Icma.az
close
up
RU
Avqustun 2 də Ermənistan ayaqda olacaq Qaragin və Türkiyə agenti ...

Avqustun 2 də Ermənistan ayaqda olacaq Qaragin və Türkiyə agenti ...

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

Ermənistan Milli Assambleyasının 2026-cı il iyunun 7-də keçirilmiş parlament seçkiləri nəticəsində formalaşan IX çağırışı avqustun 2-də ilk iclasına başlayacaq. Mərkəzi Seçki Komissiyasının sədri Vaaqn Ovakimyanın açıqladığı məlumata görə, iclas yerli vaxtla saat 10:00-da keçiriləcək. Tarix Ermənistanın Seçki Məcəlləsi və Milli Assambleyanın Daxili Nizamnaməsinin tələblərinə uyğun olaraq əvvəlki parlamentin səlahiyyət müddətinin başa çatdığı günə təyin edilib.

Musavat.com erməni KİV-nə istinadən xəbər verir ki, hakim "Vətəndaş Müqaviləsi" fraksiyası IX çağırış Milli Assambleyanın ilk iclasına Bütün Erməni Katolikosu II Qaregini dəvət etməyib.

Müəllif bunu müstəqil Ermənistan tarixində ilk belə hal kimi qiymətləndirir. İndiyədək katolikosun xeyir-duası parlamentin fəaliyyətə başlamasının ayrılmaz hissəsi hesab olunurdu və bu mərasim dünyəvi hakimiyyətlə Erməni Apostol Kilsəsi arasında rəmzi birliyi ifadə edirdi.

Bu qərarın hakimiyyətlə Erməni Apostol Kilsəsi arasında uzun müddətdir davam edən gərginliyin növbəti mərhələsi olduğu iddia edilir. Bu addımların Ermənistan Konstitusiyasının dövlətlə kilsənin ayrılığını təsbit edən 17-ci maddəsinə, eləcə də Erməni Apostol Kilsəsinin erməni xalqının milli kimliyinin, mədəniyyətinin və mənəvi həyatının qorunmasındakı xüsusi rolunu tanıyan 18-ci maddəsinə zidd olduğu deyilir.

Bəllidir ki, II Qaregin barəsində cinayət işi açılıb və onun ölkədən çıxışına qadağa qoyulub. Eyni zamanda bir sıra yepiskoplar, arxiyepiskoplar və Ali Ruhani Şuranın katibi barədə də hüquqi tədbirlərin görüldüyü, bunun isə kilsənin beynəlxalq fəaliyyətinə mənfi təsir göstərdiyi vurğulanır.

İyulun 21-də Mərkəzi Seçki Komissiyası yeni parlamentin mandat bölgüsünü rəsmən təsdiqləyib. Nəticələrə əsasən, hakim "Vətəndaş Müqaviləsi" Partiyası Milli Assambleyada 64 mandat əldə edib. Müxalifətdə yer alan "Güclü Ermənistan" bloku 29, "Ermənistan" bloku isə 12 mandat qazanıb. Beləliklə, IX çağırış parlamentdə ümumilikdə üç siyasi qüvvə təmsil olunacaq.

Yeni parlamentin ilk iclasında deputatların səlahiyyətləri rəsmən qüvvəyə minəcək, parlament rəhbərliyinin – spiker və vitse-spikerlərin seçilməsi, daimi komitələrin formalaşdırılması və qanunverici orqanın fəaliyyətinin təşkilinə dair digər prosedur məsələlərinin müzakirəsi gözlənilir.

Yeri gəlmişkən, bu iclasdas Ruben Rubinyan spiker seçilməsi gözlınilir, amma bunun o qədər də rahat olmayacağı bəllidir. Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşdırılması siyasətinin əsas simalarından biri hesab edilən Rubinyanın namizədliyinə Ermənistanda ciddi etirazlar var.

Hakimiyyətin əsas tənqidçiləri xüsusilə Rubinyanın 2017–2018-ci illərdə İstanbul Siyasət Mərkəzində (IPC) apardığı araşdırmanı qabardırlar. Bu mərkəz Sabancı Universitetinin nəzdində fəaliyyət göstərir və Hrant Dink Fondunun Ermənistan–Türkiyə təcrübə mübadiləsi proqramı çərçivəsində Rubinyan burada tədqiqat aparıb. Müxaliflər iddia edirlər ki, həmin layihə Türkiyənin “yumşaq güc” siyasətinin tərkib hissəsi olub. Bununla yanaşı, Sabancı Universitetinin yaranma tarixi və qurucuları barədə müxtəlif siyasi iddialar da gündəmə gətirilir.Rubinyan İrəvan Dövlət Universitetində, daha sonra London Universitet Kollecində (UCL) və Yagellon Universitetində təhsil alıb. 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyindən dərhal sonra o, xarici işlər nazirinin müavini təyin edilib. Müxalifət hesab edir ki, əvvəlki diplomatik təcrübəsinin olmamasına baxmayaraq bu qədər sürətlə yüksək vəzifəyə gətirilməsi əlavə suallar yaradır.Yeri gəlmişkən, vitsde-spiker postuna müxalifətdə kimin namizəd olacağı da hələ ki açıq qalıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 24 İyul 2026 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see367

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see325

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see287

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see263

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see260

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see251

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see240

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see234

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see232

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see219

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see215

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see213

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see211

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see208

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see207

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see202

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see202

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see195

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see195

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri