Autizmlə bağlı yeni dövlət proqramının yaradılması təklif edilib
Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
Bu gün autizmlə bağlı problemlər var.
Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Soltan Məmmədov Milli Məclisin Səhiyyə komitəsinin iclasında deyib.
Onun sözlərinə görə, uşaqlar arasında hələ də nadir xəstəliklər var ki, bu gün onlar xidmətlər zərfinə daxil deyil:
"Yaxşı olardı ki, müəyyən yeni dövlət proqramları çərçivəsində həmin məsələlərin həllinə nail olaq. Vaxtilə yaradılmış dövlət proqramlarının məqsədi də ondan ibarət idi ki, istər talassemiya, istər digər xəstəliklərlə bağlı problemlərə diqqəti artıraq və əlavə büdcə hesabına onların həllinə nail olaq.
Yaxşı olardı ki, biz onu da ünvanlayaq. Həmin böyük dövlət proqramlarının, artıq illərdir uğurla həyata keçirilən dövlət proqramlarının xidmətlər zərfinə daxil olunması ilə bərabər, bir sıra nadir xəstəliklərin idarə olunması üçün yeni dövlət proqramları haqqında da düşünmək olar".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 17 Sentyabr 2026 15:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















