Icma.az
close
up
RU
Müharibə 2024 də Rusiyanın ehtiyatlarının dörddə birini yeyib, 2025 də tükənə bilər...

Müharibə 2024 də Rusiyanın ehtiyatlarının dörddə birini yeyib, 2025 də tükənə bilər...

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Ötən il Rusiya Federasiyası "Milli Rifah Fondu"nun (FNB) likvid ehtiyatlarının dörddə birini xərcləyib. Bu fond, Vladimir Putinin hakimiyyətdə olduğu ilk 20 il ərzində neft və qaz ixracından əldə edilən gəlirlərin toplanması nəticəsində formalaşıb. 

Qaynarinfo xəbər verir ki, "Bloomberg" agentliyi bu barədə Rusiya Maliyyə Nazirliyinin məlumatlarına istinadən məlumat yayıb.  

Nominal rəqəmlərə görə, 2022-ci ildə FNB-nin ümumi həcmi təxminən dəyişməyib və 12 trilyon rubl (117 milyard dollar) təşkil edib. Lakin likvid vəsaitlər və asanlıqla satışa çıxarıla bilən qiymətli kağızlar nəzərə alındıqda vəziyyət fərqlidir. Bu cür yüksək likvid aktivlər ötən il 24% azalıb və 1 yanvar 2023-cü ilə 3,8 trilyon rubla enib.  

Ümumilikdə, genişmiqyaslı müharibə ərzində FNB-nin yüksək likvidli aktivləri 57% azalıb: müharibə ərəfəsində onların həcmi 8,9 trilyon rubl təşkil edirdi.  

"Bloomberg"in bildirdiyinə görə, fond büdcənin hərbi ehtiyaclarla bağlı artan xərcləri səbəbindən təzyiq altındadır. Ötən il Rusiya Maliyyə Nazirliyi FNB-dən 1,3 trilyon rubl xərcləyərək büdcə kəsirini qarşılamaq məcburiyyətində qalıb.  

Fondun tərkibində həmçinin böyük infrastruktur layihələrinin maliyyələşdirilməsi üçün buraxılan istiqrazlar da mövcuddur. Bu, gələcəkdə qaytarılacaq borc öhdəlikləri deməkdir. Bloomberg-in hesablamalarına görə, bu istiqrazların həcmi ötən il 50%, 2022-ci ilin əvvəlindən isə dörd dəfə artıb.  

Rusiyanın Mərkəzi Bankının məlumatına görə, "xarici şərtlərin əhəmiyyətli dərəcədə pisləşməsi" və neftin qiymətinin enməsi senarisi baş verərsə, FNB 2025-ci ilədək tam tükənə bilər.  

Hərbi xərclərin gizli maliyyələşdirilməsi və risklər  

UNIAN-ın məlumatına görə, Rusiya müharibə xərclərini maliyyələşdirmək üçün gizli sxem qurub və bu, ölkənin hərbi büdcəsini faktiki olaraq iki dəfə artırmağa imkan verib. Morgan Stanley və Bank of America-nın keçmiş maliyyə analitiki Kreyq Kennedinin bildirdiyinə görə, müharibə dövründə Rusiya hərbi zavodlarına verilən güzəştli kreditlərin məbləği ölkənin hərbi büdcəsinə bərabər olub.  

Lakin bu sxem ciddi risklər yaradır. İnflyasiyanın stimullaşdırılması artıq Rusiya iqtisadiyyatında problemə çevrilib. Üstəlik, maliyyə çətinlikləri yaşayan hərbi zavodlara kreditlərin ayrılması ölkənin bank və maliyyə sisteminin iflası təhlükəsini yaradır. Bu riski yalnız federal büdcənin həmin kreditləri ödəməsi ilə aradan qaldırmaq mümkündür. Amma bu halda, federal büdcədə digər sahələr üçün vəsait qalmayacaq.  

Alpər

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 16 Yanvar 2025 23:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri