Icma.az
close
up
RU
Aviaqəza: sərnişinin hüquqları hansı qanunlarla tənzimlənir?

Aviaqəza: sərnişinin hüquqları hansı qanunlarla tənzimlənir?

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Aviasiya dünyada ən təhlükəsiz nəqliyyat vasitəsi olaraq qalır. Bunun bir səbəbi də sektorda bütün işlərin konkret reqlament və standartlarla aparılmasıdır. Əgər avtomobil sektorunda beynəlxalq konvensiyalar 60-cı illərə təsadüf edirsə, aviasiya sahəsinə daha əvvələ gedib çıxır. Təbii ki, söhbət bir neçə deyil, onlarla ölkənin tərəfdar çıxdığı beynəlxalq sənədlərdən gedir. Bu sənədlərdə həm də sərnişinlərin hüquqları, onlara ödəniləcək kompensasiyalar yer alır.
Avtosfer.az xəbər verir ki, XX əsrin 20-ci illərindən etibarən aviasiya dünyada kütləviləşməyə başlayır. Təbii ki, hələ o dövrdə transkontinental uçuşlar barmaqla sayılırdı. Lakin ölkələrarası reyslərdə intensivlik artmışdı. Buna görə də böyük dövlətlər 1929-cu ildə Varşava Konvensiyasını qəbul etdi. Azərbaycanın da daxil olduğu Sovet ittifaqı bu sənədi 1934-cü ildə ratifikasiya etdi. Bu gün də qüvvədə olan sənəddə daşıyıcı şirkətlərin maddi məsuliyyəti ilə bağlı çox sayda maddə yer alır. Sənədə görə əl baqajının itməsinə görə məsuliyyət həddi 500 frank (1 İsveçrə frankı = 1,8 manat) təşkil edir. Ölüm və xəsarətlərə görə şirkətlərin məsuliyyət limiti 250 min İsveçrə frankıdır. 

Sənədə 20-ci əsrdə bir neçə xırda düzəliş edilsə də, əsas dəyişiklik 1999-cu ildə Kanadada edilib. Monreal protokolu adlandırılan bu sənəd də əvvəlki kimi sırf beynəlxalq uçuşlara şamil edilir. Sərnişinin kompensasiya tələb etməsi üçün təyyarə şirkətinin hansı ölkəyə mənsubluğu heç bir əhəmiyyət daşımır. Vacib olan çıxış və təyinat aeroportlarının yerləşdiyi dövlətlərin Monreal konvensiyasına qoşulmasıdır. Əks halda, təzminat Varşava konvensiyası əsasında ödənilir.

Monreal konvensiyasının əvvəlki sənədlərdən fərqi onun daşıyıcı şirkətlərin maddi məsuliyyətini limitləşdirməməsidir. Sərnişinin daşıyıcı şirkətə qarşı iddia qaldırlması üçün onun vətəndaşlığı və iddianı tərtib edəcəyi ölkənin heç bir fərqi yoxdur. Bir şərtlə ki, sərnişin və yük sığortalanmış olsun. Hansısa hüquqi və ya fiziki şəxsin zərərçəkənlərə yardımı isə sırf şəxsi mülahizəyə əsaslanır, bu konvensiya ilə tənzimlənmir.  

Doğrudur, bir çox insan aviasiya nəqliyyatından qorxur. Lakin, beynəlxalq ölçmələrə görə, təyyarə avtomobildən 45 dəfə daha təhlükəsizdir.

Vüqar Yaşaroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 26 Dekabr 2024 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see407

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see318

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see298

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see292

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see279

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see278

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see271

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see269

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see267

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see244

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see231

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see225

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see223

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see222

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see222

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see219

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see215

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see210

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see209

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri