Icma.az
close
up
RU
Tələbələrin, müəllimlərin süni intellektdən sui istifadəsi səhv nəticələrə yol aça bilər” Vüsalə Ağabəyli

Tələbələrin, müəllimlərin süni intellektdən sui istifadəsi səhv nəticələrə yol aça bilər” Vüsalə Ağabəyli

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Süni intellekt inkişaf etməkdə davam edir. Odur ki, süni intellektin inkişafı ilə peşələrin sıradan çıxacağı ehtimalı narahatlıq doğurur.

Bəs süni intellektin inkişafı ilə hansı peşələr sıradan çıxa bilər?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən təhsil eksperti, Azərbaycan Dillər Universitetinin dosenti Vüsalə Ağabəyli bildirdi ki, süni intellektin inkişafı çox güman ki, əmək bazarını əhəmiyyətli dərəcədə dəyişdirəcək və bəzi peşələr köhnələ və ya tələbin azalması ilə nəticələnə bilər.

"Bununla belə, qeyd etmək lazımdır ki, müəyyən iş yerləri tədricən yox olsa da, yeni imkanlar və peşələr yarana bilər. Süni intellektin inkişafının nəticəsi səbəbindən köhnəlmiş və ya çox ənənəvi hala gəlmiş peşələr sıradan çıxa bilər. Süni intellektlə işləyən alətlər məlumatların daxil edilməsini və təsdiqini daha yüksək dəqiqlik və sürətlə avtomatlaşdıra bildiyi üçün qeydiyyat işləri sıradan çıxa bilər. Bundan əlavə, qeyd etmək olar ki, onlayn bankçılıq və süni intellektə əsaslanan maliyyə xidmətləri də ənənəvi kassalara ehtiyacı azaldır. Əslində, süni intellektin sıçrayışla irəliləməsi müxtəlif sahələrə təsirini göstərə bilər, operatorların, səyahət agentliklərinin, kargüzarlıq və ya da digər inzibati işlərlə məşğul olanların, satış menecerlərinin, müəllimlərin, bəstəkarların və s. sahələr, demək olar ki, bütün istiqamətlər üzrə mütəxəssislərin işlərinə "şərik" ola bilər. Üstəlik yüksək əmək haqqı tələb etməməsi də işəgötürənlərin marağını kəsb edən nüanslardandır. Lakin texnologiyadan istifadəni də düzgün şəkildə təşkil etmək lazımdır. Süni intellekti də insan idarə edir, insan nəzarət edir və tələbləri də insan verir, istənilən halda insan əməyi qaçılmazdır, amma prosesin özü önəmlidir. Çünki texnologiya insan əməyini tənbəlləşdirir, bu, bütün istiqamətlərə aid olduğu kimi, təhsil müəssisələrinə, müəllimlərə, tələbələrə də aiddir. Bu tənbəllik, bacarıqların vərdiş halına keçməsini önləyə bilər, zamanla yaradıcı təfəkkür sıradan çıxa bilər. Təhlükənin ən böyüyü, məncə bu məsələdir. Xüsusilə də, tələbələrin, müəllimlərin süni intellektdən sui-istifadəsi yanlış məlumatlandırılmaya, yazı və dil vərdişlərinin bərbad hala gəlməsinə, üstəlik səhv nəticəyə yol aça bilər”, - deyə o vurğuladı.

Vüsalə Ağabəyli əlavə etdi ki, süni intellekt daha çox insanın görə biləcəyi işləri bir çox sahələrdə tamamlayır:

"Eyni zamanda düzgün istifadə zamanı insana köməkçi funksiyasını da yerinə yetirərək məhsuldarlığı artırır və insanların diqqətini yaradıcılıq, qərar qəbul etmə və şəxsiyyətlərarası bacarıqlar tələb edən vəzifələrə yönəltməyə imkan verir. İşin gələcəyi, çox güman ki, iş yerlərinin tamamilə itirilməsindən çox, yenidən ixtisaslaşma və yeni texnologiyalara uyğunlaşma ilə bağlı olacaq”.

BƏNÖVŞƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 27 Yanvar 2025 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see279

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see260

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see211

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see203

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see181

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see175

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see150

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see149

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see144

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see143

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see142

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri