Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

ATU da innovativ ideyaları ilə seçilən tələbələrə xüsusi dəstək

ATU da innovativ ideyaları ilə seçilən tələbələrə xüsusi dəstək

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

     Azərbaycan Texnologiya Universitetində (ATU) “Startapçı tələbə” təqaüd proqramının ilk qalibləri ilə görüş keçirilib.
   

 Universitetin rektoru Yaşar Ömərov proqramın ilk qalibləri olan Ayxan Məmmədov, Turan Quliyev, Uğur Nağıyev və İsmayıl Abbasovla görüşərək onları təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

     Səmimi şəraitdə keçən görüşdə tələbələrin üzərində çalışdıqları innovativ layihələr, onların inkişaf perspektivləri, praktiki tətbiq imkanları və gələcəkdə daha geniş istifadəçi auditoriyasına çıxarılması məsələləri müzakirə olunub. Eyni zamanda, universitetin gənc startapçılara göstərə biləcəyi dəstək, onların yaradıcı potensialının üzə çıxarılması və innovativ təşəbbüslərinin reallaşdırılması istiqamətində fikir mübadiləsi aparılıb.

     Qeyd edək ki, “Startapçı tələbə” təqaüd proqramı Azərbaycan Texnologiya Universitetinin təşəbbüsü ilə bu ilin mart ayında təsis edilib. Universitetdaxili proqramın əsas fərqləndirici xüsusiyyəti tələbələrin nailiyyətlərinin yalnız akademik göstəricilər əsasında deyil, həm də onların real bacarıqları, innovativ düşüncəsi, layihə təcrübəsi və ortaya qoyduqları praktik nəticələr əsasında qiymətləndirilməsidir.

     Seçim prosesində artıq müəyyən istifadəçi bazası formalaşdırmış, proqram və tətbiqlər hazırlamış, texnoloji layihələr üzərində çalışan, öz ideyalarını real məhsula çevirmək istiqamətində nəticələr əldə edən tələbələrə üstünlük verilib.

     Bu təşəbbüs universitetdə innovasiya və startap ekosisteminin inkişaf etdirilməsi, tələbələrin sahibkarlıq düşüncəsinin formalaşdırılması, onların elmi-texnoloji potensialının üzə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır.

     Görüşdə rektor Yaşar Ömərov bildirib ki, müasir dövrdə universitetlərin əsas vəzifəsi yalnız nəzəri bilik verməklə məhdudlaşmır. Ali təhsil müəssisələri həm də yeni ideyaların yarandığı, innovativ layihələrin formalaşdığı, gənclərin öz bilik və bacarıqlarını real nəticələrə çevirdiyi mərkəzlərə çevrilməlidir.

Yaşar Ömərov proqramın məqsədini belə ifadə edib: “Biz istəyirik ki, tələbələrimiz yalnız yaxşı oxumaqla kifayətlənməsinlər, həm də düşünsünlər, yaratsınlar, təşəbbüs göstərsinlər və öz ideyalarını həyata keçirsinlər. Bu gün dünya sürətlə dəyişir. Belə bir dövrdə ən böyük sərvət yaradıcı düşüncə, bilik və innovativ bacarıqlardır. ‘Startapçı tələbə’ proqramını təsis etməkdə məqsədimiz məhz belə gəncləri üzə çıxarmaq, onların təşəbbüslərinə dəstək vermək və uğurlarını stimullaşdırmaqdır. İnanırıq ki, bu gün universitet auditoriyalarında yaranan ideyalar sabah ölkəmizin texnoloji inkişafına töhfə verən uğurlu layihələrə çevrilə bilər”.
   

 Rektor gənclərin innovativ fəaliyyətinin dəstəklənməsinin universitetin inkişaf prioritetlərindən biri olduğunu vurğulayaraq, tələbələrə daim yenilik axtarışında olmağı, qarşılarına böyük məqsədlər qoymağı və öz potensiallarına inanmağı tövsiyə edib.

     Görüş bir daha göstərib ki, Azərbaycan Texnologiya Universitetində istedadlı və təşəbbüskar gənclərin dəstəklənməsi, onların yaradıcı ideyalarının reallaşdırılması və startap mədəniyyətinin inkişaf etdirilməsi istiqamətində yeni imkanlar formalaşdırılır. Çünki müasir universitetin uğuru yalnız yetişdirdiyi məzunların sayı ilə deyil, həm də onların yaratdığı ideyalar, həyata keçirdiyi layihələr və cəmiyyətə verdiyi töhfələrlə ölçülür.
     

Hamlet Qasımov
XQ-nin Gəncəbasar müxbiri, Gəncə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Oktyabr 2026 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see474

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see443

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see320

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see317

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see268

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see252

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see250

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see237

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see233

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see226

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see220

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see219

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see217

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see215

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see206

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see203

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see201

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see198

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see194

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri