Avokado ilə ürəyinizi qoruyun!
Icma.az, Pravda.az portalına istinadən məlumat verir.
Son araşdırmalar tərkibindəki sağlam yağ turşuları sayəsində avokadonun ürək-damar sağlamlığına müsbət təsir göstərdiyini ortaya qoyub.
Pravda.az bildirir ki, tropik iqlimlərdə yetişdirilən və son illərdə Azərbaycanda da geniş yayılmağa başlayan avokado, tərkibindəki tək doymamış yağ asitləri (monounsaturated fats) sayəsində pis xolesterolu (LDL) əhəmiyyətli dərəcədə azaldır. Beş həftə davam edən elmi tədqiqatda gündə bir avokado yeyən şəxslərin LDL səviyyəsində 13.5 mg/dl azalma müşahidə olunub.
Mütəxəssislər, avokadonun yalnız ürək sağlamlığına deyil, eyni zamanda həzm sistemi, göz sağlamlığı, yüksək təzyiqin tənzimlənməsi və hamiləlik dövründə folat ehtiyacının qarşılanmasına da töhfə verdiyini bildirirlər. E vitamini ilə zəngin olan meyvə həm də dəri və saç sağlamlığını dəstəkləyir.
Qida mütəxəssisləri, avokadonun gündəlik rasiona əlavə edilməsinin uzunmüddətli sağlamlıq üçün önəmli olduğunu vurğulayır.
Əminə Bayramova

