Icma.az
close
up
RU
Autizm pozuntusunun erkən aşkarlanması və reabilitasiyası üçün dövlət proqramı ciddi irəliləyişə səbəb ola bilər Sosioqloq

Autizm pozuntusunun erkən aşkarlanması və reabilitasiyası üçün dövlət proqramı ciddi irəliləyişə səbəb ola bilər Sosioqloq

Icma.az, Operativmedia saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Soltan Məmmədov autizm pozuntusunun erkən aşkarlanması və sonrakı reabilitasiyası üçün dövlət proqramının qəbul olunması vacib olduğunu qeyd edib.

Məsələ ilə bağlı “Operativ Media”ya açıqlama verən sosioloq Mətanət Məmmədova bildirib ki, dövlət proqramının qəbul edilməsi bu sahədə ciddi irəliləyişə səbəb ola bilər:

“Autizm spektr pozuntusu (ASP) ilə doğulan və ya sonradan bu sindromun əlamətləri müşahidə olunan uşaqlarda xəstəliyin erkən aşkar edilməsi onların gələcək həyatına müsbət təsir göstərə bilər. Bu cür uşaqlar sosial qarşılıqlı münasibətlərdə çətinlik çəkir, təkrarlanan və dəyişməz maraq və davranış modelləri nümayiş etdirirlər. ASP-nin inkişafı adətən erkən uşaqlıq dövründə başlayır. Deməli, xəstəliyin erkən aşkar edilməsi və müvafiq tədbirlərin görülməsi böyük əhəmiyyət daşıyır.

Millət vəkilinin bu məsələyə dair təklifi çox təqdirəlayiqdir. Dövlət Proqramının qəbul edilməsi bu sahədə ciddi irəliləyişə səbəb ola bilər. ASP-nin yaranma səbəblərinin geniş spektrdə olması, məsələn, irsi meyillilik, xarici təsirlər, X xromosomunun zəifliyi, nəsildə autizm və ya digər psixi pozuntuların olması, valideynlərin yaşının 35-dən yuxarı olması, hamiləlik zamanı ananın infeksion xəstəliklər keçirməsi, hormonal disbalans, toksik maddələrə məruz qalma və ya ekoloji vəziyyətin pis olması, belə bir proqramın qəbulunu zəruri edir. Belə proqramlar aidiyyəti sahələr üzrə problemlərin həlli üçün hərtərəfli yanaşma təmin edir”.

Sosioloq Dövlət Proqramının qəbul edilməsi xəstəliyin səbəblərinin müəyyənləşdirilməsi və bu pozuntu üçün əlverişli şəraitin qarşısının alınmasında mühüm rol oynaya biləcəyini vurğulayıb:

“ASP, şəxsi, sosial, təhsil, peşə və digər fəaliyyət sahələrində ciddi çətinliklər yarada biləcək bir sindromdur. Buna görə də, problemin erkən aşkarlanması və reabilitasiya tədbirlərinə başlanması böyük əhəmiyyət daşıyır və bunun nəticəsiz qalması mümkün deyil.

Dövlət Proqramının qəbul edilməsi xəstəliyin səbəblərinin müəyyənləşdirilməsi və bu pozuntu üçün əlverişli şəraitin qarşısının alınmasında mühüm rol oynaya bilər. Dövlət Proqramı bu sahədə baza rolunu oynayaraq mövcud problemlərin hərtərəfli həllini təmin edən imkanlar yaradır. ASP-nin erkən aşkar edilməsi və müalicəsi həm uşaqlar, həm onların valideynləri, həm də ümumilikdə cəmiyyətimiz və gələcəyimiz üçün faydalı olacaqdır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:60
embedMənbə:https://operativmedia.az
archiveBu xəbər 26 Noyabr 2024 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see238

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see179

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see164

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see155

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri