Icma.az
close
up
RU
ATU nun nümayəndə heyəti Azərbaycanlı Həkimlərin Berlin Qurultayında iştirak edib

ATU nun nümayəndə heyəti Azərbaycanlı Həkimlərin Berlin Qurultayında iştirak edib

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Aprelin 26-da Alman-Azərbaycan Tibb İşçiləri Birliyinin (Deutsch-Aserbaidschanischer Medizinverband - DAMV) təşkilatçılığı ilə Azərbaycanlı Həkimlərin Qurultayı keçirilib.

APA xəbər verir ki, Berlində yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən qurultayda Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli başda olmaqla, universitetin nümayəndə heyəti də iştirak edib.

Almaniyada və dünyanın bir sıra ölkələrində fəaliyyət göstərən 200-dən çox həkimin qatıldığı tədbirdə çıxış edən rektor Gəray Gəraybəyli qurultayın əhəmiyyətini vurğulayaraq, bu ölkədə çalışan həmkarlarına görə qürur duyduğunu bildirib və Alman-Azərbaycan Tibb İşçiləri Birliyinin fəaliyyətini Azərbaycanda tibb elminin inkişafına böyük töhfə kimi qiymətləndirib.

Rektor qeyd edib ki, Azərbaycanda bütün istiqamətlərdə olduğu kimi, tibb sahəsində də aparılan islahatlar ölkəmizdə səhiyyə sisteminin inkişafına zəmin yaradıb: “Son illər ərzində tibb təhsilində də mühüm dəyişikliklər baş verib. Hazırda ölkəmizdə 4 ali məktəb - Azərbaycan Tibb Universiteti, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi və Qarabağ Universitetinin Tibb fakültəsi tibb təhsili verir. ATU bu ali məktəblərin hər biri ilə əməkdaşlıq edir”.

Ömrü boyu Tibb Universitetində çalışdığını və bununla fəxr etdiyini deyən professor G.Gəraybəyli ATU məzunlarının Almaniyada sayılıb-seçilməsindən, böyük uğurlara imza atmasından çox sevindiyini diqqətə çatdırıb.

Açılış çıxışlarından sonra panel iclaslarına start verilib. ATU-nun rektoru “Tibb təhsilinin praktik hissəsinin təşkili və dünya təcrübəsi” mövzusunda I panel müzakirəsində çıxış edib.


ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev “Həkimlərin təşkilatlanması” adli II panel sessiyasında, Oftalmologiya kafedrasının dosenti, t.e.d. Tural Qəlbinur “Xaricdə çalışan azərbaycanlı həkimlərin Azərbaycan səhiyyəsində iştirakı” mövzusunda III panel müzakirəsində, Psixiatriya kafedrasının dosenti İkram Rüstəmov və Tədris Cərrahiyyə Klinikasının uroloq-androloqu, t.ü.f.d. Vasif İsmayıl isə IV panel çərçivəsində keçirilən açıq müzakirələrdə iştirak ediblər.

Qurultay çərçivəsində təşkil olunan müzakirələrdə Azərbaycan səhiyyəsinin hazırkı vəziyyəti və inkişaf perspektivləri, tibb təhsilindəki problemlər diqqət mərkəzində olub, beynəlxalq əməkdaşlıq imkanları araşdırılıb.

Qeyd edək ki, DAMV 2021-ci ilin yanvarında Almaniyada çalışan azərbaycanlı həkimlər tərəfindən qurulub. Berlin qurultayı Azərbaycan və Avropadakı həkimlər üçün təcrübə mübadiləsinin aparıldığı, səhiyyənin inkişafına dair yeni tendensiyaların bölüşüldüyü önəmli bir platformadır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://apa.az
archiveBu xəbər 28 Aprel 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see640

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see271

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see245

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see229

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see205

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see198

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see192

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see182

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see179

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see176

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see162

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see160

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see156

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see152

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see149

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see147

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see144

Amerikalı diplomat: ABŞ İranda Liviya ssenarisinin təkrarlanmasını istəmir

01 Fevral 2026 06:07see143

Türkiyənin Ticarət Nazirliyi: Hindistandan idxal rüsumlarının azaldılması planlaşdırılmır

01 Fevral 2026 04:41see139

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri