəti attestasiya prosesini uğurla başa vurub, bu da həmin təhsil müəssisələrinin keyfiyyətli təhsil verdiyini göstərir.

Yaşı 60-dan yuxarı olan müəllimlərimizin əksəriyyəti də attestasiya prosesində müsbət qiymətləndirilib. Bu, yaşlı müəllimlərimizin təcrübəsinin və müasir pedaqoji yanaşmalara uyğunlaşmalarının təhsildəki mühüm rolunu bir daha sübut edir.

Uğur qazanmayıb, lakin gələcəkdə daha yaxşı nəticələr əldə etmək potensialı olan müəllimlər üçün isə işə qəbul imtahanlarında iştirak etmək hüququ saxlanır. Onlar MİQ imtahanlarında daha yüksək nəticə göstərsələr, məktəblərə qayıtmaq imkanı əldə edəcəklər".

"Bundan əlavə, yerli təhsili idarəetmə orqanlarında xüsusi komissiyalar yaradılacaq. Bu komissiyalar vasitəsilə uğur qazanmayıb, lakin gələcəkdə inkişaf edəcək müəllimlərə dəstək veriləcək, sosial statusları mərhələli şəkildə qiymətləndiriləcək və alternativ iş yerlərinə yönləndiriləcəklər.

Bu müsbət nəticələr, Azərbaycan təhsilinin daha da inkişafı üçün atılan mühüm addımları göstərir və gələcəkdə daha keyfiyyətli təhsil təminatı baxımından əhəmiyyətli irəliləyişlərə yol açacaq",- deyə məlumatda qeyd edilib.

Qeyd edilib ki, attestasiya zamanı 650 nəfər, başqa sözlə hər üç müəllimdən biri, ən yüksək nəticə ilə - 5 komissiya üzvünün hər birinin müsbət qiyməti ilə attestasiya prosesindən uğurla keçib:

"Attestasiya prosesinin ilk mərhələsində iştirak edən 47 məktəbdən 15 məktəbin müəllimlərinin 90%-dən çoxu attestasiyanı uğurla başa vurub. Son illər ərzində müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək işə qəbul olan müəllimlərin hamısı attestasiyadan uğurla keçib. Attestasiya prosesi tam videomüşahidə ilə şəffaf şəkildə keçirilib, iştirakçı müəllimlərin cavabları tam arxivləşdirilib. 492 müəllim attestasiya komissiyalarının qiymətləndirməsinə əsasən tutduğu vəzifəyə uyğun hesab edilməmişdir. Onlardan 37 nəfər Əmək Məcəlləsinin 79-cu maddəsinin təsir dairəsinə düşdüyünə görə, əmək müqavilələrinə xitam verilməyəcək. Yaşı 60-dan yuxarı olan, habelə ağır xəstəliklərdən əziyyət çəkən təxminən 40 nəfərə alternativ iş yeri təklif olunacaq. Attestasiyada 2 lehinə, 3 əleyhinə səslə tutduğu vəzifəyə uyğun hesab edilməyən 112 nəfər təlimlərə cəlb ediləcək və müəyyən müddətdən sonra təşkil olunacaq imtahanın nəticələrinə əsasən əvvəlki iş yerlərinə qəbul edilə biləcəklər".

"Attestasiyada uğur qazanmayan, lakin gələcəkdə daha yaxşı nəticələr əldə etmək potensialı olan müəllimlərin (təxminən 300 nəfər) işə qəbul imtahanlarında iştirak etmək hüququ saxlanılır. Onlar MİQ imtahanlarında yüksək nəticə göstərməklə məktəblərə qayıtmaq imkanı əldə edəcəklər. Yerli mədəniyyət idarələrində (Bakı və Abşeron-Xızı regionu üzrə) xüsusi komissiyalar vasitəsilə 2 lehinə, 3 əleyhinə səslə qiymətləndirilən müəllimlərlə iş aparılacaq, eləcə də yaşı 60-dan yuxarı olan, habelə bir sıra ağır xəstəliklərdən əziyyət çəkən təhsilverənlərə alternativ iş imkanları yaradılacaq", - deyə əlavə edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://sfera.az
archiveBu xəbər 03 Aprel 2025 18:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see392

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see235

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see221

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see213

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see211

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see204

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see184

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see177

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see177

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see172

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see168

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see166

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see166

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see152

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see148

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see141

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see140

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see132

“Prob qoyublar da, tutsa, seksiyaları artıracaqlar” Foto

04 Yanvar 2026 11:57see130

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri