Icma.az
close
up
RU
Attestasiyanın nəticələrinə əsasən təlimlərin ikinci mərhələsinə başlanılıb

Attestasiyanın nəticələrinə əsasən təlimlərin ikinci mərhələsinə başlanılıb

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Bakı, Abşeron-Xızı, Quba-Xaçmaz, Şirvan-Salyan və Mil-Muğan regionları üzrə musiqi və incəsənət məktəbləri müəllimlərinin attestasiyasının nəticələrinə uyğun olaraq Nazirliyin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının dəstəyi ilə təlimlərin ikinci mərhələsinə başlanılıb. Musiqi və incəsənət məktəbləri müəllimlərinin attestasiya prosesində attestasiya komissiyası tərəfindən müvafiq olaraq 3 əleyhinə, 2 lehinə səslə qiymətləndirilən şəxslər üçün təlimlərə cəlb olunmaq və xüsusi müsabiqədə iştirak edərək yenidən pedaqoji fəaliyyətə qayıtmaq imkanı yaradılacaq. 

XQ xəbər verir ki, cari ilin 18 avqust tarixindən başlanan xüsusi inkişaf yönümlü təlimlərə fortepiano, musiqi nəzəriyyəsi, tar, kamança, qarmon, xanəndə, nağara  ixtisasları üzrə 70-dən çox iştirakçı cəlb olunub. Təlimlər Bakı şəhər Müslüm Maqomayev adına 26 nömrəli Onbirillik Musiqi Məktəbində və Bakı şəhər  Fikrət Əmirov adına 6 nömrəli Onbirillik İncəsənət Məktəbində 2 ay müddətinədək təşkil olunacaq. 

Təlimlərin yüksək səviyyədə təşkili üçün pedaqoji təcrübəyə malik ixtisaslı müəllimlər və mütəxəssislər cəlb edilib. Proqram çərçivəsində iştirakçılara həm fərdi, həm də qrup şəklində tədris metodları, interaktiv dərs modelləri, yeni təhsil texnologiyalarından istifadə imkanları təqdim ediləcək.

Təlimlərin ilk günündə MEMİM-in direktoru vəzifəsini icra edən, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının sədri Elkiyar Ziyadov və sədr müavini Taleh Hüseynli iştirakçılarla görüşüblər. Təlimlərin əsas məqsədinin iştirakçıların nəzəri və praktiki biliklərinin artırılması, onların müasir tədris metodlarına yiyələnməsi, həmçinin peşəkar fəaliyyətlərində daha da səmərəli nəticələr əldə etmələrinə dəstək olduğunu qeyd ediblər. Bu təşəbbüs müəllimlərin peşəkar inkişafını dəstəkləməklə yanaşı, musiqi və incəsənət məktəblərində tədrisin keyfiyyətinin yüksəldilməsinə, onların yaradıcılıq potensialının daha dolğun inkişafına töhfə verəcəyini vurğulayıb, iştirakçıları maraqlandıran sualları cavablandırıblar.

Xatırladaq ki, attestasiyanın nəticələrinə əsasən cari ilin may-iyul aylarında fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə keçirilmiş təlimlərə 100-dən çox iştirakçı qatılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Avqust 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see386

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see224

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see201

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see187

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see177

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see177

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see152

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see141

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see140

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see138

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see132

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see130

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see130

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see130

Real n keçmiş futbolçusunun sevgilisi döyüldü

05 Yanvar 2026 01:23see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri