Avarçəkənlərimizdən ilk qızıl medal Fotolar
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr edilən avarçəkmə və kanoe üzrə “Prezident Kuboku-2026” beynəlxalq reqatasının ikinci yarış günü “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutub.
“Qafqazinfo” xəbər verir ki, idmançılarımız turnirin ikinci günündə 1 qızıl, 1 gümüş, 2 bürünc olmaqla 4 medala layiq görülüblər.
Akademik avarçəkmədə 2008-2009-cu il təvəllüdlü idmançılar arasında 1500 metr məsafəyə yürüşdə Azər İlyasov birnəfərlik qayıqda qızıl medala sahib olub.
Birnəfərlik kayakda 500 metr məsafədə 2008-2009-cu il təvəllüdlü idmançılar arasında Əlimurad Hacızadə gümüş medal qazanıb.
Mustafa Vəlizadə - Elmir Tarverdiyev cütü ikinəfərlik kayak qayığında 500 metr məsafəyə yürüşdə 2010-2011-ci il təvəllüdlü idmançıların mübarizəsində üçüncü olub.
Niyaz Məlikov - İvan Vorobjanski 2008-2009-cu il təvəllüdlü idmançıların mübarizəsində ikinəfərlik kayak qayığında 1000 metr məsafəyə yürüşdə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Xatırladaq ki, “Prezident Kuboku 2026” reqatasına mayın 1-də yekun vurulacaq.











Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 30 Aprel 2026 20:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















