Paşinyan açıqladı: 2022 ci il sentyabr döyüşlərindən sonra...
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ermənistanın strateji mövqelənməsi dəyişməlidir və ölkə öz siyasətini yalnız Azərbaycanla münasibətlər üzərində qurmamalıdır.
Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İctimai Televiziyanın efirində bildirib.
Paşinyanın sözlərinə görə, Ermənistan 2022-ci ilin payızınadək xarici amillərdən asılı vəziyyətdə fəaliyyət göstərib və yeni sarsıntılardan yayınmağa çalışıb.
“Biz, nəhayət, ən azı 2022-ci il oktyabrın 6-dək bu siyasəti ətalətlə davam etdirirdik. Daim buzun altında idik və düşünürdük ki, kimlə danışaq ki, buz başımıza düşməsin. Heç ağlımıza da gəlmirdi ki, sadəcə həmin buzun sərhədlərindən kənara çıxmaq lazımdır”, – deyə o bildirib.
Ermənistan baş naziri qeyd edib ki, 2022-ci ilin sentyabr hadisələrindən (sərhəddəki döyüşləri nəzərdə tutur – red.) sonra ölkə rəhbərliyi təhlükəsizliyin təmin olunması üçün daim kimdənsə zəmanət gözləməyin düzgün olmadığını anlayıb.
Paşinyan ölkənin yeni strateji xəttinin müəyyənləşdirilməsində Azərbaycanın mövqeyinin, hərbi imkanlarının, regiondakı qüvvələr balansının və dost dövlətlərin dəstəyinin nəzərə alınmasının vacibliyini də qeyd edib:
“Dünyada yalnız Azərbaycan olduğunu kim deyib? Mümkün təhdidlərin yalnız Azərbaycandan gəldiyini kim deyib? Başqa təhlükələrin olmadığını kim söyləyib?”
Baş nazir əlavə edib ki, Ermənistanın təhlükəsizliyinə yalnız bir qonşu ölkə ilə qarşıdurma prizmasından yanaşmaq olmaz. Onun fikrincə, müasir dünya çoxşaxəlidir və ölkə strategiyasını müxtəlif səviyyəli təhdidləri nəzərə alaraq qurmalıdır.
Paşinyan həmçinin son illərdə əldə edilən idarəçilik təcrübəsinin dövlətin institusional resursuna çevrilməsinin vacibliyini vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 30 Noyabr 2026 00:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















