Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

“Azərbaycan Məhəlləsi” sıradan bir yaşayış kompleksi deyil ŞƏRH EDİLDİ

“Azərbaycan Məhəlləsi” sıradan bir yaşayış kompleksi deyil ŞƏRH EDİLDİ

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Azərbaycan Prezidenti cənab İlham Əliyevin qardaş Türkiyəyə etdiyi səfər və bu səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Kahramanmaraşda Azərbaycan sərmayəsi hesabına inşa olunmuş “Azərbaycan Məhəlləsi”nin açılışında iştirakı, iki ölkə arasında mövcud olan qardaşlıq və dostluq münasibətlərinin nə qədər yüksək səviyyədə olduğunun bariz nümunəsidir. Bu hadisə bir daha sübut edir ki, Azərbaycan və Türkiyə münasibətləri təkcə diplomatik və siyasi tərəfdaşlıqdan ibarət deyil, həm də qan qardaşlığı, tarixə, mədəniyyətə və mənəviyyata söykənən sarsılmaz bir bağdır". Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.

O bildirib ki, Kahramanmaraşda yaradılan bu “Azərbaycan Məhəlləsi” sıradan bir yaşayış kompleksi deyil, bu, Azərbaycan xalqının Türkiyəyə olan dərin sevgisinin, humanitar həmrəyliyinin və möhkəm qardaşlığının simvoludur: "Burada inşa olunan evlər, salınan parklar, açılan məktəblər və digər infrastruktur obyektləri yalnız maddi baxımdan dəyərli deyil. Bu, məkan, həm də mənəvi baxımdan böyük bir abidədir.

Çünki bu təşəbbüs sadəcə binaların tikilməsi ilə yekunlaşmır, burada bir millətin digər millətə göstərdiyi qayğı, onun ağrısını öz ağrısı kimi qəbul etməsi, fəlakət zamanı tək qoymaması təcəssüm olunur. "Azərbaycan Məhəlləsi" sanki hər daşında “bir millət, iki dövlət” fəlsəfəsinin ruhunu yaşadır. Bu, eyni zamanda gələcək nəsillər üçün də bir mesajdır: bu dostluq və qardaşlıq əbədi olacaq, bu təməl sarsılmaz qalacaq.

Beləliklə, Kahramanmaraşda ucaldılan bu məhəllə həm maddi, həm də mənəvi baxımdan iki dövlətin, iki xalqın birliyinin, dərd-bəla zamanı bir-birinə arxa durmasının canlı bir simvoludur. Bu, eyni zamanda Azərbaycan-Türkiyə münasibətlərinin gələcəkdə daha da möhkəmlənəcəyinə olan inamın göstəricisidir. Kahramanmaraşda salınmış “Azərbaycan Məhəlləsi” təkcə maddi bir tikili deyil, bu, həm də kahramanmaraşlıların, ümumilikdə, Türkiyə Cümhuriyyəti vətəndaşlarının ürəyində əbədi olaraq yaşayacaq mənəvi bir abidədir. O, yaddaşlara həkk olunan, illər keçsə belə unudulmayacaq bir qardaşlıq simvoludur. Bu abidə Azərbaycan xalqının qardaş Türk xalqına həmrəyliyinin, sevgisinin və ehtiramının canlı sübutudur. Məhz buna görə də, Türkiyə və Azərbaycanın qarşılıqlı münasibətləri istər dostluq, istərsə də strateji müttəfiqlik baxımından bütün dünyanın diqqətini çəkir. Bu iki ölkə arasında əlaqələrin bu qədər səmimi, güclü və davamlı olması təbii ki, bəzi dairələri narahat edir. Bu dairələr daim Azərbaycan və Türkiyə arasında narazılıq toxumu səpməyə çalışır, münasibətləri kölgələmək üçün süni gərginliklər yaratmağa cəhd edirlər. Onlar məqsədyönlü şəkildə şayiələr yayır, ictimai rəyə təsir göstərmək üçün manipulyasiyalara əl atırlar. Amma bu cəhdlərin heç biri nəticə vermir. Çünki Türkiyə və Azərbaycan arasındakı bağ yalnız siyasi maraqlara deyil, tarixə, birliyə, ortaq dəyərlərə, dilə, mədəniyyətə və ən əsası könül birliyinə əsaslanır. Bu qardaşlıq sadəcə diplomatik platformalarda deyil, xalqın qəlbində yaşayan, sarsılmaz və sınmaz bir birlikdir.

Eyni zamanda, iki ölkə beynəlxalq münasibətlər sistemində də ortaq maraqlar ətrafında birləşərək sinxron şəkildə hərəkət edir, qlobal məsələlərdə bir-birini dəstəkləyir və strateji əməkdaşlıqlar qurur. Bu həm regional sabitlik, həm də qlobal ədalət naminə atılan önəmli addımlardır. Bütün bu reallıqlar bir daha sübut edir ki, Türkiyə-Azərbaycan münasibətləri zamanın sınağından keçmiş, bütün çətinliklərə rəğmən daha da möhkəmlənmiş və gələcək nəsillərə örnək olacaq bir dostluq və qardaşlıq modelidir. Bu model nə qədər hücumlara məruz qalsa da, dayanaqlı, dərin köklərə sahib olduğu üçün daima qalacaq və daha da möhkəmlənəcəkdir".

Onun sözlərinə görə, Türkiyə və Azərbaycan arasında mövcud olan münasibətlər sadəcə müasir dövrün məhsulu deyil: "Bu əlaqələr sağlam siyasi, mənəvi və tarixi əsaslar üzərində qurulmuş, zaman-zaman sınaqlardan keçmiş və hər dəfə daha da möhkəmlənmiş münasibətlər sistemidir. “Bir millət, iki dövlət” prinsipi bu münasibətlərin təməlində dayanır və bu, təkcə bir ifadə deyil, eyni zamanda hər iki xalqın qəlbində yaşayan bir inanc, bir ruh halıdır. Bu səbəbdəndir ki, bəzi qüvvələrin Türkiyə-Azərbaycan münasibətlərini pozmaq, bu iki qardaş xalq arasında narazılıq toxumu səpmək cəhdləri heç vaxt nəticə verməyəcək. Onlar nə qədər çalışsalar da, əsla və əsla bu münasibətləri zədələyə, bu birliyi sarsıda bilməyəcəklər. Çünki bu münasibətlər sadəcə dövlətlərin deyil, xalqların könlündə bərqərar olmuş bir qardaşlıqdır.

Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Kahramanmaraşda Azərbaycan sərmayəsi ilə salınmış “Azərbaycan Məhəlləsi”nin açılışından əvvəl sosial şəbəkədə etdiyi paylaşım bu qardaşlığın mənəvi gücünü bir daha ifadə etdi. Onun paylaşımında yer alan son cümlə, son metafora xüsusilə diqqətəlayiq idi. Prezident Ərdoğan böyük Azərbaycan şairi Səməd Vurğunun məşhur “Azərbaycan” şeirinə istinad edərək qeyd etmişdi: “Ayrılarmı könül candan, Türkiyə-Azərbaycan?” Bu ifadə yalnız poetik bir cümlə deyil, bu, iki xalqın bir-birinə olan sonsuz sevgisinin, birliyinin və bölünməzliyinin təsdiqidir. Bu metafora ilə cənab Ərdoğan həm tarixi yaddaşa söykəndi, həm də bu münasibətlərin ruhunu ən incə şəkildə ifadə etdi. Bu cür çağırışlar, jestlər və mənəvi dayaq Azərbaycan və Türkiyənin münasibətlərini yalnız gücləndirir, möhkəmləndirir və gələcək nəsillərə örnək olacaq dostluq modeli yaradır. Bu, Türkiyə və Azərbaycanın dünənki, bugünkü gerçəkliyi, sabahkı gələcəyidir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://sia.az
archiveBu xəbər 20 İyun 2025 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see314

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see282

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see282

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see263

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see256

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see244

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see237

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see234

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see228

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see224

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see215

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see207

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see205

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see199

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see193

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see193

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see189

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see187

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see183

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri