Icma.az
close
up
RU
Menu

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

General mayor rütbəsi alan hərbçilər kimdir?

“İlin modeli” seçildi Fotolar

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

Bu rayona yeni polis rəisi təyin edildi

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

Avqustla bağlı qorxulu proqnoz: Qora bişirən ay yenə qızmar olacaq

Avqustla bağlı qorxulu proqnoz: Qora bişirən ay yenə qızmar olacaq

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Ekoloqlar xəbərdarlıq edir ki, Abşeron küləyi də bacarmır. Beton Bakını sərinlətmək mümkün deyil!

İstilər başlayır və yavaş-yavaş ölkəmizə tərəf gəlir. Qardaş Türkiyədə iyunun son həftəsində havanın temperaturunun mövsümi normadan artıq olacağı gözlənilir. İstanbulda çərşənbə günü havanın temperaturunun 35 dərəcəyə çatacağı bildirilir.  Meteorologiya Departamentinin son xəbərdarlığında temperaturun hər gün artacağı bildirilib. Gələn həftə İstanbulda yeni isti dalğası gözlənilir. Meteorologiya Ümumi Müdirliyinin təxminlərinə görə, önümüzdəki həftə ərzində havanın temperaturu yüksələcək. Meteorologiya İdarəsi İstanbul üçün havanın temperaturunun hər gün artacağı ilə bağlı xəbərdarlıq edib. İstanbul həftəyə 29 dərəcə ilə başlayacaq, hərarətlər günü-gündən artacaq və çərşənbə günü mövsümün ilk ciddi istilik səviyyəsi olan 35 dərəcəyə çatacaq. Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyinin Meteorologiya Baş İdarəsinin Hava Proqnozları mütəxəssisi Cengiz Çelik həftəlik hava proqnozu haqqında məlumat verib. Son qiymətləndirmələrə görə, yağışlı və sərin sistemin təsirini itirəcəyini bildirən Çelik, çərşənbə axşamı qərbdən başlayaraq temperaturların sürətlə artacağının gözlənildiyini ifadə etdi. Cengiz Çelik, "Havanın mövsüm normalarından 6-9 dərəcə yuxarı qalxacağını gözləyirik. Bu temperatur artımından xüsusilə qərb və cənub bölgələri təsirlənəcək" dedi. Çelik İstanbulda temperaturun 35 dərəcəyə yüksələcəyini, 3 gün ərzində yağıntının gözlənilməyəcəyini və açıq havanın hökm sürəcəyini bildirib. Cengiz Çelik vətəndaşlara günorta saatlarında küçəyə çıxmamaq, çölə çıxmaq məcburiyyətində olanların isə gün eynəyi və açıq rəngli paltar geyinmələri barədə xəbərdarlıq edib.


Bəs, ölkəmizdə bu yay necə keçəcək? Nəzərə alaq ki, astronomik yay fəsli başlayıb artıq. Ekoloq Ənvər Əliyev Sherg.az-a açıqlamasında qeyd etdi ki, isti hava axınlarının ölkəmizə nə zaman daxil olacağını proqnozlaşdırmaq hələ ki çətindir:


- İyun ayı bizi yormadı. Bəzi günlər istisna olmaqla havalar mülayim, küləkli, yağışlı keçdi. Amma bu da məlumdur ki, Azərbaycanda yayın ən isti, qızmar günləri avqustda olur. Avqusta el arasında “qora bişirən ay” deyilir. Amma avqustda da kəskin istilər davamlı deyil, fasilələrlə olur. Bakı və Abşeron yarımadası küləklərə açıq ərazidir. Bir neçə gün istilər davam edir, sonra təkrar küləkli günlər onu əvəzləyir. İyul-avqust ayları ölkəmizdə ən yüksək temperatur olan aylardır. İstilik ən yüksək həddə də qalxa bilir. Yenə də əvvəlcədən demək olmaz, bu yay kəskin istilərlə keçəcək, ya yox. İsti havalar olacaq, amma əvvəlki kimi kəskin və fasiləsiz olmayacaq. Çünki küləkli günlərin daha çox olacağı indidən hiss edilir.


Ekoloq qeyd etdi ki, istilərin dözülməz həddə çatması şəhərdəki sıxlıq və yaşıllıqların azalmasıyla da bağlıdır:

- Şəhərdə hədsiz sıxlıqdır. Ötən illərdə yay aylarında Bakı xeyli boşalırdı. Əhali bölgələrə axın edirdi. Bakı camaatı bağlara çəkilirdi. Şəhər boşalırdı. Küçələrdə avtomobillər də az-az gözə dəyirdi. Artıq neçə ildir ki, yay aylarında şəhər boşalmır. Regionlardan gələnlər yenə də paytaxtda qalır, çörək pulu qazanırlar. Avtomobillər də o qədər çoxalıb ki, hər nə qədər məzuniyyət dövrü olsa da, yenə də avtomobillər çoxdur, bu da atmosferə əlavə istilik yayır. Bakı camaatının bağlara getmək imkanı da əvvəlki kimi daha yoxdur. Yəni Bakı ilin digər vaxtlarında necədirsə, yay aylarında da o cür dolu olaraq qalır. Şəhərdə tikililər çox artıb, əhali sayı da artıb, sıxlıqdır. Binalar bir-birinə dəhşətli dərəcədə sıx tikilib. Heç Abşeron küləyi də havanı soyudub sərinlik gətirə bilmir, çünki serkulyasiya imkanı sıfıra düşüb. Ağaclar qırılır, bu da havanın sərinliyini azaldır. Ona görə də hətta adi yay havası – 30-35 dərəcə temperaturda da nəfəs almaq çətinləşir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 İyun 2025 06:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see184

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see183

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see155

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see153

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see138

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see134

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see130

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see128

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see128

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see128

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see127

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

07 Noyabr 2025 04:18see126

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see125

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see124

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see124

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see123

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see123

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see122

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

07 Noyabr 2025 07:36see122

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri