Icma.az
close
up
RU
Autizm, yoxsa fərqli uşaq?

Autizm, yoxsa fərqli uşaq?

Icma.az bildirir, Sia Az portalına istinadən.

"Axır zamanlarda valideynlərin tez-tez verdiyi sual məhz budur: Autizm nədir, onun əsas simptomları, erkən diaqnoz və müalicə üsulları hansılardır? Autizm Spektr Pozuntusu (ASP), fərdin sosial ünsiyyət bacarıqları, davranışları və maraqları üzərində təsir göstərən neyroinkişaf pozuntusudur. Bu sindrom adətən erkən yaşlarda, uşağın həyatının ilk üç ili ərzində özünü göstərir və ömür boyu davam edə bilər. Autizm, müxtəlif spektr üzrə müşahidə olunan bir neyroinkişaf pozuntusu kimi qəbul edilir, çünki simptomlar və onların şiddəti fərddən fərddə dəyişir. Bəzi insanlar yüngül simptomlar göstərə bilər, digərlərində isə daha ciddi ünsiyyət və davranış problemləri müşahidə edilə bilər. ASP-nin səbəbləri tam məlum olmasa da, genetik və ətraf mühit amillərinin rol oynadığı düşünülür". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib.
Psixoloqun sözlərinə görə, autizmin simptomları çox müxtəlif ola bilir, ən çox aşağıdakı sahələrdə müşahidə edilir:
Sosial ünsiyyət və qarşılıqlı əlaqə çətinlikləri: Autizmli insanlar sosial ünsiyyətdə çətinlik çəkə bilərlər. Bu çətinliklərə göz təmasından qaçınmaq, ünsiyyətin anlaşılmasında problemlər, nitqin gecikməsi və ya nitqdə pozulmalar daxildir. Uşaqlar tez-tez sosial oyunlardan qaçır və başqalarının duyğularını başa düşməkdə çətinlik çəkirlər.
Təkrarlayıcı davranışlar və məhdud maraqlar: Autizmli fərdlər təkrarlayıcı hərəkətlər göstərə və ya müəyyən obyektlərə və ya mövzulara qeyri-adi dərəcədə maraq göstərə bilərlər. Məsələn, oyuncaqların eyni formada düzülməsi, müəyyən söz və ya hərəkətləri təkrarlamaq bu simptomlara misaldır.
Sensitivlik: Bəzi autizmli fərdlər müəyyən səslər, işıqlar, toxunma və ya qoxulara qarşı çox həssas ola bilərlər. Bu həssaslıqlar gündəlik həyatlarında narahatlıq yarada bilər və onların ətraf mühitə uyğunlaşmalarını çətinləşdirə bilər.
Y.Əsgərova onu da qeyd edib ki, autizmin erkən diaqnozu uşağın inkişafına müsbət təsir göstərə bilər. Diaqnoz üçün xüsusi olaraq nəzərdə tutulmuş davranış testləri, uşağın sosial qarşılıqlı əlaqə, ünsiyyət və davranış bacarıqları əsasında aparılır. Autizmin əlamətləri, uşağın normal inkişaf prosesindən kənarlaşmalar göstərməsi ilə erkən yaşlarda fərqlənir. Məsələn, göz təması qurmaqda çətinlik, nitqin gecikməsi və ya adi sosial oyunlara marağın olmaması valideynlər üçün ilkin xəbərdarlıq işarələri ola bilər.
"Autizmin diaqnozu üçün ətraflı tibbi müayinə və davranış testləri ilə yanaşı, valideynlərin müşahidələri də vacibdir. Uşaq psixiatrı və ya nevroloq tərəfindən diaqnoz təsdiqləndikdən sonra, erkən müdaxilə və müalicə proqramları tətbiq edilə bilər. Erkən yaşlarda müalicəyə başlanılması uşağın sosial və ünsiyyət bacarıqlarının inkişafına müsbət təsir göstərə bilər və onun cəmiyyətdə daha asan adaptasiya olmasına kömək edər. Qeyd edək ki, Autizm üçün hələ də tam şəfaedici müalicə mövcud deyil, lakin müxtəlif terapiya və müdaxilə üsulları ilə simptomlar idarə oluna bilər. Davranış Terapiyası (ABA) və Nitq Terapiyası, autizmli uşaqların sosial və ünsiyyət bacarıqlarını inkişaf etdirmək üçün geniş tətbiq olunan metodlardır. Bundan əlavə, xüsusi tədris proqramları və fərdi təlim planları ilə də autizmli uşaqların təhsil və inkişafı dəstəklənir. Eyni zamanda valideynlərin məlumatlı olması və uşaqlarının inkişafını diqqətlə izləməsi autizmin erkən aşkarlanmasında həlledici rol oynayır. Uşağın davranışında və inkişafında hər hansı narahatlıq müşahidə edilərsə, vaxtında mütəxəssisə müraciət etmək erkən müdaxilənin əsas şərtidir", -deyə psixoloq Y.Əsgərova fikrini tamamlayıb.

Afət Tahirqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://sia.az
archiveBu xəbər 18 İyun 2026 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see330

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see329

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see324

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see321

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see305

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see297

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see293

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see280

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see278

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see271

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see252

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see251

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see249

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see235

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see227

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see227

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see223

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see218

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri