Icma.az
close
up
RU
Audiovizual Şura Dövlət Komissiyası ilə birlikdə təlim keçirib

Audiovizual Şura Dövlət Komissiyası ilə birlikdə təlim keçirib

Icma.az bildirir, Newscenter.az portalına istinadən.


Azərbaycan Respublikası Audiovizual Şurası və Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrasına dair təlim keçirilmişdir. Təlimə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin, Bakı şəhəri Narkoloji Mərkəzinin təmsilçiləri və 15-dən çox media qurumunun nümayəndələri dəvət edilmişdir.
Tədbiri giriş sözü ilə açan Audiovizual Şuranın Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nemət Cavadov Dövlət Proqramının icra vəziyyəti ilə bağlı məlumat vermiş, adıçəkilən tədbirin hər il silsilə olaraq keçirilməsinin əhəmiyyət və təsirlərindən danışmışdır. N.Cavadov bildirmişdir ki, bu cür tədbirlər yalnız ölkə miqyasında deyil, ümumdünya təşkilat və qabaqcıl dövlətlər tərəfindən də mütəmadi olaraq keçirilməkdədir.
Daha sonra Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbərinin müavini Tanriverdi Aydınov çıxışı zamanı təlimin əhəmiyyətindən bəhs etmişdir. Qeyd etmişdir ki, cəmiyyətin maarifləndirilməsində və məlumatların əlçatanlığında medianın müstəsna rolu var.
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun rəhbəri Nəcəf Aydınoğlu təkcə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizədə yox, qanunsuzluğa aparan bütün istiqamətlər üzrə düzgün və mütəmadi təbliğatın əhəmiyyətindən bəhs etmiş, məlumatlara inamın artırılması istiqamətində işlər görülməsinin vacibliyini təlim iştiraçılarının diqqətinə çatdırmışdır.
Çıxışı zamanı Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin psixoloqu Ramin Allahverdiyev psixotrop maddələrdən asılılığın mütləq əksəriyyətinin uşaqlıq travmaları ilə əlaqəli olduğunu, bunun üçün məktəb və universitetlərdə tələbə və şagirdlərlə fərdi, o cümlədən vaildeynləri ilə də maarifləndirici görüşlərin əhəmiyyətindən bəhs etmişdir.
Daha sonra Bakı şəhəri Narkoloji Mərkəzinin həkim-narkoloqu Afət Məmmədova çıxış etmiş, həmin insanlarda genetik ötürücülükdən daha çox qazanılmış vərdişlərin fəsadları olduğunu vurğulamışdır. A.Məmmədova bu cür hallarda toplumun onlara yanaşmasının dəyişməli olduğunu, dəstək göstərilməsinin prosesə müsbət təsir göstərəcəyini vurğulamışdır.
Təlim zamanı Audiovizual Şuranın Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Ayxan Sadıqlı mövzu ilə bağlı geniş təqdimat etmiş, mediada dərc olunan informasiyaların qanunvericiliyin tələbləri ilə mütənasibliyi, prosesin nəzarət və tənzimləmə mexanizmi və mümkün cəza tədbirlərindən danışmış, beynəlxalq praktikada diqqətə alınan metodlardan bəhs etmişdir.
Təlim media nümayəndələrini maraqlandıran sualların cavablandırılması və mövzu ilə bağlı müzakirələrlə davam etmişdir.
Xatırladaq ki, adıçəkilən mövzuda görülən tədbirlərin gücləndirilməsi və koordinasiyası məqsədi ilə yaradılmış Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu ilə Audiovizual Şuranın mütəmadi olaraq əməkdaşlıq etməkdədir.
Süleyman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 26 Dekabr 2024 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri