“Attraksionlarda köməksiz vəziyyətdə qalmış zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirilib
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 30 oktyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzi tərəfindən “Attraksionlarda köməksiz vəziyyətdə qalmış zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim təşkil olunub.
Bu barədə AZƏRTAC-a FHN-in İctimaiyyətlə əlaqə idarəsindən məlumat verilib.
Bildirilib ki, təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, o cümlədən attraksionlarda köməksiz vəziyyətdə qalmış zərərçəkmişlərin təxliyə edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.
Təlim zamanı xilasedicilər tərəfindən şərti olaraq attraksionda köməksiz vəziyyətdə qalmış zərərçəkmiş “xilas edilərək təxirəsalınmaz ilkin yardım göstərilib”.
Uğurla keçirilmiş təlimin sonunda əldə olunmuş nəticələr müzakirə edilib, müvafiq tapşırıqlar verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 30 Oktyabr 2025 11:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















