Icma.az
close
up
RU
“Bir dəfə mənə məhkəməyə verəcəklərinə dair xəbər göndəriblər”

“Bir dəfə mənə məhkəməyə verəcəklərinə dair xəbər göndəriblər”

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Yeni Sabah" kinotənqidçi Hacı Səfərovla müsahibəni təqdim edir.

- Hazırda Azərbaycan kinosunun ən ciddi problemi nədədir – maliyyədə, mövzuda, yoxsa peşəkarlıqda?

- Əsas problem sistematik yanaşmanın və Azərbaycan kinosunu irəliyə aparacaq strategiyaların yoxluğundan qaynaqlanır. Kino ilə məşğul olan şəxslərin fərqli kino düşüncələri var. Bu da reallaşdırılan zaman müəyyən problemlər ortaya çıxır. Çox yaxşı olardı ki, müəyyən bir konsensus olsun və ümumilikdə Azərbaycan kinosunun inkişaf planı və dünya kinosuna çıxartmaq üçün həll yolu düşünülsün. Bu sistematik yanaşmadan sonra Azərbaycan kinosu indi olmasa da, 5-10 il sonra özündən bəhs etdirərdi.

- Son illərdə çəkilən hansı yerli film sizi tənqidçi kimi təəccübləndirdi?

- bir çox film var ki, insanı təəccübləndirir. Yəni göstərir ki, bizdə də yaxşı film çəkilə bilər. Ad çəkməyə ehtiyac yoxdur. Çünki onlar, istər beynəlxalq uğur olsun, istər yerli auditoriya üçün çəkilən komersiya məqsədli filmlər, sevilir. 

- Bir kinoşünas olaraq, “film sənətdir” fikri sizə görə nə zaman doğruluğunu itirir?

- Məncə, itirmir. Çünki film bir incəsənət növüdür və bu incəsənətin də öz qanunları, qaydaları və estetik dəyərləri var. Bu estetik dəyərlər də heç vaxt öz aktuallığını itirmir. Ona görə də yaradıcı insanlar öz filmlərinin estetik olaraq, standartlara cavab vermədiyini belə dəyərləndirirlər ki, tamaşaçılar bizdə bunu bəyənir. Amma mən bu fikrin yalnış olduğunu düşünürəm və bu cür insanları tənbəl kimi görürəm. Öz tənbəlliklərinə bu cür bəraət qazandırmağa çalışırlar.

- Azərbaycan tamaşaçısının film zövqü dəyişibmi? Əgər dəyişibsə, hansı istiqamətdə?

- Tamaşaçının film zövqü müsbətə doğru dəyişib. Xüsusilə, internetin hər kəs üçün əlçatan olması və beynəlxalq kontentlərin Azərbaycan auditoriyasına çox rahatlıqla nüfuz etməsi, bu estetik zövqün müəyyən qədər formalaşmasında kömək edib. Əlbəttə, Azərbaycan tamaşaçısı lokal koloritlər axtarır. Buna baxmayaraq, beynəlxalq kinodan xəbərdar olmaq hər bir insanın estetik zövqünü formalaşdırır və gözləntilərini artırır.

- Filmlərə verilən dövlət dəstəyin, sizcə, hansı meyarlar əsasında olmalıdır? İndiki sistem ədalətlidirmi?

- Filmlərə verilən dövlət dəstəyi kriteriya olaraq, hər hansı bir rejissorumuzun filmi beynəlxalq bir layihədə uğur qazanıbsa, onun növbəti filminə dəstək göstərmək əsas kriteriyalardan biri ola bilər. Ümumi olaraq isə bu məsələ kompleks yanaşma tələb edir. Buna isə bu dəqiqə cavab vermək çətindir. Amma indiki sistem ümumi olaraq, beynəlxalq təcrübədə olan  sistemdir və bu sistem layihəsi və uyğun portfoliosu olan insanlar öz işlərini təqdim  edib, dəstək alsınlar. Bu beynəlxalq təcrübədə olan bir metoddur və kifayət qədər də adekvat metoddur. Düşünürəm ki, belə olması normaldır.

- Heç hansısa rejissor sizə zəng vurub “mənim filmimi niyə tənqid edirsən” deyə, irad bildirib?

- Mənə hansısa rejissor birbaşa zəng vurub, bunu deməyib. Amma bir dəfə mənə məhkəməyə verəcəklər deyə xəbər göndəriblər. Mən də onlara demişdim ki, verə bilərsiniz. Heç bir problem yoxdur. Onların filmini çox yüksək dozada tənqid etmişdim. Amma sonra heç məhkəməyə vermədilər. Videolarımı silməklə bağlı da silim deyə çoxlu təhdidlər gəlib. Heç birinə də əhəmiyyət verməmişəm.

- Bəzi film festivallarında qalib gələn yerli yerli filmlərin tamaşaçı tərəfindən rədd edilməsi zövq fərqidir, ya saxta uğurlar?

- Açığı, bizdə jurnalistikanın vəziyyəti pis olduğu üçün mənasız heç bir dəyəri olmayan festivalları şişirdib, tamaşaçıya təqdim etdikləri üçün insanlar da filmi izlədikdən sonra görürlər ki, bu dəyərli bir incəsənət əsəri deyil. Amma burada bir az münasibət düzgün deyil. Əhəmiyyətli festivallarda uğur qazanan filmlərimiz də var ki, doğrudan da çox yaxşı və dəyərli filmlərdir. Bu filmlər də kino adamları və kinotənqidçilər tərəfindən bəyənilən filmlər də var. Dediyim kimi, saxta uğurlar da var. Bunun səbəbi də medianın bu filmləri insanlara böyük uğur kimi təqdim etməsidir.

- Tənqidçi olmaq bəzi dostluqlara son qoyurmu?

- Tənqidçi olmaq heç bir dostluğa son qoymur, əksinə insanlar mənimlə daha çox dost olmağa çalışırlar. Buna səbəb də onlara sağlam geridönüş edəcək, fikrləri haqqında konstruktiv rəy bildirəcək adamların lazım olmasıdır. Bəlkə də gələcəkdə olacaq, amma hələlik belə bir halla rastlaşmamışam.

- Son 10 ildə çəkilmiş hansı məşhur Azərbaycan filmini şişirdilmiş hesab edirsiniz?

-  Açığı, son 10 ildə çəkilən filmlərin sayı o qədər azdır ki, hansı filmin məşhur və ya şişirdilmiş olduğunu demək çətindir. Hansısa bir filmin diqqət çəkməyinin özü də bir uğurdur. Dünya kinosunda bu seçimi etmək olar, amma Azərbaycanda belə bir istehsal yoxdur.

- Kinotənqidçi olmaq fikri sizdə necə yaranıb? Hansı film və ya rejissor sizə bu yolu seçməyə həvəsləndirib?

- Bu hardasa 10-11 il öncədən yaranıb. Daha çox film izlədikcə gördüm ki, bunlar haqqında  danışa bilərəm. Xüsusi bir rejissor yoxdur, amma əsas marağım müəllif filmlərindən sonra yaranıb.

- Filmlərə baxanda daha çox nə axtarırsınız – Texnika, məzmun, ya emosional təsir?

- İlk növbədə baxdığım hekayə ilə aramızda qurduğumuz əlaqə, onun inandırıcılığı  və rejissorun bu hekayəni bizə necə çatdırmasıdır. Eyni zamanda texniki tərəfləri və dramaturgiyanı da nəzərə alıram. Elə olur ki, texniki olaraq anlasaq da, məzmun olaraq anlamağa çalışıb, emosional təsirini də nəzərə alıram.

- Sizcə, Azərbaycan kinosu dünya arenasına çıxmaq üçün nədən başlamalıdır?

- İlk növbədə yerli konflikt və güc uğrunda mübarizəni kənara qoymaq, daha çox birlikdə addımlamaq və şəraitin yaradılması üçün çalışmaq lazımdır. Sonra isə etməli olduğumuz vacib məqam müxtəlif dəstəklər vasitəsiylə, Azərbaycan rejissorlarının, ssenaristlərinin və operatorlarının müxtəlif təlim proqlarına qatılaraq, beynəlxalq təcrübə qazanmasına kömək etməkdir.

- Sizcə, tamaşaçı üçün çəkilən film daha doğrudur, ya festivallar üçün?

- Belə bir bölgü etmək doğru deyil. Çünki film filmdir. Əksinə, festivallarda seçilən filmlər var ki, auditoriyada da yaxşı dəstək görür və sevilir. Film hamı üçün çəkilməlidir.

- Bəzi film səhnələri var ki, çəkilib, amma filmə daxil edilməyib. Məsələn, özünüz paylaşmışdınız, “Bizim Cəbiş müəllim” filmində bir fraqment var ki, filmə daxil edilməyib. Sizcə, bunun səbəbi nədir?

- Bunun səbəbini rejissorlar özləri deyə bilər. Təəssüf ki, Həsən Seyidbəyli artıq aramızda yoxdur. Amma məsələ filmin ümümi gedişatı və ya hadisənin çatdırılması ilə bağlı ola bilər. Bu rejissorların verdiyi qərardır. Səhnə çəkilsə də, montaj prosesində bu qərarlar qəbul olunur. Yəqin ki, səhv yozumlara səbə olduğu üçün həmin səhnələr çıxarıla bilər.

- Köhnə filmlərimizdə müəyyən dəyişikliklər görürük. Məsələn, “Dəli Kür” filmindəki ölüm səhnəsi və ya "Şərikli çörək"də musiqi. Bunlar nə ilə əlaqəlidir?

- “Dəli Kür” filmində həmin hissə senzuraya məruz qaldığı üçün filmdən çıxarılmışdı. Sonra müstəqillik dövründə Aydın Kazımzadə həmin hissəni araşdırıb, tapmışdı. Ona görə də hazırda həmin film yutubda iki formada göstərilib.

- Videoçarxlarınızda filmləri nəyə əsasən seçirsiniz? Bir də elə film var ki, haqqında danışmaq istəyirsiniz, amma mane olurlar?

- Videoroliklərimdə olan filmləri öz zövqümə uyğun olaraq seçirəm. Burada seçdiyim bütün filmlər insanların nəzərini daha öncə çəkməyənlər olur adətən və maraqlı kontent yaratmağa çalışıram. Müəllif də özüm olduğum üçün istədiyim hər şey haqqında danışa bilirəm. Həm də çalışıram ki, yaxşı filmlər haqqında daha çox çalışım. Çünki onların təbliğata daha çox ehtiyac var.

- Sizcə, kino və serial sahəsində inkişaf edə bilirik, ya  sovet dövrü daha yaxşı idi?

- İnkişaf edə bilərik, hətta sovet dövrünü də üstələyə bilərik. Çünki kadr potensialımız və istedadlı insanlarımız var. Bunun üçün sadəcə planlama və sistem qurmaq lazımdır. Bunun üçün də başlıca olaraq, maliyyə lazımdır.

- “O olmasın, bu olsun”, “Arşın mal alan” kimi filmlərimiz həqiqətən də klassikadır, ya bu filmlərlə sadəcə nostalji duyğuları qabardırıq?

- Bunlarla yanaşı bir çox filmlərimiz bizi onlara baxmağımıza və haqqında düşünməyimizə şərait yaradırlarsa, demək bu filmlər həqiqətən də klassikadır. Ümumiyyətlə, filmin klassikaya çevrilməsi üçün zamanın axınına qarşı müqavimət göstərməlidirlər. Bu filmlər də həmin klassikalardandır ki, 50 il, 100 il sonra da baxılacaq.

- Hansı sovet dövrü filmimiz sizcə, layiq olmasa belə, çox şişirdilib, nəyə görə?

- Bu bir az obyektiv məsələdir. Elə filmlər var ki, onlar tamaşaçı sevgisini qazanıblar, amma incəsənət baxımından yuksək kriteriyalara cavab vermədiyini görürük. Bu da çox normal haldır. Elə filmlər var ki, əsas məqsəd tamaşaçı rəğbətini qazanmaqdır. Hazırda ağlıma elə şişirdilmiş bir film gəlmir, amma insanlar bəyənirsə, demək, bu filmlərdə onlara toxunan nələrsə var.

- Son dövrlərdə çəkilən filmlərdə keyfiyyət artıb, ya tək görüntü var, amma içi boşdur?

- Keyfiyyət artıb deyə düşünürəm, çünki peşəkarlıq da artıb. İçinin boş olduğunu düşünə bilmərik. Bəzi filmlərdə ola bilər ki, görüntü yaxşıdır, amma yenə də insanları razı salmır. Düşünürəm ki, bunu ümumiləşdirə bilmərik.

- Bir çox yeni filmlərimizdə ssenari bəsit, aktyorlar və dialoqlar süni təəssürat bağışlayır. Səbəb nədir, günahkar sizcə, kimdir?

- Ssenarilərin bəsit olma məsələsi ümumiyyətlə Azərbaycan kinosunda ta əvvəldən problem olub. Yeni filmlərlə bağlı deyil, sovet dövründə də belə idi. Aktyorların və dialoqların süni olması isə onların hazırlaşması üçün kifayət qədər vaxtın olmaması və kifayət qədər maliyyə və diqqətin sərf edilməməsinin nəticələridir. Bəzən filmlərin ssenariləri çox tez hazırlanır və heç bir inkişaf proqramında iştirak etmir. Yəni ilk ağla gələn fikir yazılır və çəkilir. Bu da istər-istəməz layihənin çiy formada tamaşaçının qarşısına çıxmasına səbəb olur. 

Aydan Hacıbalazadə 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 20 İyun 2025 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see202

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see165

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see150

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see149

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see144

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see144

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see140

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see137

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see136

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see134

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see131

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see127

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see127

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see126

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see125

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

07 Noyabr 2025 04:18see124

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see124

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see124

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see123

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri