Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Aviasiya: 2024 də olanlar, 2025 də gözlənilənlər

Aviasiya: 2024 də olanlar, 2025 də gözlənilənlər

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Aviasiya sektoru qlobal səviyyədə canlanır. 2024-cü ildə beynəlxalq aviasiya trafikində ciddi irəliləyiş qeydə alınıb. Statistik göstəricilər bu sahədə artıq pandemiyanın fəsadlarının aradan qalxdığını göstərir. Lakin çətinliklər də qalmaqdadır. 2025-ci il üçün proqnoz isə müsbətdir. 
Avtosfer.az xəbər verir ki, 2024-cü ildə aviasiyada dünya üzrə sərnişin daşımaları 10,4 faiz artıb. Məlumat Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) illik hesabatında əks olunur. Hesabat müəlliflərinə görə, 2024-cü ildə sərnişin daşımaları 2019-cu ildəkindən 3,8 faiz artıq olub. 

340 aviaşirkəti birləşdirən təşkilat qeyd edir ki, 2024-cü ildə dünyada hava nəqliyyatı ilə 4,9 milyard nəfər sərnişin daşınıb. Bu göstərici 2023-cü ildə 4,44 milyard, 2019-cu ildə 4,54 milyard nəfər təşkil edib. Halbuki, 2020-ci ildə aviasiya ilə daşınan sərnişin sayı koronavirus pandemiyasına görə 1,78 milyard nəfərə düşmüşdü. 

Ötən il təyyarələrin doluluq səviyyəsi 82 faizdən 83,5 faizə qalxıb. Bu da pandemiyadan sonra rekorddur. Bununla belə, şirkətlər bəzən artan tələbatı ödəməyə çətinlik çəkib. Təşkilat bunu yeni təyyarələrin müştərilərə vaxtında çatdırılmaması ilə izah edir. İATA-nın Baş direktoru Villi Volşun sözlərinə görə, “Hava gəmiləri ilə təchizatda yaranan problemlər bütün aviaşirkətlərin narahatlıq mənbəyi olaraq qalır. Bu gecikmələr şirkətlərin gəlir artımına və inkişafına mane olur, xərclərini artırır”.

İl ərzində beynəlxalq uçuşlarda artım 13,6 faiz olduğu halda, daxili reyslərdə bu göstərici 5,7 faizdir. Aviadaşımalarda ən ciddi artım 17 faizlə Asiya-Sakit okean regionunda qeydə alınıb. Qlobal aviasiya trafikinin 33,5 faizi məhz bu regionun payına düşür. Qlobal trafikin 26,7 faizinə nəzarət edən Avropada artım 8,7 faizə bərabər olub. Üçüncü pillədə qərar tutan Şimali Amerikada isə illiq əsasda 4,6 faizlik artım qeydə alınıb. Beynəlxalq trafikin 23 faizi buranın payına düşür.

2025-ci illə bağlı proqnoza gəlincə: Təşkilat bu il sərnişin sayının 8 faiz artacağını, aviaşirkətlərin 5,2 milyard sərnişin daşıyacağını gözləyir.

Vüqar Yaşaroğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:306
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 04 Fevral 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see636

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see361

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see332

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see252

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see244

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see242

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see227

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see222

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see221

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see211

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see203

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see197

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see195

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see193

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see192

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see188

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see182

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see179

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see171

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri