Icma.az
close
up
RU
YAP nümayəndə heyəti AK Partinin VIII Böyük Qurultayında iştirak edib FOTOLAR

YAP nümayəndə heyəti AK Partinin VIII Böyük Qurultayında iştirak edib FOTOLAR

Icma.az, Sia Az saytına istinadən bildirir.

18 ölkədən 22 siyasi partiyanın nümayəndələrinin, Türkiyədə akkreditə olunmuş diplomatik missiya rəhbərlərinin və vətəndaş cəmiyyəti təmsilçilərinin də iştirak etdikləri qurultayda Azərbaycanı Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi və Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə dostluq qrupunun üzvü Ramil Həsən və partiyanın Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərovun daxil olduğu nümayəndə heyəti təmsil edib. SİA xəbər verir ki, qurultaydan öncə fevralın 22-də Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz və AK Parti Sədrinin xarici əlaqələr üzrə müavini Zafer Sırakayanın salamlama nitqlərindən sonra AK Parti tərəfindən xarici qonaqların və diplomatik missiya rəhbərlərinin şərəfinə rəsmi ziyafət verilib.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) VIII Böyük Qurultayı Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə fevralın 23-də Ankara İdman Sarayında keçirilib.

Türkiyə Prezidenti çıxışı zamanı AK Partinin zəngin və şərəfli inkişaf yolu keçdiyini, xalqın etimadını layiqincə doğrultduğunu vurğulayıb. O, məqsədyönlü daxili və xarici siyasət nəticəsində qazanılan uğurlara nəzər salıb və qarşıda duran hədəfləri diqqətə çatdırıb. Dövlət başçısı iqtisadi inkişafın təmin olunması, xalqın rifahının yüksəldilməsi, milli və regional təhlükəsizliyə təhdidlərə qarşı qətiyyətli mübarizə aparılması, dövlətin beynəlxalq mövqeyinin möhkəmləndirilməsi kimi məsələlərə toxunaraq müəyyən olunmuş bütün vəzifələrin müvəffəqiyyətlə yerinə yetiriləcəyinə əminliyini ifadə edib.

Qurultayın həm Türkiyə Respublikası, həm də AK Parti üçün xüsusi önəm daşıdığını bildirən Prezident Rəcəb Tayyib Ərdoğan yeni tarixi mərhələnin növbəti uğurlara və parlaq perspektivlərə yol açdığını söyləyərək gələcəyə yönəlik planların gerçəkləşdirilməsi üçün partiya nümayəndələrinin üzərinə böyük məsuliyyət və mühüm vəzifələrin düşdüyünü vurğulayıb.

Qurultayda Prezident Rəcəb Tayyib Ərdoğan yenidən yekdilliklə Ədalət və İnkişaf Partiyasının Sədri seçilib, səsvermə nəticəsində partiyanın rəhbər strukturlarının yeni tərkibi müəyyənləşib.

Səfər çərçivəsində fevralın 24-də YAP Sədrinin müavini Tahir Budaqov ilə AK Parti Sədrinin birinci müavini, Bursa millət vəkili Efkan Ala və xarici əlaqələr üzrə müavini, İstanbul millət vəkili Zafer Sırakaya arasında görüşlər də keçirilib.

Dəvətə və yüksək qonaqpərvərliyə görə rəhbərlik etdiyi nümayəndə heyəti adından təşəkkürünü bildirən Tahir Budaqov AK Partinin VIII Böyük Qurultayının uğurla baş tutması və Efkan Alanın AK Parti Sədrinin birinci müavini, Zafer Sırakayanın isə partiya Sədrinin xarici əlaqələr üzrə müavini vəzifələrinə yenidən seçilmələri münasibətilə onları təbrik edib və bundan sonrakı fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.

Tahir Budaqov AK Partinin iqtidarda olduğu son 22 ildə reallaşdırılan möhtəşəm layihələr və qazanılan uğurlar nəticəsində Türkiyə dövlətinin güc və nüfuzunun xeyli artdığını bildirərək Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə qardaş ölkənin bütün milli məqsədlərinin müvəffəqiyyətlə həyata keçiriləcəyinə inamını ifadə edib.

Görüşlər zamanı “bir millət, iki dövlət” prinsipinə, dostluğa, qardaşlığa və strateji müttəfiqliyə əsaslanan Azərbaycan-Türkiyə münasibətlərinin iki ölkənin liderləri – Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın məqsədyönlü siyasəti nəticəsində ən yüksək səviyyəyə çatdığı bildirilib, beynəlxalq platformalarda qarşılıqlı fəaliyyətin milli maraqların təmini və müştərək hədəflərin gerçəkləşdirilməsi baxımından müstəsna əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.

2021-ci il 15 iyun tarixində imzalanmış Şuşa Bəyannaməsindən irəli gələn vəzifələrin yerinə yetirilməsinin istər Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı, istərsə də regionda və daha geniş miqyasda sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin yaranması - yeni geosiyasi nizamın formalaşması baxımından böyük əhəmiyyətə malik olduğu vurğulanıb.

Azərbaycan-Türkiyə birliyinin Türk dünyasında da rifah və tərəqqiyə xidmət etdiyi, genişmiqyaslı və səmərəli birgə fəaliyyətin Türk Dövlətləri Təşkilatının (TDT) qlobal miqyasda güc mərkəzinə çevrilməsinə hədəfləndiyi söylənib. Vurğulanıb ki, TDT-nin müasir beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmləndirilməsi hər iki dövlət üçün mühüm prioritetdir və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirilir.

Görüşlər zamanı dövlət başçılarının siyasi iradələrinə uyğun olaraq hakim partiyalar arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımların atıldığı diqqətə çatdırılıb. Qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin inkişafı baxımından son dərəcə vacib olduğu bildirilərək 2021-ci il iyunun 2-də YAP ilə AK Parti arasında imzalanmış Əməkdaşlıq Protokolundan irəli gələn vəzifələrin uğurla icra olunduğu və hazırda partiyalararası münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyi məmnunluqla qeyd edilib, bundan sonra da birgə hərəkət edərək ümumi hədəflərin inamla reallaşdırılacağına əminlik ifadə olunub.

Görüşlərdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də müzakirələr aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://sia.az
archiveBu xəbər 24 Fevral 2025 20:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see282

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see216

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see167

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see158

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see155

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see150

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see147

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see147

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see147

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see144

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see139

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri