Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın hüququ statusu müəyyənləşib
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiya Nazirlər Kabineti tərəfindən yaradacaq.
APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunun tətbiqi haqqında” imzaladığı Fərmanda əksini tapıb.
Aviasiya hadisələrinin və ya insidentlərinin araşdırılması zamanı aidiyyəti şəxslərin adlarının, uçuş heyətinin səs yazılarının və həyata keçirilən uçuş əməliyyatının video yazılarının, o cümlədən aviasiya hadisəsinin araşdırılması ilə bağlı istənilən məlumatın məxfiliyinin qorunması və Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə əsasən aparılan cinayət təqibinə mane olmamaq şərtilə götürülmüş sübutedici sənədlərin, yazıların, komponentlərin ixtisaslaşmış ekspertizası aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiya tərəfindən aparılacaq.
Pilotsuz uçuş aparatları ilə bağlı baş verən aviasiya insidentləri aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın müəyyən etdiyi hallarda araşdırılmayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 17 Aprel 2025 18:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















