Icma.az
close
up
RU
Tramp administrasiyası autizmlə bağlı tədqiqatların maliyyələşdirilməsini azaldıb

Tramp administrasiyası autizmlə bağlı tədqiqatların maliyyələşdirilməsini azaldıb

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 17 may, AZƏRTAC

Səhiyyə naziri Robert Kennedi ABŞ-da artan autizm halları ilə mübarizənin Tramp administrasiyası üçün səhiyyə sahəsində əsas prioritet olacağını vəd edib.

AZƏRTAC xəbər verir ki, o, keçən ay autizmin ekoloji səbəblərini müəyyən etmək üçün Milli Səhiyyə İnstitutlarından (MSİ) 50 milyon dollar qrant ayıracağını vəd etmiş və milli “autizm reyestrinin” yaradılması planlarını açıqlamışdır.

Bununla belə, 2025-ci ilin ilk dörd ayında MSİ autizmlə bağlı tədqiqatların maliyyələşdirilməsini təxminən 31 milyon dollar və ya 26 faiz azaldıb. “Reuters” xəbər verir ki, maliyyələşdirmə 2024-cü ilin eyni dövrə görə 147 milyon dollardan 116 milyon dollara düşüb.

Autizmlə bağlı araşdırmalara Tramp administrasiyası tərəfindən Harvard Universiteti və ya Milli Səhiyyə İnstitutlarından maliyyə alan Kolumbiya Universitetinin Autizm sahəsində Qabaqcıl Təcrübə Mərkəzi kimi tədqiqat universitetlərinə federal maliyyəsinin dayandırılması da təsir edə bilər.

Ümumilikdə, autizm tədqiqatçıları qorxurlar ki, maliyyələşdirmənin azaldılması xəstəliklə bağlı mümkün səbəblərin və ən yaxşı müalicə üsullarının müəyyən edilməsində irəliləyişi ləngidər.

MSİ-in Milli Psixi Sağlamlıq İnstitutunun keçmiş direktoru doktor Coş Qordonun sözlərinə görə, bu cür azaldılma autizmin öyrənilməsi və autizm spektri pozğunluğu olan insanların həyatının yaxşılaşdırılması üçün yeni müalicə üsullarının hazırlanması ilə bağlı səylərini yoxa endirəcək.

ABŞ-da autizm dərəcələri son iyirmi ildə durmadan artır və 2006-cı ildən bəri Konqres Milli Səhiyyə İnstitutlarında, Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərində və Resurslar və Səhiyyə Xidmətləri İdarəsində tədqiqatlar, xidmətlər, təlim və monitorinqin dəstəklənməsi üçün Autizm sahəsində Əməkdaşlıq haqqında Qanunu (CARES) çərçivəsində 5 milyard dollardan çox vəsait ayırmışdır.

Tədqiqatçılar iddia edirlər ki, ola bilsin ki, həm genetik, həm də ətraf mühit amilləri autizmin inkişafına kömək edir və yayılmanın artmasının çox hissəsi bu vəziyyətin geniş anlayışı və daha geniş yayılmış skrininqlə bağlıdır.

Lakin nazir Kennedi ekoloji toksinlərin günahkar olduğunu hesab edir və peyvəndlərin autizmə töhfə verə biləcəyinə dair artıq təkzib edilmiş iddialara dair araşdırmaya başlayıb. O, kif, pestisidlər, qida əlavələri, ultrasəs və dərmanları araşdıran yeni tədqiqat təşəbbüsləri təklif edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 May 2025 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see201

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see126

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see126

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see126

ABŞ ın 2027 ci il üçün hərbi büdcəsi 1,5 trilyon dollar olacaq

08 Yanvar 2026 02:03see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri