Icma.az
close
up
RU
Autizm xəstəlikdir, yoxsa davranış fərqliliyi?

Autizm xəstəlikdir, yoxsa davranış fərqliliyi?

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Autizm özünü üç yaşından əvvəl büruzə verən və ömür boyu sürən xəstəlikdir. İctimai münasibətlərdən qaçan, ünsiyyətə zərər verən, məhdud və təkrarlanan davranışlara gətirib çıxaran xəstəliyə autizm deyilir. Əvvəllər bu diaqnoz tibdə xəstəlik adlandırılsa da son illər tibb elmi autizmi fərqli davaranış kimi qiymətləndirir. Lakin danılmazdır ki, autizm insanı yaşıdlarından geri salan, normal inkişafına mane olan vəziyyətdir.

Autizm anlayışı ilk dəfə 1938-ci ildə Vyanalı professor Hans Asperger tərəfindən uşaq psixologiyası üzərində apardığı araşdırmalardan sonra yaranıb. Professor Asperger, hal-hazırda “Asperger sindromu” olaraq tanınan xəstəliyi araşdırırdı və nəticədə autizmi kəşf etdi. Amma o ayrıca bir xəstəlik kimi ilk dəfə 1943-cü ildə amerikalı uşaq psixiatrı Leo Kanner tərəfindən tədqiq edilib.

Maraqlıdır ki, bəzi mütəxəssilər autizmin beyindəki neyronların normadan az olması ilə bağlı olduğunu qeyd edir. Autizmin yaranmasında genetik faktorlar da özünü göstərir. Tək yumurta əkizləri genetik baxımdan bir-birilə eynidir. Əgər tək yumurta əkizlərindən biri autizmlidirsə, digərinin autizmli olma riski 35-70% ola bilər. Fərqli yumurta əkizlərində isə bu risk 0-23%-dir. Ailənin ilk uşağı autizmlidirsə, sonrakı uşağın autizmli olma riski 5-15%-dir.

Autizmli uşağı necə müəyyən edək?

Autizmin tipik xüsusiyyətləri var. Uşaq başqalarına qarşı maraqsızdır, göz təmasından qaçır, başqaları ilə ünsiyyət qurmur, istəklərini başqalarının əllərindən istifadə edərək ifadə edir, digər uşaqlarla oynamır, uzun müddət ərzində eyni mövzu üzərində danışır, səbəbsiz olaraq ağlayır, gülür və səbəbsiz davranışlar nümayiş etdirir, mənasız sözləri ardıcıl təkrarlayır.

Autizmli uşağın predmetləri davamlı olaraq çevirməkdən xoşu gəlir, yaradıcılıq tələb edən oyunları oynaya bilmir. Onlar hər şeyin eyni olmasını istəyir, dəyişikliklərə həddindən artıq reaksiya verir, davamlı olaraq eyni oyunları oynayır. Onlar ağrıya qarşı laqeyd olur, səslərə qarşı həddindən artıq həssaslıq və ya həddindən artıq laqeydlik də müşahisə olunur. Onlar cavab vermək əvəzinə, özünə deyilənləri eynilə təkrar edir. Tək qalmağı sevirlər.

Əllərin, qolların, barmaqların və ya başın təkrarlanan hərəkətləri müşahidə edilir. Onlarda həmişə eyni şeyi yemək və ya eyni şeylə oynamaq kimi müəyyən alışqanlıq var. İşığa, rəngə, qoxuya və səsə fərqli reaksiya verirlər. Jestlər və üz ifadələri kimi ünsiyyət vasitələri ya yoxdur, ya da məhduddur. Qucaqlaşmaq, söykənmək kimi yaxın təması sevmirlər. Bəzən müəyyən sözləri davamlı olaraq təkrarlayırlar. Nitq və dil bacarıqlarının inkişafında ləngimə var. Ehtiyacını ödəyən – daha çox ananın qolunu çəkərək sıxıntısını, istəyini ifadə edir.

Autizmli uşaqlarda erkən diaqnoz çox vacibdir və bu zaman 80-82 faiz uğurlu müalicə mümkün olur və onlar cəmiyyətə geri qazandırılırlar. Diqqətli valideynlər problemi tez fərq edirlər, uşağı müalicəyə tez cəlb edirlər. Bu gün 6 aydında abutizmli olduğu aşkarlanan uşaqlar var. Problem oğlan uşaqlarında daha çox özünü bürizə verir.

Autizmin dəqiq səbəbi bilinməsə də, tək bir səbəbinin olmadığı aydındır. Araşdırmalara görə, autizmin səbəbləri arasında genetik və qeyri-genetik, habelə doğum fəsadları, infeksiyalar və ətraf mühitin çirklənməsi kimi ekoloji təsirlər var. Fərqli xromosomlarda olan 100-dən çox gen müxtəlif səviyyəli autizm spektrinin pozulmasına səbəb ola bilər. Autizm simptomları bəzi nadir genetik, neyrometabolik (beyin pozğunluqları) xəstəliklərdə və ya epilepsiya kimi beyin funksiyalarını və hüceyrə rabitəsini pozan hallarda da müşahidə olunur.

Körpəniz səslər çıxara bilmirsə…

Uşaqlarda danışa bilməmək də autizmin əlaməti ola bilər. Körpə ilk ayda ağlama, öskürmə, asqırma kimi təbii səslər çıxarmalıdır, birinci ayın sonunda onların qışqırıqları müxtəlif vəziyyətlərdən asılı olaraq fərqlənməyə başlamalıdır. İkinci və üçüncü aylarda körpə gülərək "k" və "g" kimi samitləri, "a", "e" və "o" kimi saitləri deməyə başlamalı, 4-6-cı aylar arasında sait və samit səslərin sayında artım olmalı, 6-cı ayın sonuna yaxın uşaq samit və sait səsləri birləşdirməyə başlamalıdır, məsələn, “ba”, “da”, “ma” kimi səslər çıxarmalıdır.

7-10-cu aylar arasında “ma-ma”, “ba-ba” kimi heca təkrarları müşahidə edilməlidir. Körpə böyüklərin nitqinə bənzəyən, lakin başa düşülməyən sözlər ardıcıllığı yaratmalıdır. 11-ci aydan etibarən körpə anlaşılmaz səs ardıcıllıqları arasına tək hecalı sözlər daxil etməyə başlamalıdır. Sonra mənası olan sözləri tələffüz etməlidir. 12-18 ay arasında sözlərdən məqsədyönlü istifadə etməlidir və həmin ərəfədə 3-50 sözdən ibarət lüğətə malik olmalıdır. 18-24 ay arasında körpə sadə göstərişlərə əməl etəməlidir, əşyaların və şəkillərin adını çəkməlidir. Bu yaşda lüğətinə 50-70 söz daxil olur. Əgər bu nizam pozulursa, uşaq yaşıdlarının etdiyi bu sıralamanı edə bilmirsə ailəsi autizmdən şübhələnməlidir.

İki yaş uşağın yeriməyə, danışmağa, öz şəxsiyyətini dərk etməyə başladığı dövrdür. Həyatının ikinci ilində sürətli inkişaf uşağı bir çox cəhətdən müstəqil edir. Hərəkət bacarıqları vasitəsilə dil bacarıqlarına yiyələnmək uşağın müstəqilliyinə böyük təsir göstərir. İki yaşlı uşaq pilləkənlərlə aşağı-yuxarı qalxır və enir. Bu dövrdə uşaq bildiyi 70 və daha çox sözdən istifadə edir və iki sözdən ibarət sadə cümlələr qurur. İki yaş sual vermə yaşıdır. Bu mərhələdə uşaq israrla “necə?” və “niyə?” kimi suallar verir.

Ana bətnində diaqnoz qoyula bilməyən autism xəstəliyi qızlara nisbətən oğlanlarda 4 dəfə daha çox müşahidə edilir. Bunun dəqiq səbəbi məlum deyil. Autizmin diaqnozu laboratoriya testləri və ya görüntü cihazları ilə qoyulmur. Diaqnoz uşaq psixiatrı tərəfindən uşağın müşahidəsi, ailəyə bəzi sualların verilməsi və inkişaf testləri vasitəsilə qoyulur. Diferensial diaqnostika, zəruri hallarda qan analizləri, nevroloji, qulaq-burun-boğaz və metabolik xəstəliklərlə bağlı digər mütəxəssislərin konsultasiyası tələb oluna bilər.

Tibb autizm spektri pozğunluğunu tamamilə müalicə edə biləcək gücdə deyil. Autizmin müalicəsi bənzər xəstəliklərin müalicə planına əsaslanır, ailəyə insanın idrak və funksional müstəqilliyini, eləcə də həyat keyfiyyətini artırmaq üçün prosesi idarə etməyə kömək edir. İlk 3 ildə beynin inkişafı və öyrənilməsi çox sürətlidir. Bütün inkişaf pozğunluqlarında olduğu kimi burada da düzgün erkən müdaxilə ən təsirli üsuldur.

Erkən yaşda intensiv təhsil proqramları və davranış terapiyaları uşaqlara özünə qulluq, sosial və iş bacarıqları qazanmağa kömək edir. Beləliklə, funksionallığı artırır, simptomların və uyğunlaşmayan davranışların şiddətini azaldır. Bu gün yeganə məlum müalicə üsulu erkən yaşlardan başlayaraq ailənin dəstəyi ilə uşağın qabiliyyətinə uyğun fərdi və qrup şəklində xüsusi təhsil proqramlarının hazırlanması, mütəxəssislər tərəfindən həyata keçirilməsidir. Müalicə uzunmüddətlidir və xüsusi təhsil və komanda işi tələb edir və komandanın tərkibinə uşağın öz həkimi, xüsusi pedaqoq, nitq mütəxəssisi, uşaq psixiatrı və ya uşaq nevroloqu daxil olmalıdır. Tətbiq olunacaq dərman müalicəsi autizmlə müşayiət olunan mövcud yan problemlərin azaldılmasına yönəlib.

Autizmli şəxslərin nadir bir hissəsi güclü yaddaş və musiqi kimi üstün istedadlara malik olsalar da, ümumiyyətlə adaptasiyada problemlər yaşayırlar. Xüsusi təhsilə əsaslanan müalicə ilə autizmli uşaqlar özünü təmin edən, sosial cəhətdən seçilməyən fərdlərə çevrilə bilərlər. Autizm ömür boyu davam edən bir problemdir və autizmli uşaqlar uyğun təhsillə dəstəklənməlidir. Bu, intensiv və uzun bir məşq prosesi tələb edir. Valideynlər autizmli övladlarının hər kəs kimi düşünmədiyini anlamalı və bu vəziyyəti qəbul etməlidir.

Lalə Mehralı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 Aprel 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan təhsilində inqilab: Müəllimləri və şagirdləri gözləyən yeniliklə bağlı AÇIQLAMA

02 İyun 2026 13:51see218

İran İsrail gərginliyi artır: Birbaşa qarşıdurma riski nə qədər realdır? ŞƏRH

02 İyun 2026 20:42see204

Rəcəb Tayyib Ərdoğan 10 cu dəfə baba oldu

02 İyun 2026 01:41see193

Sumqayıt qatarı qəza törədib, ölən var

02 İyun 2026 09:30see185

TƏBİB in yeni mətbuat katibi Zara İbrahimzadə kimdir?

02 İyun 2026 23:17see185

bp nin regional prezidenti: Azərbaycan qarşıdakı onilliklərdə dünya səviyyəli enerji qovşağına çevrilə bilər

02 İyun 2026 09:31see184

9% gəlirlilik: Dövlət şirkətinin dollar istiqrazları ticarətə buraxılır

03 İyun 2026 01:20see181

İtaliya sahillərində 6,1 bal gücündə zəlzələ baş verib

02 İyun 2026 04:53see179

“13 həftə, 13 avtomobil” kampaniyasına start verildi VİDEO

02 İyun 2026 09:32see178

Azərbaycanlı biznesmen çətin sınaq qarşısında milyardlarını itirə bilər

02 İyun 2026 13:54see178

Netanyahu: “Hizbullah” hücumları davam etdirsə, İsrail Beyrutu vuracaq

02 İyun 2026 01:49see175

72 kilo arıqlayan məşhur aktrisanın son görüntüsü gündəm oldu

02 İyun 2026 13:56see175

Hörmüzdən keçən gəmilərlə bağlı statistika Açıqlandı

02 İyun 2026 03:49see174

Diabet necə yaranır? Həkimlər əsas səbəbləri açıqladı

02 İyun 2026 03:03see174

“İranla gələn həftə razılaşma əldə edə bilərik”

02 İyun 2026 02:47see173

ABŞ məxfi hesabat hazırlayacaq TRAMP İMZALADI

03 İyun 2026 03:23see172

Bu il hansı qrupda ballar aşağı düşəcək?

01 İyun 2026 23:54see169

Polşa Prezidenti: “Arzularımı çatdırmaqdan şərəf duyuram!”

01 İyun 2026 20:15see160

Şəfa nı çempionluğa daşıyan Kərəmli bölgə klubunda? Dəqiqləşdi

03 İyun 2026 02:25see152

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib

03 İyun 2026 11:29see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri