Icma.az
close
up
RU
Audiovizual Şura ilə HACA arasında əməkdaşlıq memorandumu imzalandı FOTO

Audiovizual Şura ilə HACA arasında əməkdaşlıq memorandumu imzalandı FOTO

Icma.az, Metbuat portalına istinadən məlumat yayır.

Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov Mərakeş Krallığının Audiovizual Kommunikasiyalar üzrə Ali Qurumunun (HACA) sədri Lətifə Axarbaşun rəhbərlil etdiyi nümayəndə heyəti ilə görüşüb.

Metbuat.az xəbər verir ki, görüşdə çıxış edən Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov cari ilin may ayında Mərakeşə səfərinin çox maraqlı və faydalı olduğunu vurğulayıb. O bildirib ki, Mərakeş ərəbdilli ölkələr arasında çox vacib ölkədir və Azərbaycanla bu dövlət arasında xüsusi dostluq münasibətləri mövcuddur. Audiovizual media tənzimləyiciləri arasında bu əməkdaşlıq Audiovizual Şuraya digər ərəbdilli ölkələrlə, HACA-ya türkdilli ölkələr və Xəzər-Qara dəniz regionu ilə əlaqələrin inkişafında töhfə verəcək. Audiovizual Şuranın sədri media tənzimlənməsi və cəmiyyətin bu sahəni daha yaxşı anlaması üçün birgə fəaliyyətin vacibliyini vurğulayaraq, qarşıdakı əməkdaşlıq üçün nikbin olduğunu deyib.

HACA sədri Lətifə Axarbaş çıxışında Azərbaycana ikinci səfərinin ona yenidən eyni xoş hisslər yaşatdığını bildirib. O, iki qurum arasında əməkdaşlığın qarşılıqlı etimada və səmimi dostluğa əsaslandığını vurğulayıb. Lətifə Axarbaş qeyd edib ki, bu səfər konkret nəticələrə nail olmaq məqsədi daşıyır və rəqəmsal texnologiyaların sürətli inkişafı ilə üzləşən media mühiti üçün təcrübə mübadiləsi böyük əhəmiyyət kəsb edir. O, süni intellekt və media savadlılığı kimi məsələlərdə hər iki qurumun eyni çağırışlarla üzləşdiyini və ortaq fəaliyyət istiqamətləri üçün birlikdə işləmək imkanlarının olduğunu bildirib. Lətifə Axarbaş bu əməkdaşlığın qarşılıqlı fayda verəcəyinə əminliyini ifadə edərək, dəvət və müzakirə üçün yaradılan fürsətə görə təşəkkür edib.

Daha sonra Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev Azərbaycanda audiovizual media sahəsi ilə bağlı geniş təqdimatla çıxış edib. O, çıxışında Ümummilli Lider Heydər Əliyevin “media dövlət ilə cəmiyyəti birləşdirən canlı sinirdir” sözlərini sitat gətirərək 1998-ci ildə Azərbaycanda senzuranın ləğv edildiyini, Azərbaycanın postsovet ölkələri arasında senzuranı ləğv edən ilk ölkə olduğunu bildirib. Təqdimat zamanı Audiovizual Şuranın fəaliyyət istiqamətləri, qanunvericilik mexanizmləri, beynəlxalq və ikitərəfli əməkdaşlıq əlaqələri barədə məlumat verilib.

Görüşün yekununda Audiovizual Şura ilə HACA arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Sənədi Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov və Mərakeş Krallığının Audiovizual Kommunikasiyalar üzrə Ali Qurumunun sədri Lətifə Axarbaş imzalayıblar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 17 Dekabr 2024 19:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri