Icma.az
close
up
RU
Auditorlar Palatasında rəsm müsabiqəsində iştirak etmiş Palatanın həmkarlar ittifaqı üzvlərinin övladlarının mükafatlandırılması mərasimi keçirilib

Auditorlar Palatasında rəsm müsabiqəsində iştirak etmiş Palatanın həmkarlar ittifaqı üzvlərinin övladlarının mükafatlandırılması mərasimi keçirilib

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 3 iyun, AZƏRTAC

Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyətinin 2025-ci il 23 aprel tarixli 28 nömrəli “İttifaq üzvlərinin 6-15 yaşlı övladları(nəvələri) arasında Qlobal iqlim dəyişikliyi ilə mübarizəyə həsr olunmuş “Ekologiya-mənim fırçamda” mövzusunda keçirilmiş rəsm müsabiqəsinin yekunları barədə” qərarına uyğun olaraq iyunun 2-də Auditorlar Palatasında rəsm müsabiqəsində iştirak etmiş Palatnın həmkarlar ittifaqı üzvlərinin övladlarının mükafatlandırılması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə Auditorlar Palatasının sədri, professor Vahid Novruzov açaraq ADİİXİHİRK tərəfindən belə bir rəsm müsabiqəsinin keçirilməsinin əhəmiyyətindən danışıb. V.Novruzov eyni zamanda belə bir tədbirin 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə keçirilməsini xüsusi vurğulayaraq, dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da bu tədbirin yüksək səviyyədə qeyd edildiyini bildirib. Qeyd olunub ki, ölkəmizdə uşaqlarla bağlı siyasətin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Həmin illərdə ən məhsuldar və uşaqlarla bağlı problemlərin həllini özündə əks etdirən qanunlar, dövlət proqramları və tədbirlər planı qəbul edilib. Ulu Öndər Heydər Əliyevin siyasətinin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə uşaqların sağlam, firavan, Vətənə layiqli övladlar kimi böyüməsi, onların rifahının yüksəldilməsi, hüquq və maraqlarının müdafiəsi, habelə uşaqların fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi şəraitin yaradılmasından bəhs edilib.

Sonra V.Novruzov belə bir rəsm müsabiqəsində iştirak edən həmkarlar ittifaqı üzvlərinin övladları - Əkbərzadə Mədinə Elçin qızı və Talıbova Maya Rəşad qızının bu müsabiqədə fəallıqları ilə fərqləndiklərinə görə, onları və valideynlərini təbrik etdi.

Tədbirdə həmçinin, Palatanın sədr müavini Fəxrəddin İsmayılov, İcraçı direktor, HİK sədri Səbuhi Gülməmmədov və Palatanın struktur bölmələrinin rəhbərləri çıxış edərək müsabiqə iştirakçılarına öz təbriklərini çatdırıb.

Müsabiqədə iştirak edən uşaqların valideynləri də öz növbəsində çıxış edərək, tədbirə görə təşəkkürlərini bildirdilər və dövlətimizin daim uşaqlara göstərdiyi qayğılardan bəhs ediblər.

Sonda müsabiqədə fəallığı ilə fərqlənən uşaqlara ADİİXİHİRK-nin təşəkkürnaməsi və pul mükafatı təqdim edilib, xatirə şəkilləri çəkilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 İyun 2025 08:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see298

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see276

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see167

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see167

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see166

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see156

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see146

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see146

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see143

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see142

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see140

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see138

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see138

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see136

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri