“Bank of Baku”dan könüllü qanvermə təşəbbüsü FOTOLAR
Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Bank of Baku" mütəmadi qan ehtiyacı olan insanlara dəstək məqsədilə “Qanında həyat var!” şüarı ilə bu il də yenidən qanvermə aksiyası təşkil edib.
"Unikal" xəbər verir ki, 19 iyunda “Respublika Qan Bankı” PHŞ ilə birgə əməkdaşlıq çərçivəsində təşkil olunan aksiyada bankın rəhbər şəxsləri və əməkdaşları iştirak edərək könüllü qan veriblər.
Qan donoru olmaq istəyən hər bir əməkdaşın ümumi sağlamlıq vəziyyəti Respublika Qan Bankının peşəkar həkim-hemotoloqları tərəfindən hərtərəfli dəyərləndirilib və qan verməyə uyğun olan şəxslərdən tibbi briqdanın nəzarətində qan alınıb.
Qeyd edək ki, götürülmüş qan nümunələri Respublika Qan Bankında bir daha müvafiq yoxlamalardan keçdikdən sonra qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün istifadə ediləcək.
"Bank of Baku" bu cür layihələrlə cəmiyyətin rifahı naminə birgə fəaliyyətin önəmini bir daha vurğulayır və bənzər sosial layihələrini gələcəkdə də davam etdirməyi planlaşdırır.
Daha ətraflı:
145 Məlumat Mərkəzi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 20 İyun 2025 16:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















